çərşənbə günü, 25 noyabr 2026
     

Problemli kreditlərlə bağlı problem bir az da böyüdü...

Image


Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib. Mərkəzi Bankın statistik bülleteninə görə, problemli kreditlər 2025-ci ilə 449,1 milyon manatla başlamışdı. Səkkiz ayda 81,8 milyon manat artım olub.

Mərkəzi Bankın hesabatında o da bildirilir ki, sentyabrın 1-nə 22 bankın cəmi aktivləri 55 milyard 672,4 milyon manat, cəmi öhdəlikləri 48 milyard 595,3 milyon manat, balans kapitalı 7 milyard 77,1 milyon manat olub. Hesabat ayında bankların kredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28 milyard 704.9 milyon manata çatıb.

İqtisadçılar deyir ki, problemli kreditlərin artması bank sektoru üçün təhdid yaradır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2 faiz, son 1 ildə isə 12,2 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət iyulun sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il avqustun sonuna isə 1,7 faiz olub. Hesab olunur ki, problemli kreditlərin həcminin artım dinamikasının tənzimlənməsi çox vacibdir. Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğu da öz sözünü deyir. Problemli kreditlərin artması ilk növbədə bank sektorunun dayanıqlığını sarsıdır. Kredit portfelində geri qaytarılmayan borcların payı artdıqca bankların gəlirləri azalır, zərərlər isə böyüyür. Bu isə bankların kapital ehtiyatlarının tükənməsinə və onların yeni kreditlər vermək imkanlarının məhdudlaşmasına gətirib çıxarır. Bankların etibarlılığı zədələnir, müştərilərin inamı azalır, depozitlərin kütləvi çıxarılması riski yaranır. Nəticədə bank böhranı baş verə bilər ki, bu da maliyyə sabitliyini ciddi şəkildə təhdid edir. Problemli kreditlərin çoxalması bütövlükdə ölkə iqtisadiyyatına da mənfi təsir göstərir. Bir tərəfdən, bankların yeni kredit vermək imkanlarının azalması sahibkarlığın maliyyələşdirilməsini çətinləşdirir. Bu isə investisiya fəaliyyətinin zəifləməsinə, yeni iş yerlərinin yaranmamasına və iqtisadi artımın ləngiməsinə səbəb olur. Digər tərəfdən, əhalinin istehlak kreditlərinin artması və onların qaytarılmaması daxili tələbi azaldır, bazarda durğunluq yaradır. Üstəlik, dövlətin maliyyə siyasətinə də əlavə yük düşür.

Problemli kreditlərin artmasının ən ağrılı nəticələrindən biri sosial sahədə özünü göstərir. Borcunu qaytara bilməyən vətəndaşların sosial vəziyyəti ağırlaşır. Kredit yükü artdıqca əhali arasında psixoloji gərginlik yaranır. İş yerlərinin azalması və sosial təminat problemləri isə bu gərginliyi daha da gücləndirir. Problemli kreditlərin çoxalması dövlət büdcəsinə də təsirsiz ötüşmür. Əgər banklar iflas riski ilə üzləşirsə, dövlət onların maliyyə sabitliyini təmin etmək üçün müdaxilə etməli olur. Bu isə büdcə vəsaitlərinin əlavə xərclənməsinə gətirib çıxarır. Belə bir vəziyyətdə sosial layihələrə və inkişaf proqramlarına ayrılacaq vəsait azalır. Nəticədə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi ləngiyir və maliyyə sabitliyi zəifləyir. Problemli kreditlərin çoxalması həm də maliyyə intizamının zəifləməsinə gətirib çıxarır. Əgər borcların qaytarılmaması halları kütləviləşirsə, digər müştərilərdə də eyni davranış modelinə meyil yarana bilər. Beləliklə, bank-müştəri münasibətlərində məsuliyyət prinsipləri zəifləyir. Bu isə uzunmüddətli perspektivdə maliyyə sisteminin sağlamlığını təhdid edən ən ciddi faktorlardan biridir. roblemli kreditlərin yaratdığı təhlükələrin aradan qaldırılması üçün kompleks tədbirlərə ehtiyac vardır. Əvvəla, banklar kredit portfelini formalaşdırarkən risklərin qiymətləndirilməsinə ciddi yanaşmalı, müştərilərin ödəmə qabiliyyətini real göstəricilər əsasında müəyyən etməlidirlər. İkincisi, dövlət iqtisadi sabitliyi təmin etmək, iş yerləri yaratmaq və əhalinin gəlirlərini artırmaq istiqamətində siyasət həyata keçirməlidir. Üçüncüsü, problemli kreditlərin həlli üçün restrukturizasiya, subsidiyalar və güzəştli proqramlar tətbiq edilə bilər. Bununla yanaşı, maliyyə savadlılığının artırılması da əhalinin borc öhdəliklərinə daha məsuliyyətli yanaşmasına kömək edər. onu da qeyd edək ki, problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Hesab edilir ki, problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ