2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.
Hesabat dövründə 68a172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.
Məlumatı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi yayıb.