çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

İcbari Sığorta Bürosu sığortaçıları müştərilərin rahatlığını yersiz zənglərlə pozmamağa çağırdı

Image


İcbari Sığorta Bürosu (İSB) vasitəçiləri sığortalılarla ünsiyyətin daha qabaqcıl üsullarından istifadə etməyə çağırır.

Bürodan "APA-Ecoonmics"ə verilən məlumata görə, son dövrlər icbari avtoməsuliyyət sığortası üzrə fəaliyyət göstərən sığorta vasitəçilərinin vətəndaşlarla ünsiyyət zamanı köhnəlmiş və birtərəfli kommunikasiya üsullarından (xüsusilə də kütləvi telefon zənglərindən) intensiv şəkildə istifadə etməsi müşahidə olunur: "Avtomobil sahibləri zaman-zaman vasitəçilərin zənglərinin onların rahatlığını pozduğunu bildirir, şəxsi məlumatlarının və əlaqə vasitələrinin həmin sığorta vasitəçilərinin əllərinə necə keçməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bir sıra hallarda isə vətəndaşa eyni sığorta şirkətinin adı ilə ard-arda bir neçə telefon zənginin olunması halları da qeydə alınır.

Sığorta vasitəçiləri bazarda fəaliyyətlərini təşkil edərkən peşəkarlığa və reputasiya amilinə xüsusi diqqət yetirməlidirlər. Sığortaçılıq kompleks və çoxfunksiyalı maliyyə xidməti olduğundan, burada fəaliyyət göstərən vasitəçilərdən sahəvi biliklər, peşəkarlıq və müştərilərə fərdi yanaşma nümayiş etdirmək tələb olunur. Sığorta xidmətlərinin çeşidləndiyi şəraitdə mövcud xidmətlərin sırasından insanlara ehtiyacları olan xidmətləri təqdim etmək üçün vasitəçilər həm də bələdçilik funksiyasını yerinə yetirirlər. Fəaliyyətində sadalanan keyfiyyətlərə önəm verən və müştərini razı salan vasitəçilər və təşkilatlar öz müsbət reputasiyalarını təmin etmiş olacaq, beləliklə də digərləri ilə müqayisədə davamlı və daha çox gəlir əldə edə biləcəklər".

İSB bildirir ki, hazırkı dövr sığorta vasitəçiliyi təsisatının qarşısında bir sıra mühüm çağırışlar müəyyən edir: "Öz fəaliyyətlərini müştəri ilə ənənəvi və artıq effektivliyini itirən ünsiyyət metodları üzərində quran vasitəçilərin tədricən bazarı tərk etmək reallığı ilə üz-üzə qalacaqları labüddür. Əksinə olaraq, müştərinin istək və ehtiyaclarına uyğun davrana bilən və müştərinin düzgün qərar verməsinə töhfə verə biləcək vasitəçilər isə daha əlverişli mövqeyə çıxa biləcəklər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sığorta vasitəçiliyi mühüm əhəmiyyətə malik bir təsisatdır və bu sahənin mütəxəssisləri daim özlərini təkmilləşdirərək müştəri ilə ünsiyyətin yeni texnologiyalarını mənimsəməlidirlər. Qabaqcıl sığorta vasitəçiliyinin fəlsəfəsi ilk növbədə müştəri məmnunluğuna nail olunmasından və məmnun müştəri anlayışının şəxsi mənafedən üstün tutulmasından ibarətdir. Məmnunluq isə öz növbəsində loyallıq yaratdığından, müştəri ilə vasitəçi arasında davamlı və sağlam əlaqəni təmin edir və yuxarıda qeyd olunan bezdirici ünsiyyət alətlərinə daha ehtiyac qalmır".

"Vasitəçilik yalnız satışdan ibarət deyil, satışdan sonrakı dövrdə müştəri dəstəklənməsini də nəzərdə tutur. Bu gün digər sahələrdə olduğu kimi, icbari sığortalar sektorunda da elektronlaşma vüsət almışdır və artıq vətəndaşlar rəqəmsal platformalar üzərindən qısa zaman ərzində sığorta əldə etmək imkanına malikdir. Yəni, hazırkı şəraitdə vətəndaşa sığortanın əldə edilməsindən çox, sığortalı olduğu müddətdə göstərilən xidmətlərin keyfiyyəti daha maraqlıdır. Belə bir şəraitdə uğurlu vasitəçilər nəinki satış zamanı, satışdan sonrakı dövrdə də müştərinin yanında olacaq və ona hər cür hüquqi və digər faydalı tövsiyələri verə biləcək kəslər olacaqlar. Müasir informasiya cəmiyyətində, xüsusən rəqəmsal texnologiyaların insanların həyatına dərindən nüfuz etdiyi bir dövrdə “müştəriyə özəl” xidmətlərə ehtiyac duyulur, bu isə innovativ yanaşma tələb edir. Bu şərtlər altında köhnəlmiş, qeyri-səmərəli metodlar əhəmiyyətini get-gedə itirəcəkdir. İnsanlar arasında kommunikasiyanın belə təkmilləşdiyi və rəqəmsallaşdığı dövrdə müxtəlif sahələrdə müştəri ilə məhsulu bir-biri ilə əlaqələndirən çoxsaylı uğurlu platformalar mövcuddur. Keyfiyyətli xidmət təqdim etməyi və beləliklə daha çox uğur qazanmağı qarşısına məqsəd qoymuş vasitəçilər aktuallığını itirmiş mexanizmlərdən deyil, məhz bu cür yeni ünsiyyət modellərindən istifadəni nəzərdən keçirməlidir", - deyə məlumatda vurğulanıb.

O da bildirilir ki, təcrübədə qabaqcıl sığorta vasitəçiliyi xidmətləri hədəf auditoriyalarının müəyyən edilməsində kor-koranə yanaşmalar yerinə sosiometrik üsulların istifadəsini, müştəriyə təklif edilən sığorta məhsuluna bütün həyat tsikli boyunca xidmət göstərilməsini və bununla yanaşı hər iki tərəf üçün əlavə dəyər yaradan xidmətlərin də realizasiyasını nəzərdə tutur. Misal üçün, əgər vasitəçi müştəriyə icbari avtoməsuliyyət sığortası təklif edirsə, bu zaman o, eyni məhsulu təqdim edən sığorta şirkətləri arasında müştərinin doğru seçim etməsi üçün ona bələdçilik etməli (sığorta hadisəsi zamanı daha keyfiyyətli xidmət göstərən sığorta şirkətinin tövsiyə edilməsi), həmin məhsulun təbiətindən irəli gələn məhdudiyyətləri müştəriyə izah etməli (icbari sığortanın avtonəqliyyat vasitəsini deyil, onun sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalaması, məsuliyyətin məhdud sığorta təminatı çərçivəsində sığortalanması, sürücünün üçüncü şəxs sayılmayan ailə üzvlərinin sığorta təminatına daxil olmaması və s.), bu məhdudiyyətləri aradan qaldıran əlavə sığorta xidmətləri barədə müştərini məlumatlandırmalı (kasko sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin daha artıq məbləğdə sığortalanmasını nəzərdə tutan könüllü məsuliyyət sığortası, ailə üzvlərinin sığorta təminatına daxil edilməsi və s.), eləcə də sığorta hadisəsi baş verərsə, sığortalının necə davranmalı olması barədə onu maarifləndirməlidir. Sığorta hadisəsi zamanı vasitəçi sığorta iddiasının və ödənişinin təmin edilməsində qarşı tərəfə dəstək olmalı və onu istiqamətləndirməli, eləcə də sığorta müqaviləsi başa çatdığı zaman onun yenilənməsində yardımçı olmalıdır.

Bundan əlavə, vasitəçilik institutu təkcə bu və ya digər icbari sığorta məhsulu üzərində fokuslanmanı deyil, fəaliyyət üfüqlərini genişləndirərək digər icbari növlərin də təbliğini ehtiva edir. İctimai məlumatlandırma işində yaxından iştirak etməli olan vasitəçilər digər bazar iştirakçıları ilə birgə maarifləndirmə funksiyasına qoşulmalı, daha effektiv maarifləndirmə fəaliyyəti üçün lazım gələrsə kollektiv səylərini ortaya qoymalıdırlar.

İSB sığorta vasitəçilərini yuxarıda təsvir edilən arzuolunmaz hallara yol verməməyə, sığortalıların rahatlığını yersiz zənglərlə pozmamağa çağırır. Sığorta vasitəçiləri öz fəaliyyətlərini sığortalıların şəxsi rahatlığına hörmət və qarşılıqlı razılıq zəminində qurmalı, heç bir halda vətəndaşın iradəsinin əksinə hərəkət etməməlidir. Vasitəçilər nəzərə almalıdırlar ki, icbari sığorta satışlarını artırmaq məqsədilə aqressiv telemarketinq üsullarına müraciət olunması və bundan sui-istifadə edilməsi yolverilməzdir.

Həmçinin, vasitəçilər də daxil olmaqla bütün bazar iştirakçıları sığortalılara aid olan şəxsi məlumatlarla işləyərkən sığorta sirrini təşkil edən bu cür məlumatların qorunmasına və məxfiliyinə olduqca həssas yanaşmalı, bu məlumatların qanunsuz olaraq üçüncü tərəfə ötürülməsinə şərait yaratmamalıdırlar. Əks təqdirdə, buna yol vermiş bazar iştirakçıları qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İSB sığorta sirri sayılan şəxsi məlumatların arzuolunmaz və icazəsiz istifadəsinin qarşısının alınması və bu kimi hallarla mübarizə ilə bağlı qəti və barışmaz mövqeyə malikdir. Bu səbəbdən, belə hallarla rastlaşan vətəndaşlardan bu barədə məlumatı (vətəndaşa zəng edərək onu narahat edən şəxsin telefon nömrəsi, adı, hansı sığorta şirkətinin adından çıxış etməsi və s.) araşdırılmaq üçün İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirmələri xahiş olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ