çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan yenidən neftin yüz dollaradək qalxa biləcəyi yolun içində...

Image


Neft hasilatının azaldılmasına dair OPEK və qeyri-OPEK ölkələri arasında əldə edilmiş razılaşmanın müddətinin daha doqquz ay, yəni 2018-ci ilin sonunadək uzadılması artıq enerji bazarında özünü hiss etdirməyə başlayıb,  Belə ki, neftin qiymətində yenidən yüksəlişlər qeydə alınır. Azərbaycan neftinin barreli isə artıq 65 dollardan baha satılır.

Ekspertlər bildirir ki, hansısa siyasi müdaxilə olmasa, qiymətlər ilin sonuna kimi 70 dollarlıq həddə çata bilər. Bu qiymət əksər neft hasilatçıları üçün məqbuldur. Azərbycan üçün isə belə vəziyyət neft satışından daha böyük gəlirlər əldə olunması deməkdir.  Bir daha xatırladaq ki, gələn il üçün neftin büdcə qiyməti 45 dollardan götürülüb. Amma qiymətlər 65-70 dollar intervalında olduğu halda gələn il üçün Azərbaycan neft satışından əlavə yüz milyonlarla dollar əldə edəcək.

Ekspertlər bildirir ki,  OPEK+ ölkələri nazirlərinin hasialtla bağlı qərarları fonunda neftin qiymətində enmə ehtimalları əhəmiyyətli dərəcədə azalıb. Xatırladaq ki. nazirlərin Vyanada baş tutan görüşündən sonra 14 OPEK və 10 qeyri-OPEK ölkəsinin yaydığı “Əməkdaşlıq haqqında bəyannamə”yə əsasən, hasilatda dəyişiklik edilməsi məsələsinə növbəti ilin iyununda yenidən baxılacaq. OPEK-in üzvü olan İran, İraq və Anqolanın neft nazirləri də mətbuat üçün verdikləri açıqlamalarda hasilatda dəyişiklik ehtiyacını müəyyənləşdirmək üçün gələn ilin iyununda keçiriləcək OPEK ölkələri nazirlərinin iclasında hazırki sazişin inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri və OPEK Konfransının prezidenti Xalid Əbdüləziz Əl Falih isə bildirib ki, müvafiq dəyərləndirmə prosesindən sonra sazişə xitam verilməsinə baxılacaq: “Biz sazişə son vermək istəsək, bunu mərhələli şəkildə edəcəyik”.

İclasda iştirak edən dünyanın əsas neft ixracatçısı 24 ölkənin nümayəndələri bundan sonra da gündəlik neft hasilatının 1,8 milyon barrel endirilmiş səviyyədə saxlanması barədə razılaşıb. Bununla da dünya bazarlarında xam neftə olan tələb və təklif arasında tarazlığın qorunub saxlanacağına ümid bəslənir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, ötən il bütün dünya üzrə gündəlik 94 milyon barrel neft hasil edilib. Bu ilin əvvəlindən qüvvədə olan saziş sayəsində dünya bazarlarında “qara qızıl” rezervləri yarıyadək azalıb. Proses davam edərsə, neftin qiymətində yüksəliş daha sürətlə gedə və hətta ilin ortalarında yenidən 100 dollarlıq həddə yüksələ bilər. Xatırladaq ki, son Vyana görüşündə ilk dəfə olaraq kartelə üzv olan Liviya və Nigeriya da hasilatın azaldılması prosesinə qoşulub. Onlar gündəlik neft hasilatını 2017-ci ildəki səviyyədən artırmamaq barədə öhdəlik götürüblər. Bu da qiymət artımı ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. 

Bu arada xatırladaq ki, OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Energetika naziri Pərviz Şahbazov tədbirdə çıxışında yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım adlandırıb. Pərviz Şahbazov OPEK  çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı  üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb: “Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə daha da möhkəmləndirə bilər”.  Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr “Əməkdaşlıq Bəyannaməsi”nə imza atıb. Azərbaycan da OPEK və qeyri-OPEK ölkələrinin bu növbəti anlaşmasını ölkənin maraqlarına uyğun hesab edərək, öz dəstəyini ifadə edib.

 Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih də Azərbaycan kimi qeyri-OPEK ölkələrinin hasilatğa bağı mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, qeyri-OPEK ölkələrinin dəstəyi olmasaydı, əldə edilən  ümidverici vəziyyətə nail oluna bilinməzdi. Dünya neft bazarlarındakı vəziyyəti şərh edən nazir qeyd edib ki, bu ilin may ayında keçirilən iclas neft hasilatının azaldılması ilə bağlı hələ görüləsi işlərin çox olduğunu göstərib: “Məhz buna görə də həmin iclasda hasilatın azaldılmasına dair əldə edilmiş “Əməkdaşlıq bəyannaməsi”nin daha doqquz ay müddətində uzadılması qərara alınıb. Dünya bazarlarında həmin vaxtdan bəri baş verənlər göstərir ki, müddətin uzadılması barədə qərar düzgün olub. Ciddi rəqəmlər müsbət bazar ab-havanın mövcudluğundan xəbər verir”.

Nazir çıxışında xüsusilə bildirib ki, bu sahədə gələcəkdə də uğurlu fəaliyyəti davam etdirə bilmək üçün OPEK daxilində vəhdəti qoruyub saxlamaq lazımdır. O, bu uğurda qeyri-OPEK ölkələrinin də xüsusi rolunu diqqətə çatdırıb: “Ona görə də biz çalışmalıyıq ki, OPEK və qeyri-OPEK arasındakı əməkdaşlıq çərçivəsini institutlaşdıraq və artıq təməlini qoyduğumuz sağlam bünövrə üzərində inkişafına nail olaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ