Bazar günü günü, 27 sentyabr 2026
     

Benzinin qiymətində dəyişiklik gözlənilir...

Image


Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ay "Euro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. 

Qeyd olunur ki, zavod 2023-cü ilin may ayında "Euro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlayıb, 2024-cü ilin iyununda "Euro-5" standartlarına uyğun avtomobil benzini istehsalına başlamağı planlaşdırır.

SOCAR-ın məlumatına görə, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində zavodda izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Bildirilir ki, zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir. Onun illik emal gücü hazırda 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə görə, zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emal edilməsi üçün nəzərdə tutulub. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır. Modernləşdirmə başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək. Artıq fikirlər var ki, "Euro-5" standartlarına uyğun avtomobil benzini, yəni Aİ-95 markalı benzin ölkədə istehsal olunacaqsa, onun satış qiyməti də düşə bilər. Əvvəllər Aİ-95 benzininin qiymətinin artması onun ölkəyə idxalı ilə əsaslandırılırdı. 2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 86 min ton "Aİ-95 Premium" markalı benzin alıb. Bu, 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Aİ-92 benzinindən fərqli olaraq Aİ-95-in qiymətini dövlət tənzimləmir. 2022-ci ilin iyulunda Azərbaycanda Aİ-95-in qiyməti 1.6 manatdan 2 manata qalxıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev  məsələ ilə bağlı mediaya açıqlamasında  bildirib ki, Azərbaycanda "Euro-5" standartlarına uyğun yanacağın qiymətləri Avropa bazarlarındakı qiymətlərdən asılıdır. Deputat qeyd edib ki, bu markalı benzinin istehsalı üçün avadanlıq çox bahadır: "Məndə olan məlumata görə, yaxşı yeni avadanlığın quraşdırılması 250 milyon dollara başa gəlir". Onun sözlərinə görə, ölkədə "Euro-5" ə cavab verən yanacağın istehsalı həm ölkəyə valyutanın cəlbi, həm də ekologiya baxımından çox vacibdir: "Əgər SOCAR artıq istehsala və yerli bazara təchizata başlayıbsa, düşünürəm ki, qiymətlər balanslaşmalıdır. Digər tərifdən, neft və istehsal yerli olduğuna baxmayaraq, bu yanacaq üçün müəyyən əlavə inqrediyentlər lazımdır. Onlar isə, çox güman ki, xaricdən gətiriləcək. Amma istənilən halda bu markalı yanacaq indikindən daha ucuz başa gəlməlidir". İxraca gəlincə, deputat düşünür ki, Azərbaycan ilk addım kimi öz bazarını tam təchiz etməlidir, əlavə yanacaq qalarsa, onu ixrac da edə bilər: "Hazırda isə bizim üçün ən önəmlisi bizim öz bazarımızdır. Ölkədə avtomobillərin sayı çoxdur. Üstəlik də, biz bir sıra qanunlar qəbul etmişik ki, köhnə avtomobillər utilizasiya edilir, yaşı 15-dən çox maşınların ölkəyə gətirilməsi qadağandır. Yeni markalı maşınlar nə qədər çox olarsa, o qədər də yeni yanacaq növlərinə tələbat artacaq".

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov xatırladır ki, neftin ucuzlaşmasına baxmayaraq, son ilyarım müddətində "Aİ-95" benzini ucuzlaşmayıb. Ekspertin sözlərinə görə, bu gün bazarda müvafiq qiyməti diktə edən şirkət eyni zamanda bu aydan "Aİ-95" markalı benzin istehsal etməyə başlayacaq: "Ola bilsin ki, bazarda mövcud status-kvo dəyişəcək. Əgər istehsal həcmi daxili bazarın tələbatını ödəyəcəksə, bu zaman qiyməti Tarif Şurası tərəfindən tənzimlənən məhsulların siyahısına daxil ediləcək". R.Həsənovun fikrincə, belə olduğu təqdirdə burada iki ssenari gözləmək olar: "Onlardan biri odur ki, Tarif Şurası bazarda artıq oturuşmuş qiyməti, bu məhsulun lüks kateqoriyaya aid olduğunu əsas göstərib və gələcəkdə yaranacaq əlavə xərclər qarşısında manevr imkanını qoruyub saxlamaq üçün qiyməti bugünkü səviyyədə saxlasın. Amma, ola bilsin ki, yerli istehsalın yaratdığı üstünlüklərdən piar məqsədi ilə, yaxud da sosial aspektlərdən çıxış edərək daha optimal bir qiymət müəyyən edilsin. Ancaq indidən hansı ssenari üzrə gediləcəyini proqnozlaşdırmaq çox çətindir". Hələlik isə qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Euro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilmir. Başqa sözlə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Aİ-95", "Aİ-98" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən isə 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün gömrük rüsumu ləğv edilib. Bu da qiymətlərə təsir edə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ