Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın tranzit imkanları Qazaxıstanın diqqətini çəkdi...

Image


Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.

O qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir: “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”. Roman Vasilenko xatırladıb ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql olunur. Bundan əvvəl “Xarici Siyasət Araşdırmaları İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Amangəldi Tajenov bəyan edib ki, Aktau-Bakı marşrutunun işə salınması ilə Qazaxıstan üçün enerjidaşıyıcılarının Avropa İttifaqına tədarükçüsü qismində əlavə imkanlar açılacaq. Hazırda Azərbaycan üzərindən Qazaxıstan neftinin düny bazarlarına çıxarılması ən sərfəli marşrutlardan biri hesab edilir. Qazaxıstanın isə alternativ marşruta ehtiyacı yüksəkdir. Məsələ bundadır ki, sözügedən ölkə neft hasilatını artırır. Bu fonda bəllidir ki, Qazaxıstan 2026-cı ilə qədər öz neftinin Azərbaycan ərazisindən ixracını 15 milyon tona çatdırmağı planlaşdırır. Ölkənin energetika naziri Aset Maqayovun sözlərinə görə, tədarükü mərhələli şəkildə - bu ilin sonuna qədər 6,5 milyon tona, daha sonra - 2025-ci ilin sonuna qədər isə 15 milyon tona qədər artırmaq planlaşdırılır. Azərbaycan istiqamətində neft tədarükünün inkişaf etdirilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupu yaradılıb. Aktau-Bakı xətti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissələrindən biridir. Qazaxıstan son dövrlərdə dəfələrlə neftin ixrac marşrutlarını şaxələndirmək planlarını açıqlayıb, onun üçün prioritet Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan ərazisindən keçən istiqamətdir. Eyni zamanda, əsas sual belə həcmlərdə neftin ixracı üçün marşrutun hazır olması, xüsusən də liman infrastrukturunun və tanker donanmasının "qara qızıl"ın daşınmasına nə dərəcədə imkan verəcəyidir. Qazaxstanlı iqtisadçı və Qazaxıstan Mərkəzinin Enerji Aspektləri Mərkəzinin direktoru Almaz Abildayevin sözlərinə görə, Qazaxıstan özünün çoxvektorlu siyasətində həmişə alıcılar üçün müxtəlif tədarük istiqamətləri və marşrutlarının olması planına əməl edir: "Qazaxıstan və Azərbaycan liderləri arasında siyasi səviyyədə müəyyən razılaşmalar əldə olunub. İnfrastrukturla bağlı razılaşmaların həyata keçirilməsi qalır". Qazaxıstanlı ekspertin sözlərinə görə, ölkədə “qara qızıl” hasilatının artması fonunda Qazaxıstandan neft ixracı marşrutunun şaxələndirilməsi məsələsi çox vacibdir. Qazaxıstanın Energetika Nazirliyi 2023-cü ildə respublikada neft hasilatının 90,5 milyon ton təşkil edəcəyini gözləyir ki, bunun da 71 milyonunun ixracı planlaşdırılır. Xatırladaq ki, Qazaxıstanda 2022-ci ildə neft hasilatının həcmi 84,2 milyon ton və ya nəzərdə tutulan göstəricinin 101,6%-ni təşkil edib. Transxəzər marşrutu və limanlarının nəqliyyat imkanlarının genişləndirilməsi üçün xarici investisiyaların cəlb edilməsi məqsədi ilə həm Azərbaycan, həm də Qazaxıstan ərazisində işlər aparılır. Belə ki, Qazaxıstanın "KazMunayQaz" şirkəti və BƏƏ-nin liman logistika operatoru olan “Abu Dhabi Ports Company” Xəzər və Qara dənizlərdə dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Saziş çərçivəsində Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsindən ötrü Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradılacaq. Bundan əlavə, tərəflər Qazaxıstan neftinin Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində ixracı üçün alternativ marşrutların inkişafını nəzərə alaraq Xəzər dənizində dəniz layihələrini dəstəkləmək üçün donanma, eləcə də tanker donanması yaradacaqlar. Avropa İttifaqı da Transxəzər marşrutunun genişləndirilməsinə sərmayə qoymağı planlaşdırır.

Qazaxıstan 2025-ci ilə qədər Transxəzər marşrutunun inkişafına 20 milyard dollar investisiya cəlb etmək niyyətindədir. Azərbaycan, həmçinin, Transxəzər marşrutu çərçivəsində Bakı limanının və xüsusilə Dübəndi neft terminalının imkanlarının genişləndirilməsi üzərində işləyir. Son illər görülən işlər nəticəsində 2021-ci ildə Dübəndi terminalı vasitəsilə tədarük olunan neft və neft məhsullarının həcmi 2020-ci illə müqayisədə 2,3 dəfə artaraq 1,1 milyon tonu ötüb. Bundan başqa, Azərbaycan Xəzərdə ən byük donanmaya malik ölkədir. Azərbaycan prezidenti İlham Əliyev bu iin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı,Azərbaycan donanmasına hər il yeni gəmilərdaxil edir.Araşdırmalar da göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Son 20 ildə ölkəmiz tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirilib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər də xüsusi yer tutur. Qeyd edək ki, hazırda Xəzər hövzəsində respublikamıza məxsus ən böyük mülki donanma ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da iqtisadi inkişafda xüsusi əhəmiyyətə malikdir. Gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanları isə daha çox diqqət çəkir. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir. Bunlar Qazaxıstanın da diqqətindən yayınmır. Qazaxıstan neftinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu  vasitəsilə tədarüklər çərçivəsində ixracı həm də mövcud Azərbaycan neft kəmərləri vasitəsilə həyata keçirilə bilər. Belə ki, Qazaxıstanın neft ixracının şaxələndirilməsi üzrə hazırlanmış xüsusi Yol Xəritəsinə əsasən, Aktau limanından Bakıya və oradan Bakı-Tiflis-Ceyhan istiqamətində neft kəməri ilə marşrut mühüm istiqamətdir. Bundan əlavə, neft Bakı limanı vasitəsilə Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Azərbaycan bütün şəraiti yaratmağa hazırdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ