Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qızıl dolları sürətlə “əzməyə” başladı...

Image


ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub. Əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb. Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib. ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.

ABŞ prezidenti Donald Tramp qeyd edir ki, Demokratlar Partiyasının Senatda etdikləri kamikadze hücumuna bənzəyir. Dövlət başçısı bildirib ki, qarşıdurmanı başladan onlardır: “Onların heç nəyi qalmayıb. Ona görə bu, kamikadze hücumuna bənzəyir. İtirən onlardır. Demokratlar Partiyası prezident seçkilərində böyük fərqlə məğlub olub. Bu günlərdə gördüm ki, Kamala Harris nəticələrin çox yaxın olduğunu deyir. Bu, indiyə kimi olmuş ən böyük qələbələrdən biri idi”. ABŞ-da hökumətin bağlanması və geosiyasi qeyri-müəyyənliyin investorları qızıl almağa sövq etməsi nəticəsində isə dollar üçün ciddi təhdid yaranır. Artıq qızılın qiyməti tarixdə ilk dəfə olaraq hər unsiya üçün 4000 ABŞ dolları həddini keçib. Bir unsiyanın qiyməti 4036 dollar səviyyəsində qeydə alınıb. Ümumiyyətlə ötən ilin sonundan etibarən qızılın dəyəri digər çoxsaylı investisiya kateqoriyalarına nisbətən daha sürətlə yüksəlib və bu ilin əvvəlindən 50 faizdən çox bahalaşıb. Bu artımın əsas səbəbi investorların iqtisadi və geosiyasi risklər qarşısında daha etibarlı aktivlər axtarmasıdır. Son zamanlar ABŞ-da baş verən büdcə böhranı nəticəsində hökumətin bağlanması və dövlət borcunun yüksək səviyyəsi Amerika istiqrazlarına etimadı azaldır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi kimi geosiyasi hadisələr də etibarlı alternativ investisiya vasitəsi kimi qızıla tələbatı artırır. Bu gedişlə qızıl 1 unsiya üçün 5000 dollara qədər bahalaşa bilər. Qqeyd edildiyi kimi qızılın bahalaşmasının əsas səbəbləri ABŞ dollarının zəifləməsi və qlobal miqyasda artan iqtisadi və geosiyasi qeyri-müəyyənlikdir. Qızıldan fərqli olaraq, ABŞ dolları Donald Trampın ticarət müharibələri və Federal Ehtiyat Sisteminə təzyiqləri səbəbindən etibarlı sığınacaq kimi əvvəlki cazibəsini itirir. Mütəxəssislər dolların cazibədarlığını itirməsini "narahatedici simptom" adlandırırlar. Qızıl qiymətlərinin davamlı artımı fonunda Qərb analitikləri əsas qiymətli metal üçün qiymət proqnozlarına yenidən baxırlar.

“Goldman Sachs” investisiya bankının analitikləri 2026-cı ilin dekabrına qədər qızılın qiyməti ilə bağlı gözləntilərini əvvəlki 4300 dollardan 4900 dollara yüksəldiblər. Ekspertlər bütün dünya üzrə mərkəzi bankların qiymətli metalı almağa davam edəcəyini gözləyirlər: “2025-2026-cı illərdə mərkəzi bankın alışları orta hesabla 80-70 ton olacaq, çünki inkişaf etməkdə olan bazarların mərkəzi bankları qızılın xeyrinə öz ehtiyatlarını struktur şaxələndirməyə davam edəcəklər”. Təkcə bu amil gözlənilən qiymət artımına təxminən 19 faiz bəndi əlavə edəcək. ABŞ dollarının zəifləməsi və artan ticarət və geosiyasi gərginliklərdən qorunmaq istəyən investorların metala artan marağı fonunda qızıla artan tələb davam edir. İndi bir çox investor qızıla ABŞ dollarından daha təhlükəsiz aktiv kimi baxır. Xüsusilə, “Citadel hedcinq” fondunun rəhbəri Ken Qriffin fikrincə, investorlar qızıla dollardan daha təhlükəsiz aktiv kimi baxmağa başlayırlar ki, bu da onun fikrincə, həqiqətən narahatedici bir inkişafdır: “İnsanlar ABŞ-ın suveren riskinə qarşı portfellərini effektiv şəkildə de-dollarizasiya etmək və ya riski azaltmaq yollarını axtardıqları üçün biz qeyri-dollar aktivlərində əhəmiyyətli inflyasiya görürük”. O qeyd edib ki, ABŞ bazarları gücləndirən tənəzzül zamanı baş verənlərə daha çox uyğun maliyyə və monetar stimul görür. “Bridgewater Associates hedcinq” fondunun təsisçisi Rey Dalio qızılı dollardan daha təhlükəsiz aktiv adlandırır: “Qızıl portfelin diversifikasiyası üçün əla vasitədir. Əgər yalnız strateji aktivlərin bölüşdürülməsinə baxırsınızsa, ehtimal ki, təxminən 15% qızıl paylanması optimal olardı. Bu qiymətli metal ABŞ hökumətinin borc yükünün artdığı bir dövrdə etibarlı dəyər anbarıdır”. O, qızıl qiymətlərinin rekord artımını yüksək inflyasiya və iqtisadi qeyri-sabitlik şəraitində bahalaşmanı 1970-ci illərlə müqayisə edib. “DoubleLine Capital” direktoru Cefru Gundlax hətta qızıl portfelinin bölüşdürülməsini 25%-ə qədər artırmağı tövsiyə edir. Beynəlxalq Valyuta Fondunun hesabatında ABŞ dollarının beynəlxalq ehtiyatlardakı payının azalması “narahatedici əlamət” adlandırılır. İlin ortalarında ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı 56,3%-ə qədər azalıb ki, bu da 1995-ci ildən bəri ən aşağı səviyyədir. Bu azalma ilk növbədə ABŞ dollarının özünün ucuzlaşması ilə bağlıdır. İlin əvvəlindən ABŞ dollarının məzənnəsi digər altı qlobal valyutanın səbətinə nisbətən demək olar ki, 10% ucuzlaşıb. Amma “Alfa Capital” fond bazarı analitiki Alina Poptsova hesab edir ki, dolların qlobal bazar mövqeyini itirməsi barədə danışmaq düzgün deyil: “ABŞ dollarının cəlbediciliyi təkcə dövlət borc bazarının dərinliyinə deyil, həm də bütövlükdə maliyyə sisteminin likvidliyinə və miqyasına əsaslanır. Bu, müxtəlif digər dollarla ifadə olunan alətlərə geniş çıxış imkanına malikdir. Ciddi tənzimləmələrə baxmayaraq, ABŞ maliyyə bazarı, məsələn, Avropa bazarından daha çevik və rəqabətlidir. Avropa bazarının idarə edilməsi baxımından da daha çevikdir. Şirkətlər, fondlar və Avropa tənzimləyiciləri bu çatışmazlığı etiraf edirlər ki, kapital bazarına inteqrasiya avronun qlobal bazarda mövqeyini gücləndirmək üçün başqa bir şərtdir”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ