şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanda ekoloji yönümlü iqtisadiyyat xüsusi diqqət mərkəzində....

Image


Ekologiya problemləri dövrümüzün ən aktual məsələlərdən biridir. İnsanın həyat və sağlamlıq üçün əlverişli ətraf mühitə olan hüququ ilə bağlı bütün bəyannamələrin əksinə olaraq, iqtisadi maraqlar hələ də ekoloji maraqlardan üstündür.

Nəticədə təbii sərvətlər tükənir, ətraf mühit çirklənir, insanların fiziki və mənəvi sağlamlığı pisləşir, xammal bazarları və yaşayış sahəsi uğrunda iqtisadi, siyasi mübarizə güclənir.

  • “Yaşıl texnologiya”lara keçid sürətlənir

Problemlərin kəskin xarakter aldığı bir vaxtda ekoloji yönümlü iqtisadiyyat müasir ölkələr üçün zərurətə çevrilib. Azərbaycanda da belə kurs yeni vüsət almağa başlayır. Reallıq budur ki, ətraf mühitdən asılı olmayaraq yeni texnologiyaların tətbiqi onsuz da çətindir. Bundan əlavə, təbiətə mənfi təsir göstərən istehsal bahalaşır və iqtisadi cəhətdən dayanıqsız olur. Beləliklə, 21-ci əsrdə ekoloji məsələlər ikinci dərəcəli problemlərdən əsas problemlərə çevrilir.

Məsələyə preventiv yanaşmaya üstünlük verən Azərbaycan “yaşıl iqtisadiyyat”a getdikcə daha çox diqqət edir. Bu tip iqtisadiyyat bir neçə funksiyanı yerinə yetirir. Birincisi, bu, əhalinin rifahının yüksəldilməsi və sosial ədalətin təmin edilməsini, ikincisi, ətraf mühitin qorunmasını özündə ehtiva edir. “Yaşıl iqtisadiyyat”ın mühüm xüsusiyyətləri atmosferə zərərli maddələrin atılmasının azaldılması, təbii ehtiyatlardan qənaətlə istifadə edilməsi, biomüxtəlifliyin qorunması və əhalinin gəlirlərinin artması, enerjidən səmərəli istifadədir. Gələcəkdə qlobal iqtisadiyyatı səfərbər etmək və təbii texnologiyalara investisiyaların daha da artırılması planlaşdırılır. Bu tədbirlər bir çox müasir iqtisadiyyatların “yaşıllaşdırılmasın”ı stimullaşdıracaq, qlobal iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını alacaq və bərpa olunmayan minerallardan istifadəni minimuma endirəcək. Azərbaycan dövləti də fəaliyyətində bunu nəzərə alır. Onu da qeyd edək ki, müasir iqtisadi modellər daha çox enerji tələbatını bərpa olunmayan təbii ehtiyatlar hesabına ödəyir. Bununla belə, hələ 2003-cü ildə BMT-nin “Energetika və nəqliyyat” hesabatında bərpa olunan enerji texnologiyalarından istifadənin zəruriliyi qeyd olunurdu. Amma faktdır ki, eyni zamanda, belə bir siyasi kursun aparılması lazımi dövlət nəzarəti ilə təmin edilməlidir. Azərbaycan da məhz buna diqqət edir.  Ölkəmizdə nəzərə alınır ki, iqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər daxilində enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların, yəni  “yaşıl texnologiya”ların tətbiqi geniş vüsət alıb. Azərbaycanda da “yaşıl texnologiya”ların istifadəsi sürətlə genişlənir. Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzindədir. Azərbaycan diqqətdən qaçırmır ki, beynəlxalq standartlar və tendensiyalar müasir ölkələrin qarşısında iqtisadiyyat və siyasətdə “yaşıl” kursun davamlı inkişafına keçid, ətraf mühitin vəziyyətini yaxşılaşdırmaqla insanların həyat keyfiyyətini yaxşılaşdırmaq vəzifəsi qoyur.

  • Ölkəmizdə “yaşıl enerji” zonaları genişlənir

Üç ildir ki, problem olan koronavirus pandemiyası bəşəriyyətin təbiətə qarşı həssaslığını və ətraf mühitdən asılılığını açıq şəkildə göstərdi. Bütün bunların fonunda qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin və meşələrin qorunması, eləcə də planetin suyunun, havasının və torpağının saflığı uğrunda mübarizə ön plana çıxır. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal Risk” adlı İcmalında göstərilir ki, yoluxucu xəstəlikləri, iqlim dəyişikliyi və digər ekoloji risklərlə mübarizədə uğursuzluq bəşəriyyətin mövcudluğu üçün təhdid yaradır.

Göstərilən risklər, həm də iqlim dəyişikliyinin nəticəsi olan ekstremal hava şəraiti və son illərin fəlakətli daşqınları, yanğınları insan fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyandan qaynaqlanır. XX əsrdən etibarən sənayenin sürətli inkişafı da  təbiətin vəziyyətinə böyük təsir göstərir. Amma bu təsir qarşılıqlıdır: çirklənmiş ətraf mühit iqtisadi inkişafa mənfi təsir göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesablayıb ki, çirklənmiş hava ölüm hallarının artmasına və insanların əmək qabiliyyətinin azalmasına gətirib çıxarır və bu səbəbdən ÜDM artımını ləngidir. Bütün bunların həll yolu odur ki, bu problemlərin həlli “yaşıl iqtisadiyyat”a keçiddir, onu da təxirə salmaq olmaz. Azərbaycan bu məsələdə birgə beynəlxalq səyləri də vacib hesab edir. Çünki qlobal problemləri ayrı-ayrı şirkətlər və ayrı-ayrı ölkələr həll edə bilməz, bunun üçün  birgə fəaliyyət lazımdır. Onu da qeyd edək ki,  Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş İqlim Konfransında Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ildə “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bəyan edib. Bu istiqamətdə də əməli addımlar atılır. İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Qeyd edək ki, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. Faktdır ki, işğaldan azad olunmuş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın formalaşmasına böyük töhfə verəcək. Dövlətlə yanaşı, Azərbaycan şirkətləri, ğzəl sektor  “yaşıl iqtisadiyyat”a keçiddə böyük rol oynamalıdır. Onların da bizneslərinin “yaşıl olmasının” dəyərini görmələri vacibdir. Bu, nəinki “yaşıl maliyyəyə” çıxış imkanı verir, həm də uzunmüddətli riskləri azaldır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ