ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıq bazarlar üzrə komitəsi iyun iclasının yekunları üzrə baza faiz dərəcəsini 0,75-1 faizdən 1-1,25 faizə qədər artırıb. Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, faiz dərəcəsinin artırılması ekspertlərin proqnozu ilə üst-üstə düşüb.
“ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsi və ABŞ ÜDM artımı üzrə proqnozları dəyişməz saxlayıb” deyən FED rəhbəri Cannet Yellen bəyan edib ki, uçot dərəcəsinin gələcəkdə də artması gözlənilir (APA).
Onun sözlərinə görə, FED bunu ilin sonu uçun ölkədə bank kreditinin baza uçot dərəcəsinin 1,4%, 2018-ci ildə 2,1%, 2019-cu ilin sonunda isə 2,9% təşkil edəcəyi ilə əsaslandırıb.
FED həmçinin ABŞ ÜDM-un bu il 2,2%, 2018-ci ildə 2,1%, 2019-cu ildə isə 1,9% artacağını proqnozlaşdırıb. Bu göstəricilər, demək olar ki, mart ayındakı rəqəmlərlə tam üst-üstə düşür.