çərşənbə axşamı günü, 07 iyul 2026
     

Nağdsız he­sab­laş­ma­la­rın həc­mi­nin ar­tı­rıl­ma­sı şəf­faf­lı­ğın əsas şərtlə­rin­dən bi­ri ki­mi...

Image


Ver­gi­lər Na­zir­li­yi­nin Ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin ic­ra­sı­na nə­za­rət de­par­ta­men­ti­nin baş di­rek­to­ru Toğ­rul Qu­li­yev nağdsız he­sab­laş­ma­lar­la bağ­lı qa­nu­nun tət­bi­qi­nə da­ir ma­raq do­ğu­ran mə­sə­lə­lə­ri şərh edir:

- Toğ­rul mü­əl­lim, mə­lum ol­du­ğu ki­mi, 16 de­kabr 2016-cı il ta­rix­də "Nağdsız he­sab­laş­ma­lar haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu təs­diq edi­lib. Bu Qa­nu­nun tət­bi­qi, ey­ni za­man­da ver­gi or­qan­la­rı qar­şı­sın­da qo­yu­lan ye­ni və­zi­fə­lər­lə bağ­lı oxu­cu­la­rı­mı­za mə­lu­mat ver­mə­yi­ni­zi xa­hiş edi­rik.

- "Nağdsız he­sab­laş­ma­lar haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­nun qə­bul edil­mə­si ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən apa­rı­lan əmə­liy­yat­la­rın və he­sab­laş­ma­la­rın şəf­faf­lı­ğı­nın tə­min edil­mə­si, ver­gi­yə cəlb edi­lən döv­riy­yə­nin ver­gi he­sa­bat­la­rın­da də­qiq əks et­di­ril­mə­si, ver­gi­dən ya­yın­ma hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də atıl­mış çox mü­hüm bir ad­dım­dır və şəf­faf­lı­ğın tə­min olun­ma­sı­nın əsas şərtlə­rin­dən bi­ri­dir.

Qa­nu­nun 3.4-cü mad­də­si­nə əsa­sən, ver­gi­lə­rin, göm­rük rü­sum­la­rı­nın, qa­nun­la mü­əy­yən edil­miş in­zi­ba­ti cə­ri­mə­lə­rin, ma­liy­yə sanksi­ya­la­rı­nın, fa­iz­lə­rin, sı­ğor­ta ödə­niş­lə­ri­nin, əmə­liy­yat­la­rı­nın həc­mi ar­dı­cıl 12 ay­lıq döv­rün is­tə­ni­lən ayın­da (ay­la­rın­da) 200 yüz min ma­na­ta­dək olan pə­ra­kən­də ti­ca­rət, ia­şə və xid­mət sa­hə­sin­də fə­a­liy­yət gös­tə­rən şəxslər is­tis­na ol­maq­la, di­gər şəxslər tə­rə­fin­dən ödə­ni­lən əmək haq­la­rı­nın (o cüm­lə­dən: işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən, qa­nun­ve­ri­ci­lik­lə mü­əy­yən edil­miş di­gər ödə­niş­lər), pen­si­ya, tə­qa­üd, mad­di yar­dım və mü­a­vi­nət­lə­rin (o cüm­lə­dən bir­də­fə­lik mü­a­vi­nət­lər), kom­pen­sa­si­ya və təz­mi­nat­la­rın, sta­si­o­nar te­le­fon xid­mət­lə­ri­nin və kom­mu­nal xərclə­rin ödə­nil­mə­si­nin, fa­iz­siz pul və­sa­it­lə­ri­nin (ver­gi ödə­yi­ci­si ol­ma­yan şəxslər tə­rə­fin­dən pul və­sa­it­lə­ri­nin ve­ril­mə­si hal­la­rı is­tis­na ol­maq­la), di­gər ayır­ma­la­rın ödə­nil­mə­si və qay­ta­rıl­ma­sı­nın, döv­lət sa­tı­nal­ma mü­qa­vi­lə­si üz­rə əl­də olu­nan və­sa­i­tin is­ti­fa­də­si­nin (xərclən­mə­si), təh­sil haq­la­rı­nın ödə­nil­mə­si­nin, tu­ra­gentlə­rə ödə­mə­lə­rin yal­nız nağdsız qay­da­da hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lub.

Gö­rün­dü­yü ki­mi, qa­nu­nun əha­tə da­i­rə­si ki­fa­yət qə­dər ge­niş­dir. Bu sə­bəb­dən, hə­min ver­gi ödə­yi­ci­lə­ri­nin qa­nun­ve­ri­ci­li­yin tə­ləb­lə­ri­nə düz­gün əməl et­mə­si məq­sə­di­lə Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən sı­ğor­ta, li­zinq, təh­sil mü­əs­si­sə­lə­ri və tu­ra­gentlə­rin si­ya­hı­sı mü­əy­yən edi­lə­rək on­la­ra izah­lı bil­di­riş­lər gön­də­ri­lib, gö­rüş­lər ke­çi­ri­lə­rək qa­nu­nun tə­ləb­lə­ri hə­min ver­gi ödə­yi­ci­lə­ri­nə izah edi­lib. Tə­bii ki, Ver­gi­lər Na­zir­li­yi tək­cə ma­a­rif­lən­dir­mə və mə­lu­mat­lan­dır­ma işi ilə ki­fa­yət­lən­mir, ey­ni za­man­da hə­min ver­gi ödə­yi­ci­lə­rin­də ödə­niş­lə­ri nağdsız qay­da­da qə­bul et­mək üçün mü­va­fiq infrastruk­tu­run ya­ra­dıl­ma­sı işin­də zə­ru­ri dəs­tək gös­tə­rir, ol­ma­dı­ğı təq­dir­də bank he­sab­la­rı­nın açıl­ma­sı, POS-ter­mi­nal­la­rın və di­gər ödə­niş va­si­tə­lə­ri­nin qu­raş­dı­rıl­ma­sı üçün on­la­ra la­zı­mi kö­mək­lik gös­tə­rir.

- Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən sö­zü­ge­dən qa­nu­nun tə­ləb­lə­ri­nə əməl edil­mə­si­nə nə­za­rət et­mək məq­sə­di­lə han­sı ad­dım­lar atı­lır?

- Biz ar­tıq mü­əy­yən təd­bir­lər gör­mə­yə baş­la­mı­şıq. Be­lə ki, ya­xın vaxtlar­da ver­gi ödə­yi­ci­lə­ri­nin bank he­sab­la­rın­dan çı­xa­rıl­mış və­sa­it­lə­rin məb­lə­ği, sı­ğor­ta əmə­liy­yat­la­rı, kom­mu­nal xid­mət­lər gös­tə­rən təş­ki­lat­la­rın fə­a­liy­yə­ti və di­gər əla­qə­li mə­lu­mat­lar əl­də edi­lə­cək, risqli ver­gi ödə­yi­ci­lə­ri mü­əy­yən olu­na­raq on­lar­la fər­di qay­da­da iş­lər apa­rı­la­caq. Mə­lum ol­du­ğu ki­mi, ver­gi sis­te­mi­nə yox­la­ma və nə­za­rət təd­bir­lə­ri risq mo­del­lə­ri əsa­sın­da tə­yin edi­lir. Yə­ni mü­əy­yən mə­lu­mat­lar əsa­sın­da risqli ver­gi ödə­yi­ci­lə­ri mü­əy­yən edi­lir və ris­qin sə­viy­yə­si­nə uy­ğun ola­raq nə­za­rət təd­bi­ri hə­ya­ta ke­çi­ri­lir. Ver­gi Mə­cəl­lə­si­nə edil­miş də­yi­şik­li­yə əsa­sən, ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən bank he­sab­la­rın­dan nağd şə­kil­də çı­xa­rı­lan və­sa­it­lər­dən banklar tə­rə­fin­dən 1% də­rə­cə ilə ver­gi tu­tu­lur və bu ba­rə­də ver­gi or­qan­la­rı­na he­sa­bat təq­dim edi­lir. Hə­min he­sa­bat­lar­da ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən nağdlaş­dı­rıl­mış və­sa­i­tin məb­lə­ği­nə ba­xı­la­caq, bu məb­ləğ risq ya­ra­dır­sa, be­lə hal­da hə­min ödə­yi­ci­lər tə­rə­fin­dən qa­nu­nun tə­ləb­lə­ri­nə əməl edi­lib-edil­mə­di­yi­ni yox­la­maq məq­sə­di­lə on­la­rın fə­a­liy­yə­ti xü­su­si nə­za­rə­tə gö­tü­rü­lə­cək.

Qa­nu­nun tə­ləb­lə­ri­nə əməl olun­ma­sı­na nə­za­rə­tin tə­min edil­mə­si məq­sə­di­lə Ver­gi Mə­cəl­lə­si­nə də mü­va­fiq əla­və­lər edi­lib. Be­lə ki, Ver­gi Mə­cəl­lə­si­nin 50-ci mad­də­si­nə edil­miş əla­və ilə nağdsız he­sab­laş­ma­la­rın hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı qa­nun­la mü­əy­yən edil­miş tə­ləb­lə­rə əməl olun­ma­sı­na nə­za­rət edil­mə­si ope­ra­tiv ver­gi nə­za­rə­ti ilə əha­tə olu­nan mə­sə­lə­lə­rin da­i­rə­si­nə da­xil edi­lib. Qa­nun­la nağd qay­da­da hə­ya­ta ke­çi­ril­mə­si məh­dud­laş­dı­rı­lan əmə­liy­yat­la­rın nağd qay­da­da apa­rıl­ma­sı­na gö­rə ma­lı (işi, xid­mə­ti) təq­dim edən ver­gi ödə­yi­ci­si­nə qa­nun­ve­ri­ci­lik po­zul­maq­la apa­rı­lan əmə­liy­ya­tın ümu­mi məb­lə­ği­nin təq­vim ili ər­zin­də be­lə ha­la bi­rin­ci də­fə yol ver­dik­də 10 fa­i­zi, ikin­ci də­fə yol ver­dik­də 20 fa­i­zi, üç və da­ha çox də­fə yol ver­dik­də isə 40 fa­i­zi miq­da­rın­da ma­liy­yə sanksi­ya­sı tət­biq edi­lir.

- Qa­nun­la mü­əy­yən ka­te­qo­ri­ya­la­ra aid ver­gi ödə­yi­ci­lə­ri üz­rə nağd he­sab­laş­ma­la­rın məb­lə­ği­nə məh­du­diy­yət­lər mü­əy­yən­ləş­di­ri­lib. Bu məh­du­diy­yət­lər han­sı ka­te­qo­ri­ya­dan olan ver­gi ödə­yi­ci­lə­ri­ni əha­tə edir?

- Qa­nu­na əsa­sən, ƏDV məq­səd­lə­ri üçün qey­diy­ya­ta alın­mış ver­gi ödə­yi­ci­lə­ri və ver­gi tu­tu­lan əmə­liy­yat­la­rı­nın həc­mi ar­dı­cıl 12 ay­lıq döv­rün is­tə­ni­lən ayın­da (ay­la­rın­da) 200 min ma­nat­dan ar­tıq olan ti­ca­rət və (və ya) ic­ti­mai ia­şə fə­a­liy­yə­ti ilə məş­ğul olan ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən təq­vim ayı ər­zin­də ümu­mi məb­lə­ği 30 min ma­nat­dan, di­gər ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən isə 15 min ma­nat­dan ar­tıq olan he­sab­laş­ma­lar üz­rə ödə­niş­lər yal­nız nağdsız qay­da­da hə­ya­ta ke­çi­ril­mə­li­dir. Bu­ra­da bir mə­qa­ma diq­qət ye­tir­mək la­zım­dır ki, məh­dud­laş­dı­rıl­mış məb­ləğ yal­nız təq­vim ayı üçün, yə­ni ilin hər bir ayı­nın 1-dən so­nu­na­dək olan müd­dət üz­rə nə­zər­də tu­tu­lub. Qa­nu­nun bu mad­də­sin­də gös­tə­ri­lən məh­du­diy­yət çər­çi­və­sin­də xərclə­mə­lə­rə ver­gi ödə­yi­ci­lə­ri xü­su­si diq­qət ye­tir­mə­li­dir.

Qa­nu­nun bu mad­də­si ƏDV məq­səd­lə­ri üçün qey­diy­ya­ta alın­mış ver­gi ödə­yi­ci­lə­ri və ver­gi tu­tu­lan əmə­liy­yat­la­rı­nın həc­mi ar­dı­cıl 12 ay­lıq döv­rün is­tə­ni­lən ayın­da (ay­la­rın­da) 200 min ma­nat­dan ar­tıq olan ver­gi ödə­yi­ci­lə­ri­nə mü­na­si­bət­də 2017-ci il yan­var ayı­nın 1-dən tət­biq edi­lir, di­gər ver­gi ödə­yi­ci­lə­ri­nə mü­na­si­bət­də isə 2017-ci ilin ap­rel ayı­nın 1-dən qüv­və­yə mi­nə­cək.

- Elə ka­te­qo­ri­ya, mə­sə­lən, şad­lıq ev­lə­ri­nin fə­a­liy­yə­ti, ic­ti­mai ia­şə fə­a­liy­yə­ti ilə məş­ğul olan ver­gi ödə­yi­ci­lə­ri var ki, on­la­rın məs­rəf­lə­ri­nin bö­yük bir his­sə­si­ni kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın alın­ma­sı­na çə­ki­lən xərclər təş­kil edir. Bu məh­sul­la­rın əsa­sən ver­gi ödə­yi­ci­si ol­ma­yan fi­zi­ki şəxslər­dən alın­dı­ğı­nı nə­zə­rə al­saq, nağd he­sab­laş­ma­lar­la apa­rı­lan əmə­liy­yat­la­rın məb­lə­ği­nə qo­yu­lan bu məh­du­diy­yət hə­min ver­gi ödə­yi­ci­lə­ri­nin ma­raq­la­rı­na to­xun­mur­mu?

- Qa­nu­nun 3.5-ci mad­də­si ilə məb­lə­ği­nə heç bir məh­du­diy­yət qo­yul­ma­dan ver­gi ödə­yi­ci­si ol­ma­yan fi­zi­ki şəxslər­dən nağd qay­da­da sa­tın alı­na bi­lən mal­la­rın si­ya­hı­sı mü­əy­yən edi­lib. Kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın is­teh­sal­çı­la­rın­dan kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın alın­ma­sı hə­min si­ya­hı­ya da­xil­dir. Bu­nun­la da nağd he­sab­laş­ma­lar­la apa­rı­lan əmə­liy­yat­la­rın məb­lə­ği­nə qo­yu­lan məh­du­diy­yət su­a­lı­nız­da qeyd olu­nan ver­gi ödə­yi­ci­lə­ri­nin fə­a­liy­yə­ti­ni məh­dud­laş­dır­mır və on­la­rın ma­raq­la­rı­na to­xun­mur.

- Bəs qa­nu­nun tə­ləb­lə­ri­nə əməl edil­mə­si üçün ver­gi ödə­yi­ci­lə­rin­dən nə tə­ləb olu­nur?

- Bu­na qə­dər biz ver­gi ödə­yi­ci­lə­ri­nin ala­caq­la­rı mal, iş və xid­mət­lə­rə gö­rə ödə­niş­lə­rin nağdsız qay­da­da apa­rıl­ma­sı ba­rə­də da­nış­dıq. Bu­nun üçün, tə­bii ki, ver­gi ödə­yi­ci­si­nin bank he­sa­bı ol­ma­lı­dır. Qa­nun­la, həm­çi­nin, bir sı­ra fə­a­liy­yət nö­vü ilə məş­ğul olan şəxslə­rin hə­min xid­mət­lə­ri nağd qay­da­da gös­tər­mə­si­nə də məh­du­diy­yət qo­yu­lub: mə­sə­lən, tu­ra­gentlər və ya təh­sil mü­əs­si­sə­lə­ri. Tu­ra­gentlər təq­dim et­dik­lə­ri tur­la­rın də­yə­ri­nin nağdsız qay­da­da ödə­nil­mə­si­ni tə­min et­mə­li­dir. Bu­nun üçün on­lar­da bank he­sa­bı, POS-ter­mi­nal ol­ma­lı, di­gər ödə­niş va­si­tə­lə­rin­dən is­ti­fa­də edil­mə­li­dir. Ey­ni mə­sə­lə təh­sil mü­əs­si­sə­lə­ri­nə də aid­dir. Ödə­ni­lən təh­sil haq­la­rı müt­ləq nağdsız qay­da­da apa­rıl­ma­lı­dır. Əv­vəl­də də qeyd et­di­yim ki­mi, bu­nun­la əla­qə­dar mü­va­fiq fə­a­liy­yət sa­hə­lə­ri ilə məş­ğul olan ver­gi ödə­yi­ci­lə­ri­nin mə­lu­mat­lan­dı­rıl­ma­sı tə­min edi­lib. Əla­qə­li mə­lu­mat­lar əsa­sın­da hə­min ver­gi ödə­yi­ci­lə­ri­nin fə­a­liy­yə­ti­nə nə­za­rət tə­min olu­na­caq.

- 2017-ci il yan­va­rın 1-dən qüv­və­də olan Ver­gi Mə­cəl­lə­si­nə əsa­sən mal­lar, iş­lər, xid­mət­lər yal­nız cid­di he­sa­bat blankla­rı va­si­tə­si­lə alın­ma­lı­dır. Bu ba­rə­də oxu­cu­la­ra nə de­mək is­tər­di­niz?

- Əv­vəl­cə onu qeyd et­mək is­tə­yi­rəm ki, qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tul­muş qay­da­da gə­lir­lə­ri­nin (xərclə­ri­nin) və ver­gi­tut­ma ob­yektlə­ri­nin uço­tu­nu apar­maq hər bir ver­gi ödə­yi­ci­si­nin və­zi­fə­si­dir. Ver­gi Mə­cəl­lə­si­nə edil­miş son də­yi­şik­lik­lər­də bu mə­sə­lə­lə­rə da­ha da ay­dın­lıq gə­ti­ril­di. Qa­nu­nun tə­lə­bi­ni po­zan şəxslə­rin mə­su­liy­yə­tə cəlb edil­mə­si mə­sə­lə­si də Ver­gi Mə­cəl­lə­sin­də nə­zər­də tu­tu­lub. Be­lə ki, hər bir ver­gi ödə­yi­ci­si sa­hib­kar­lıq fə­a­liy­yə­ti­ni hə­ya­ta ke­çi­rən hü?qu­qi və fi­zi­ki şəxslə­rə mal­la­rın (iş­lə­rin, xid­mət­lə­rin) təq­dim edil­mə­si ilə bağ­lı qa­i­mə-fak­tu­ra və ya elektron qa­i­mə-fak­tu­ra ver­mə­yə borclu­dur. Mə­lum ol­du­ğu ki­mi, gə­lir və xərclə­rin, hə­mö­i­nin ver­gi­tut­ma ob­yektlə­ri­nin uço­tu­nun apa­rıl­ma­ma­sı ver­gi­dən ya­yın­ma­ya gə­ti­rib çı­xa­rır. Bu cür hal­la­rın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə Ver­gi Mə­cəl­lə­si­nə edil­miş son əla­və və də­yi­şik­lik­lər­lə mə­su­liy­yət təd­bir­lə­ri nə­zər­də tu­tu­lub. Be­lə ki, səy­yar ver­gi yox­la­ma­sı və ope­ra­tiv ver­gi nə­za­rə­ti za­ma­nı ver­gi ödə­yi­ci­si­nin sa­hib­li­yin­də olan mal­la­rın alı­şı­nı təs­diq edən qa­i­mə-fak­tu­ra və ya elektron qa­i­mə-fak­tu­ra, ya­xud elektron ver­gi he­sab-fak­tu­ra­sı, id­xal mal­la­rı­na mü­na­si­bət­də id­xal göm­rük bə­yan­na­mə­sin­dən ən azı bi­ri ol­ma­dıq­da alı­cı­ya təq­vim ili ər­zin­də be­lə ha­la bi­rin­ci də­fə yol ver­dik­də alın­mış mal­la­rın 10 fa­i­zi, ikin­ci də­fə yol ver­dik­də 20 fa­i­zi, üç və da­ha çox də­fə yol ver­dik­də isə 40 fa­i­zi miq­da­rın­da ma­liy­yə sanksi­ya­sı­nın tət­biq edil­mə­si nə­zər­də tu­tu­lub. Odur ki, ma­liy­yə sanksi­ya­la­rı­na mə­ruz qal­ma­ma­la­rı üçün ver­gi ödə­yi­ci­lə­ri­nə mal­la­rı cid­di he­sa­bat blankla­rı əsa­sın­da al­ma­la­rı­nı töv­si­yə edi­rəm.

Azər­bay­can əra­zi­sin­də mal­la­rın sə­nəd­siz sa­tıl­ma­sı qa­nu­na zid­dir. Hər bir mal ya öl­kə­də is­teh­sal olu­nur, ya da xa­ric­dən id­xal olu­nur: hər iki hal­da on­lar qa­nu­na­mü­va­fiq qay­da­da sə­nəd­ləş­di­ril­mə­li­dir. Sa­tı­lan ma­lın sə­nə­di yox­dur­sa, de­mə­li o, öl­kə­yə ya qa­çaq­mal ki­mi gə­ti­ri­lib, ya da qa­nun­suz is­teh­sa­la aid­dir. Bu ki­mi hal­la­rın qar­şı­sı qə­tiy­yət­lə alın­ma­lı­dır.

- Son ola­raq oxu­cu­la­ra da­ha nə de­mək is­tər­di­niz?

- Oxu­cu­la­rı­mı­zın diq­qə­ti­nə bir da­ha çat­dır­maq is­tər­dim ki, qa­nu­na əsa­sən, əmə­liy­yat­la­rı­nın həc­mi ar­dı­cıl 12 ay­lıq döv­rün is­tə­ni­lən ayın­da (ay­la­rın­da) iki yüz min ma­na­ta­dək olan pə­ra­kən­də ti­ca­rət, ia­şə və xid­mət sa­hə­sin­də fə­a­liy­yət gös­tə­rən şəxslər is­tis­na ol­maq­la, di­gər şəxslər tə­rə­fin­dən ödə­ni­lən əmək haq­la­rı yal­nız nağdsız qay­da­da hə­ya­ta ke­çi­ril­mə­li­dir. Muzdla ça­lı­şan iş­çi­lər işə­gö­tü­rən­lər tə­rə­fin­dən on­la­ra əmək haq­la­rı­nın nağdsız qay­da­da, plas­tik kartlar va­si­tə­si­lə ve­ril­mə­si­ni tə­ləb et­mə­li­dir. Ver­gi­lər Na­zir­li­yi, tə­bii ki, qa­nu­nun tə­ləb­lə­ri­nə cid­di əməl edil­mə­si üçün ver­gi ödə­yi­ci­lə­ri­nə nə­za­rə­ti hə­ya­ta ke­çi­rə­cək.

Ver­gi qa­nun­ve­ri­ci­li­yin­də edi­lən də­yi­şik­lik­lər, elə­cə də "Nağdsız he­sab­laş­ma­lar haq­qın­da" Qa­nu­nun tət­bi­qi ver­gi ödə­yi­ci­lə­ri üçün ge­niş im­kan­lar aç­maq­la bə­ra­bər, on­lar tə­rə­fin­dən uço­tun düz­gün apa­rıl­ma­sı, nağdsız he­sab­laş­ma­la­ra üs­tün­lük ve­ril­mə­si ki­mi öh­də­lik­lər qo­yur. Bi­zim də ver­gi ödə­yi­ci­lə­rin­dən xa­hi­şi­miz odur ki, qa­nu­nun tə­ləb­lə­ri­nə düz­gün əməl et­sin­lər, alı­nan mal­la­rın mü­qa­bi­lin­də on­la­ra sə­nəd təq­dim olun­ma­dıq­da müt­ləq Ver­gi­lər Na­zir­li­yi­nə mə­lu­mat ver­sin­lər.

Ba­ki-xe­ber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ