Cümə günü, 09 oktyabr 2026
     

İpoteka kreditləşməsi də mənzil probleminə kömək etmir...

Image


Ev çatışmazlığı Azərbaycanda hələ də əhalinin üzləşdiyi əsas məsələlərdən biridir. Azərbaycanda əhalinin hər min nəfərinə təxminən 220-yə qədər mənzil düşür. İnkişaf etmiş ölkələrlə müqayisədə bu, o qədər də yüksək göstərici deyil. Avropa ölkələrində hər 1000 nəfərə düşən mənzil sayı 500-ə yaxındır. Ukrayna, Rusiya, Belarus kimi postsovet ölkələrində bu göstərici 400-ü aşır.

Azərbaycanda hər min nəfərə düşən yaşayış sahəsi də azdır. Rəsmi rəqəmlərə görə, ölkədə ortalama hər sakinə təxminən 16 kvadratmetr mənzil sahəsi düşür. Ölkələr üzrə adambaşına düşən yaşayış sahəsi fərqlənir. Məsələn, ABŞ-da adambaşına düşən orta mənzil sahəsi 75, Almaniyada 45, Çində 30, Rusiyada 22, Türkiyədə 18, Nigeriyada isə 6 kvadratmetrdir. Ölkədə daşınmaz əmlak qiymətləri əhalinin böyük hissəsinin gəlirinə uyğun deyil. Elə bu üzdən bir çoxları uzun illər kirayədə yaşamağa məcbur qalır. Dünyanın bir çox ölkəsində hökumətlər insanların ev problemini çözməkdən ötrü müxtəlif mexanizmlərdən faydalanırlar. Bunların arasında ən çox yayılan ipoteka kreditləridir. Ancaq Dövlət İpoteka Fondunun ötən ilin yekunlarına dair açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda ipoteka kreditləri də əhalinin yalnız kiçik bir bölümünün mənzil problemini çözə bilir. Ölkədə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb. İpoteka və Kredit Zəmanət Fondunun verdiyi bilgiyə görə, o vaxtdan 2023-cü ilədək Azərbaycanda toplam 42 min 273 ipoteka krediti verilib. Deməli, fond fəaliyyətdə olduğu müddətdə hər il ortalama 2 min 500 ipoteka krediti verib. Bu, ölkə əhalisinin hər il daşınmaz əmlaka yaranan tələbatının çox cüzi hissəsi deməkdir. 17 il içində verilən ipoteka kreditlərinin toplam həcmi 2 milyard 416 milyon manatdır. Bunun 31 faizi, yəni 753 milyon manatı güzəştli şərtlərlə verilən ipoteka kreditləridir. Ev almaq istəyənlərin çox, verilən ipotekaların az olmasının əsas səbəbi ölkədə hər il belə kreditləşməyə ayrılan vəsaitin az olmasıdır. Məsələn, bu ilin dövlət büdcəsində ipoteka kreditləşməsi məqsədi ilə 87 milyon 700 min manat ayrılıb.  Onu da qeyd edək ki, hazırda fond yalnız manatla olan qiymətli kağızlarla vəsait cəlb edir, çünki vəsait xarici valyutada cəlb edilərsə, fond gələcəkdə açıq valyuta mövqeyi riski ilə üzləşə bilər. İpoteka kreditləşməsi uzunmüddətli olduğundan, xarici valyutada vəsaitin cəlb edilməsinin valyuta risqləri doğura biləcəyi risqi çox yüksəkdir. Digər tərəfdən, ölkədə maliyyə bazarının səviyyəsi məhdud olduğundan, fond buradan da qiymətli kağızlarla tələbi tam qarşılaya biləcək qədər vəsait cəlb edə bilmir. Vəsaitin limitli olması üzündən, ipoteka almaq üçün tələb edilən şərtlər, əsasən, ödəmə qabiliyyəti yüksək şəxslərə bu fürsətdən yararlanmaq imkanı verir. Elə fondun açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Açıqlanan göstəricilərdən aydın olur ki, ipoteka əldə edənlərin 62 faizinin aylıq gəliri 1 min 100 manatdan yüksək olub. Ötən ilin sonuna ölkədə orta aylıq əməkhaqqı 840 manat civarında olmuşdusa, demək, ipoteka əldə edənlərin böyük hissəsinin gəliri ölkə üzrə orta göstəricidən, ən azı, 40 faiz yüksəkdir. Bu məqam ipoteka krediti verilən şəxslərin peşə bölgüsündən də aydınlaşır. Azərbaycanda ipoteka krediti verilən şəxslərin 62 faizi hərbçi və ya hüquq mühafizə orqanı işçisi, bank və energetika sahəsində çalışanlardır. Bu da var ki, Azərbaycanda nisbətən yüksək əməkhaqqı alanlar da asanlıqla ipoteka ala bilmirlər. Çətinlik doğuran başlıca amil ilkin ödənişin miqdarıdır. İndi ölkədəki bankların çoxu adi ipoteka kreditlərinə 30 faiz, güzəştli ipoteka kreditlərinə isə, əsasən, 20-30 faiz aralığında ilkin ödəniş istəyir. Bu vəsaiti toplamaq vətəndaşlara illərlə yığım etmək zərurəti yaradır.

İndiyədək verilmiş ipoteka krediti ilə bağlı göstəricilər bu mexanizmdən regionlarda yaşayanların daha az yararlandığını üzə çıxarır. Bu vaxtadək “Azadlıq” radiosunun məlumatına əsasən, verilən ipoteka kreditlərinin 78.4 faizi Bakı şəhərinin payına düşür. Ölkədə verilmiş 42 min 273 ipotekadan 33 min 141-i məhz Bakıdakı evlərlə bağlıdır. İkinci ən çox ipoteka verilən şəhər Sumqayıtdır (3 min 302). İpoteka ilə ən çox evin satıldığı yersə Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəridir (3 min 194). Beləcə, bəlli olur ki, indiyədək Azərbaycanda ayrılan ipoteka kreditlərinin 94 faizi Abşeron yarımadasında, 6 faizi ölkənin digər bütün bölgələrində verilib. Abşeron yarımadasından kənarda verilən kreditlərin də 1 min 186-ı Gəncədə, 481-i Naxçıvanda verilib. İndiyədək Azərbaycanda ipoteka ilə alınan evlərin 35 faizi 30-60 min manatlıq evlər olub. Evlərin daha 34 faizi 60-90 min manata satılıb. İpoteka ilə satılan mənzillərin cəmi 16 faizinin qiyməti 120 min manatdan çox olub. Daha 14 faizlik pay 90-120 min manat arasında satılan evlərlə bağlıdır. İpoteka kreditlərinin 35 faizi 60 kvadratmetrədək, 29 faizi 61-80 kvadratmetrlik, 14 faizi 81-100 kvadratmetrlik sahəsi olan mənzillərin alışı üçün verilib. İpoteka ilə satılan evlərin 93 faizi çoxmənzilli binalarda yerləşib. Evlərin cəmi 7 faizi fərdi evlərdir. Bütün ipoteka kreditlərinin 34.3 faizi 18-29 yaşlı şəxslərə, 33.8 faizi 30-35 yaşlı şəxslərə, 30 faizi 35 yaşdan yuxarı şəxslərə verilib. Əksər sosial-iqtisadi göstəricilərdə olduğu kimi, mənzil təminatı ilə bağlı da Abşeron yarımadası və ölkənin digər əraziləri arasında ciddi fərqlər diqqət çəkir. Məsələn, hazırda Abşeron ərazisində hər 1000 nəfərə 560-a yaxınmənzil düşür. Bu, ölkə ortalamasından təxminən 2.6 dəfə çoxdur. Əslinə baxsan, bu rəqəm həm də Bakıda yaşayan əhali sayının rəsmi göstəricidən nə qədər çox olmasının və daxili miqrasiyanın da göstəricisidir. 

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ