şənbə günü, 15 avqust 2026
     

Azərbaycan Mərkəzi Asiyanın əsas tranzit məkanına çevrilir

Image


Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına nəqlində Azərbaycanın bundan sonra daha həlledici rol oynaması gözlənilir. Xüsusən də Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli ölkəmizlə Mərkəzi Asiyanın enerji əlaqələrində olduqca mühüm bir mərhələnin başlanmasından xəbər verir.

Azərbaycan indiki halda bu region üçün çox vacib alternativ tranzit məkana çevrilir.

Burada xatırladaq ki, Rusiyanın vaxtaşırı nümayiş etdirdiyi şıltaq mövqe üzündən Qazaxıstan son dövrlərdə öz neftinin ixracında ciddi çətinliklərlə üzləşib. Məsələ burasındadır ki, qazax neftinin əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Amma Qərbi enerji müstəvisində təzyiq altında  çalışan Rusiya vaxtaşırı ərazisindən qazax neftinin ixracına da əngəl yaradır. Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin vaxtaşırı dayanması bunun təzahürü hesab edilir. Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Bu kəmər uzun illər ərzində Qazaxıstan neftinin əsas ixrac marşrutu olub. Adıçəkilən Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsilə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir. Amma Rusiya bu kəmərin fasiləsiz iş rejimini təmin edə bilmir. Elə bu səbəbdən qazax tərəfi yeni ixrac marşrutları axtaırır. Bunun üçün Azərbaycan ön planda yer alır. Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin qeyd edir ki, enerji sahəsində Qazaxıstanla Azərbaycan arasında əməkdaşılıq əlaqələri yüksələn xətlə inkişaf edir. O bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub. Bu, Rusiya üzərindən satılan Qazaxıstan neftinin üçdə birindən də çoxdur. Serik Jumanqarin xatırladır ki, ötən il SOCAR və “KazMunayQaz” şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində BTC ilə nəqli nəzərdə tutulan 1,5 milyon ton neftə Qazaxıstan yer təkinin istifadəçiləri “pilot” həcmləri kimi baxırlar, bu da qeyd olunan marşrutu “test” etmək üçün lazımdır: “Əslində, hazırda BTC imkanlarının cəmi 40%-i yüklənilib, orada 20 milyon tona yaxın mümkün olan aşırma həcmləri var, bu da bizim birgə əməkdaşlığımız çərçivəsində hədələdiyimiz həcmdir”. Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon  ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Hadisələrin inkişaf axarı isə əslində, Azərbaycanın 20 milyon tondan da artıq qazax neftini dünya bazarlarına çıxarmağa hazır olduğunu göstərir.  Belə ki, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Bu barədə “Reuters”ə üç mənbədən bildiriblər.

Qeyd olunub ki, razılıq əldə olunarsa, bu, yəqin ki, “Kaşaqan” yatağından çıxarılan neft olacaq. Mənbələrin verdiyi bilgiyə görə, Azərbaycan həmçinin neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə nəqlini təklif edib. Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir. Bakı-Supsa kəməri ilə neftin nəqli 2022-ci ilin yazında dayandırılıb. Hazırda bütün Azərbaycan nefti BTC kəməri ilə ixrac olunur. İndi qazax nefti Bakı-Supsa kəməri ilə ixrac edilə bilər. Bu, Azərbaycanın daha 5 milyon ton qazax neftini dünya bazarlarına çatdıra biləcəyini göstərir. “North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barrel və ya 1-2 milyard ton neft həcmindədir. Bu böyük həcmin Azərbaycan üzərindən nəqli Qazaxıstana əlavə üstünlüklər verə bilər. Hər halda, prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bu məsələnin də əsas müzakirə predmetlərindən biri olması gözlənilir.  Qeyd etmək lazımdır ki, son illər ərzində yükdaşımalar üçün infrastukturunu təkmiləşdirən, inkişaf etdirən Azərbaycan ərazisindən daha böyük həcmdə tranzit məhsullarını ötürməyə hazırdır. Serik Jumanqarin bu fonda qeyd edir ki, Qazaxıstan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr sahəsində olan potensial tam istifadə olunmayıb və onların inkişafı üçün müxtəlif sahələrdə geniş imkanlar var: "Ölkələrimiz arasında ildə 400-500 milyon dollar səviyyəsində olan ticarət dövriyyəsi çox aşağı həcmdir. Böyük potensial var ki, Qazaxıstan məhsullarını Azərbaycan bazarlarına satmaq üçün istifadə olunmur. Biz daha çox malların siyahısını hazırlamışıq. 300 milyon ABŞ dolları dəyərində 100-dən çox məhsul təklif edirik. Bundan əlavə, biz potensial əməkdaşlıq layihələri ilə bağlı konkret təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik, çünki bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ