şənbə günü, 15 avqust 2026
     

Xaricdən göndərilən pulların həcmi kəskin artdı

Image


Aparılan təhlillər göstərir ki, müxtəlif ölkələrdən Azərbaycana göndərilən pul vəsaitlərinin həcmində ciddi artım var. Ümumiyyətlə, bu müstəvidə çox böyük müsbət saldo qeydə alınır.

Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul baratlarının əsas göstəricilərinə dair məlumatından belə bəlli olur ki, 2022-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 3.2 dəfə artaraq 3.6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.5% artaraq 0.7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2.9 milyard dollar müsbət saldo yaranıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycana göndərilən pulun miqdarı 1 milyard 133 milyon dollar idi. Deməli, 2022-ci ildə Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 2.5 milyard dollar və ya 3.2 dəfə artıb. Daha bir il öncə - 2020-ci ildə sözügedən köçürmələrin həcmi 1 milyard 94 milyon dollar, 2019-cu ildə isə 934 milyon dollar olmuşdu. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən aydın olur ki, xaricdən göndərilən pulların həcmindəki bu kəskin artım, əsasən, Rusiyadan qaynaqlanır. 2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin həcmi 2 milyard 969 milyon dollar təşkil edib ki, bu da ümumi köçürmələrin 82%-ni təşkil edib. Keçən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi 2021-ci illə müqayisədə 4.8 dəfə artıb. 2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 623 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib.

Xatırladaq ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumuna cavab olaraq bir çox ölkə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmin sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatına ciddi zərər dəyib. Ölkənin milli valyutası rublun dəyər itirməsi, eləcə də Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması, ölkədə xarici valyuta alışına tətbiq edilən məhdudiyyətlər Rusiyada yaşayanların öz yığımlarını ölkədən çıxarmağa vadar edən əsas səbəblərdir. Qeyd edək ki, Rusiyada yüz minlərlə azərbaycanlı çalışır. Bu baxımdan, Rusiyadakı iqtisadi durum üzündən həmin şəxslərin öz vəsaitlərini Azərbaycana gətirdiyi müşahidə olunur. Azərbaycana göndərilən pul köçürmələrinin həcminə görə Rusiyadan sonra ikinci yeri ABŞ tutur. Ötən il ABŞ-dan Azərbaycana pul köçürmə sistemləri ilə 155 milyon dollar göndərilib. ABŞ-dan gələn köçürmələrdə diqqətçəkən məqam son illər bu istiqamətdə də ciddi artımların baş verməsidir. Məsələn, 2021-ci ildə ABŞ-dan Azərbaycana 72 milyon dollar, 2020-ci ildə 53 milyon dollar, 2019-cu ildə 40 milyon dollar göndərilmişdi. Bu o deməkdir ki, son üç ildə ABŞ-dan Azərbaycana pul köçürmələrinin həcmi təxminən dörd dəfə artıb.  Ölkəyə ən çox pul göndərilən üçüncü ölkə Türkiyə olub. Ötən il Türkiyədən Azərbaycana 122 milyon dollar göndərilib. Bu, toplam köçürmələrin 3.4 faizi deməkdir. Almaniyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində də kəskin artım qeydə alınıb. Ötən il belə köçürmələrdə dördüncü yerdə olan Almaniyadan Azərbaycana köçürülən pulun həcmi iki dəfə artaraq 27 milyon dollardan 54 milyon dollara yüksəlib. İlk beşlikdəki digər ölkə Birləşmiş Krallıqdır. 2022-ci ildə Böyük Britaniyadan Azərbaycana 34 milyon dollar dəyərində pul köçürülüb. Bu, 2021-ci illə müqayisədə 3 milyon dollar aşağı göstəricidir. Qazaxıstan (33 milyon dollar), BƏƏ (31 milyon dollar), Gürcüstan (28 milyon dollar), Səudiyyə Ərəbistanı ( 15 milyon dollar) və İsrail də (13 milyon dollar) pul köçürmələrinin həcminə görə ilk onluğa daxildir.

Pul köçürmələri ilə bağlı diqqətçəkən daha bir məqam öncəki illərdə pul köçürmələrinə görə ön sıralarda olan Ukraynanın öz yerini itirməsidir. Belə ki, əgər 2021-ci ildə Ukraynadan Azərbaycana 30 milyon dollar həcmində pul köçürülmüşdüsə, ötən il bu rəqəm beş dəfə azalaraq cəmi 6 milyon dollar olub. Bu baxımdan aydın olur ki, müharibə Rusiyadan Azərbaycana köçürülən pulu beş dəfə artırdığı halda, Ukraynadan gələn pul köçürmələrini o qədər azaldıb. Ukraynadan köçürmələrin azalmasının başlıca səbəbi orada yaşayan çox sayda azərbaycanlının müharibə başlayandan sonra təxliyə edilməsi, eləcə də ölkə iqtisadiyyatının müharibədən ciddi zərər görməsidir. Mərkəzi Bankın açıqladığı rəqəmlərdə Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələri də əksini tapıb. Ötən il belə köçürmələrin həcmi 665 milyon dollara yaxın olub. Bu, 2021-ci ildəki göstərici ilə (662 milyon dollar) təxminən eyni nəticə deməkdir. 2022-ci ildə Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib – 174 milyon dollar. Bu, bütün pul göndərişlərinin 26 faizidir. Azərbaycandan ən çox pul göndərilən ikinci ölkə “Azadlıq” radiosunun məlumatına görə ABŞ-dır. Ötən il ABŞ-a 137 milyon dollar göndərilib. 2021-ci ildə bu rəqəm cəmi 51 milyon dollar idi. Bu baxımdan, ABŞ-dan Azərbaycana göndərilən köçürmələrlə yanaşı, Azərbaycandan ABŞ-a köçürmələrin də həcmində kəskin artım görünür. Bu il 2021-ci illə müqayisədə Azərbaycandan pul göndərilməsinə görə ilk beşlikdə olan digər üç ölkəyə köçürmələrin həcmi azalıb. Misal üçün, Azərbaycandan Rusiyaya göndərilən pulun miqdarı 117 milyon dollardan 90 milyon dollara düşüb. Gürcüstana göndərilən vəsait də 79 milyon dollardan 59 milyon dollara enib. Böyük Britaniyaya göndərilən pulun həcmi isə 46 milyon dollardan 31 milyon dollara düşüb.İstənilən halda xaricdən göndərilən pulların artması Azərbaycanda maliyyə dayanaqlığına müsbət təsir edən faktorlardan biri hesab olunur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ