Cümə axşamı günü, 01 oktyabr 2026
     

Neft Fondundan büdcəmizə köçürmə 2 milyard manat azaldıldı...

Image


Xalid Kərimli: "Gəlir vergisi hesabına dövlət büdcəsinə yarım milyard manat vəsait cəlb edilməsi planlaşdırılır"

2026-cı ilin dövlət büdcəsinin tərtib edilməsində çox maraqlı tendensiyalar izlənilir. İndiyə qədər həm beynəlxalq qurumlar, həm də müstəqil ekspertlər Azərbaycan dövlət büdcəsinin DNF transfertləri hesabına şişirdilməsinin düzgün olmadığını vurğulayırdı.

Buna baxmayaraq, transfertlər ildən-ilə artır, büdcə xərcləri isə genişlənirdi. Bu il isə növbəti ilin dövlət büdcəsində transfertin kəskin azalması ilə büdcədə minimum artım tendensiyasını saxlamaq nəzərdə tutulub. Belə ki, cari ilin dövlət büdcəsində DNF-dən transfert 14 milyard 481 milyon manat məbləğində təsdiq olunduğu halda, 2026-cı ilin büdcəsində bu rəqəm 12 milyard 750 milyon manat, yəni təqribən 12% az nəzərdə tutulub.

Növbəti ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və ya 0,2%, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 261 milyon 200 min manat və ya 3,4% çox deməkdir.

Bu, müsbət tendensiyadır, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində bir addımdır. Lakin biz buna nail ola biləcəyikmi və bu nə ilə bağlıdır? Bu azalma meyllərini növbəti illərdə də davam etdirmək mümkün olacaqmı?

DNF transfertlərinin azalması – pozitiv siqnal

Dövlət Neft Fondundan (DNF) büdcəyə transfertlərin həcminin 14,48 mlrd manatdan 12,75 mlrd manata endirilməsi ilk baxışda maliyyə siyasətində “məsuliyyətli xəttə” dönüş kimi görünür.

Bu o deməkdir ki, büdcə artımı getdikcə yalnız neft pulları hesabına deyil, daxili vergi və qeyri-neft gəlirlərinin artımı hesabına təmin olunmağa çalışılır.

Eyni zamanda, bu addım beynəlxalq maliyyə institutlarının tövsiyələri ilə də üst-üstə düşür: büdcənin neft pullarına həddindən artıq bağlılığını azaltmaq.

Gəlirlərin artım dinamikası

2026-cı il üçün gəlirlər 38,423 mlrd manat proqnozlaşdırılıb. Bu, 2025-lə müqayisədə cüzi artım (0,2%), lakin 2024-cü ilin faktiki icrasına görə daha ciddi – 3,4% artımdır.

Bu rəqəm göstərir ki, hökumət “büdcəni süni şişirmək” yox, real iqtisadi potensiala yaxınlaşdırmaq xəttini seçib.

Müsbət və mənfi tərəflər

Müsbət tərəfi ondan ibarətdir ki, neft gəlirlərindən asılılıq tədricən azalır, büdcə dayanıqlığı güclənir və makroiqtisadi sabitlik üçün əlverişli zəmin yaranır.

Mənfi tərəfinə gəlincə, əgər qeyri-neft gəlirləri (vergi bazasının genişlənməsi, iqtisadi aktivlik, ixracın şaxələndirilməsi) gözlənilən tempdə artmasa, gələcəkdə sosial və investisiya xərclərinin qarşılanması çətinləşə bilər. Bu da “büdcə kəsiri” risqini artırır.

Nail ola biləcəyikmi?

Bu, əsasən iki faktordan asılıdır:

1. Qeyri-neft sektorunun inkişafı – sənaye, kənd təsərrüfatı, xidmət sahələri və ixrac imkanlarının genişlənməsi mümkün olacaqmı?

2. İnstitusional islahatlar – kölgə iqtisadiyyatının azaldılması, vergi yığımında səmərəliliyin və şəffaflığın təmin edilməsi.

Əgər bu sahələrdə ciddi irəliləyişlər olsa, transfertlərin azaldılması tendensiyası davam etdirilə bilər. Əks halda, iqtisadi risqlər (neftin qiymətinin düşməsi, qeyri-neft sektorunda zəif dinamika, sosial təzyiqlər) hökuməti yenidən DNF-dən daha çox vəsait cəlb etməyə məcbur edə bilər.

Gələcəyə baxış

Qısamüddətli dövrdə (2026–2027) büdcə siyasəti daha real və balanslı görünür. Uzunmüddətli dövrdə (2030-cu illərə doğru) isə bu xəttin davam etməsi yalnız qeyri-neft gəlirlərinin artım tempindən asılı olacaq. Əgər qeyri-neft ÜDM-in payı yüksələrsə, DNF transfertləri tədricən 10 mlrd manatdan da aşağı düşə bilər. Əks halda, bu sadəcə birillik “təcrübə” ola bilər.

Xalid Kərimli “Bakı-Xəbər”ə müsahibəsində bildirib ki, artıq elə bir dövrə keçid edirik, neft dollarları azalır: "Transfertləri artıra-artıra getsək, bir də görəcəyik ki, DNF yoxa çıxıb. Ona görə də DNF-nin sabitliyi, davamlılığını təmin etmək, onu gələcək nəsillərə ötürmək üçün Fonddan asılılıq aradan qaldırılmalıdır. Ona görə də planlaşdırılır ki, Fondun mədaxili məxaricindən daha çox olsun. Eyni zamanda ildən-ilə neft hasilatı və satışı azalır. Yeni yataqlar kəşf edilməyib, köhnə yataqlardan isə hasilat azalır. Nə qədər cəhdlər göstərilsə də, neft hasilatında sabitlik əldə olunmur.

Eyni zamanda neftin qiymətinin ucuzlaşması da gözləniləndir. Dünyada gələn il üçün neft qiymətləri 55-65 dollar arası proqnozlaşdırılır. Biz ən yüksək rəqəmi seçmişik – büdcədə neftin qiyməti 65 dollar nəzərdə tutulub. Ötən il də transfertin azaldılması nəzərdə tutulmuşdu, amma sonradan bir milyard manat hərbi xərclər əlavə edildi.

Hazırda tədiyyə balansında neqativ gözləntilər olsa da, hələlik DNF-də azalma müşahidə edilmir, strateji valyuta ehtiyatları da artım meylləri göstərir. Səhm və qızılın qiyməti bu il artıb, ona görə də DNF aktivlərində 6,7 milyard dollar artım var. Yəni indiki transfert azalmaları o demək deyil ki, imkanlar məhduddur. İstəsələr, transfertləri artırmaq mümkündür, imkanlar mövcuddur. Lakin bu məsələyə ehtiyatla yanaşılır, çünki neft hasilatı və qiymətlər azalır. Eyni zamanda qazın qiymətində də kəskin artım gözlənilmir.

Büdcənin gəlirliliyinin təmin edilməsi üçün hökumət müxtəlif variantlara əl atır. Onlardan biri də gəlir vergisi güzəştlərinin ləğvidir. Bununla dövlət büdcəsinə yarım milyard manat vəsait cəlb edilməsi planlaşdırılır. Bu isə sahibkarların xərclərinin artması, işçilərin isə gəlirlərinin azalması hesabına baş verəcək.

Üçillik proqnozlara görə, büdcənin transfertlərdən asılılığının azalacağı gözlənilir. Nəzərdə tutulur ki, qeyri-neft ÜDM-i artacaq. Neft ÜDM-i isə ya azalacaq, ya da stabil qalacaq. Alternativ enerji mənbələrindən istifadə istiqamətində yeni layihələr nəzərdə tutulurdu, amma bu istiqamətdə ciddi büdcə ayırmaları mövcud deyil. Avropa ilə gərginlik də, ola bilsin ki, növbəti illərdə bu məsələyə təsir edəcək. Avropa üçün də Azərbaycan Rusiyanın qonşusu olaraq risqli ölkə kimi görünür. Əvvəllər Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsindən danışılırdı, amma son üç il ərzində buna da vəsait ayrılmadı. Halbuki, CQD-nin ötürmə gücü 2027-ci ilə qədər iki dəfə artırılmalı idi. Eyni zamanda Qara dənizin dibi ilə Avropaya elektrik enerjisi ixracı üçün kabel çəkilməsi nəzərdə tutulub, 2023-cü ilin sonunda bu barədə memorandum imzalanıb. Amma bu istiqamətdə də heç bir irəliləyiş yoxdur.

Yəni dövlət gəlirlərində əhəmiyyətli artımlar yoxdur. Ona görə də hökumət tədricən neftdən asılı olmayan – qeyri-neft büdcəsinə hazırlaşır".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ