10/06/2023 22:08
728 x 90

Qazaxıstan neftinin Aktau-Bakı marşrutu ilə nəqlinə başlandı

img

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.

“Yeni ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib”, - məlumatda deyilir.

ASCO-dan verilən məlumata görə, ilk partiyada tankerin anbarlarına ümumilikdə 6 min 900 ton xam neft yüklənib.

“Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq”, - məlumatda vurğulanır.

Xəbər verildiyi kimi, “Akademik Xoşbəxt Yusifzadə” tanker 2022-ci ilin dekabrında istismara qəbul edilib. Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, su tutumu 7,884 min tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Daha əvvəl məlumat verilib ki, 2023-cü ilin mart ayında “QazTransOil” SC Kaşaqan yatağından 7 min ton neftin Azərbaycan üzərindən sınaq nəqlini həyata keçirməyi planlaşdırır. Nəqli Aktau limanında gələcəkdə Bakı limanı istiqamətində tədarük üçün həyata keçirmək planlaşdırılır. Kaşaqan neftinin yükgöndərəni “Inpex North Caspian Sea, Ltd” şirkətidir.

Kaşaqan – Xəzər dənizinin Qazaxıstan dektorunda ilk dəniz neft yatağı, həmçinin ölkədə ən iri beynəlxalq investisiya layihəsidir. Yataqda kommersiya hasilatına 1 noyabr 2016-cı ildə başlanılıb.

NCOC-un səhmdarları KMG Kashagan B.V. (16,877%), Shell Kazakhstan Development B.V. (16,807%), Total EP Kazakhstan (16,807%), AgipCaspian Sea B.V. (16,807%), ExxonMobil Kazakhstan Inc. (16,807%), CNPC Kazakhstan B.V. (8,333%) və Inpex NorthCaspian Sea Ltd. (7,563%) şirkətləridir. 

Peşə etikası

Son xəbərlər