şənbə günü, 10 oktyabr 2026
     

Ukrayna müharibəsi Azərbaycanın bu ölkələrlə iqtisadi əlaqələrində iz buraxdı...

Image


Rusiya-Ukrayna müharibəsinin başlamasından bir il ötsə də, savaşın yaxın perspektivdə bitməsi inandırıcı hesab edilmir. Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə hücumu çağdaş siyasi tarixin ən önəmli olaylarından biri sayılır, çünki İkinci Dünya müharibəsindən bəri Avropa regionunda bu miqyasda toqquşmalar qeydə alınmamışdı. Rusiya-Ukrayna müharibəsinin təkcə region ölkələrinə deyil, demək olar, bütün dünyaya təsir imkanları var. Bu savaş nəticəsində qlobal iqtisadiyyatda da yeni çağırışlar üzə çıxdı.

Xatırladaq ki, istər Rusiya, istərsə də Ukrayna Azərbaycanın vacib iqtisadi tərəfdaşlarıdır. Müharibə adıçəkilən hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Ukrayna tərəfdən xarici ticarətlə bağlı əsas problem dağıntılardan qaynaqlanır. Rusiyanın yalnız hərbi deyil, mülki infrastruktura da zərər vurması Ukraynada iqtisadi fəaliyyəti çətinləşdirir. Rusiya tərəfdə isə xarici ticarətə problem törədən əsas məsələ sanksiyalarla bağlıdır. Bu sanksiyalar üzündən Rusiya bəzi məhsulların satışını məhdudlaşdırıb. Rusiyanın beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması ticarət əlaqələrinə əlavə çətinliklər törədir. Qeyd edildiyi kimi, həm Rusiya, həm də Ukrayna Azərbaycanın xarici ticarət əlaqələrində ön sıralarda olan ölkələr arasındadır. Ötən il Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 3 milyard 710 milyon dollar olub. Bu göstərici ilə Rusiya Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olduğu üçüncü ölkə olub. 2021-ci ildə Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi daha az – 2 milyard 995 milyon dollar idi. Deməli, ötən il Azərbaycanla Rusiya arasında xarici ticarətin həcmi 715 milyon dollar və ya 24 faiz artıb. 2022-ci ildə Azərbaycanın Rusiyadan gerçəkləşdirdiyi idxalın dəyəri başqa ölkələrdən çoxdur - 2 milyard 74 milyon dollar. Həmin il Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların dəyəri təxminən 921 milyon dollar olub. Azərbaycanın dəyər ifadəsində Rusiyadan idxalına ən çox vəsait xərclədiyi məhsul buğdadır. Ötən il Rusiyadan 1 milyon 8 min ton yumşaq buğda və meslin idxal edilib. Bu, 2021-ci illə müqayisədə 100 min ton artım deməkdir. Ancaq idxal edilən buğdaya ödənilən vəsaitdəki artım daha yüksəkdir. 2022-ci ildə Azərbaycan Rusiyaya bu məhsulun idxalı üçün 337 milyon dollar ödəyib, yəni bir ton buğdaya təxminən 334 dollar. 2021-ci ildə isə Rusiyadan buğda idxalına 257 milyon dollar ödənilmişdi. Həmin vaxt bir ton məhsulun idxalı Azərbaycana 284 dollara başa gəlmişdi. Azərbaycanda buğda tələbinin təxminən 40 faizi idxal hesabına qarşılanır. Sırf ərzaqlıq buğda təminatında idxal 75 faizə çatır. Taxıl istehsalının əsas hissəsi elə Rusiyanın payına düşür. Elə bu üzdən, ötən il hökumət rəsmiləri tez-tez taxıl istehsalının artırılması zərurətindən söz açıblar. Onu da unutmaq olmaz ki, həm Rusiya, həm də Ukrayna dünya taxıl bazarında əsas oyunçulardan sayılır. Bu səbəbdən 2022-ci il qlobal iqtisadiyyatda enerji təhlükəsizliyi ilə yanaşı, taxıl böhranının yaranması baxımından da yadda qaldı. Buğdadan sonra Azərbaycanın Rusiyadan idxalına ən çox vəsait sərf etdiyi ikinci məhsul benzindir. Belə ki, normalda Azərbaycan Aİ-92 markalı benzini özü istehsal etsə də, 2022-ci ilin aprel ayından bəri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmirə dayanması bu məhsulun idxalını zəruri etmişdi. Məhsulun Rusiyadan alışına 131 milyon dollar vəsait sərf edilib. Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin bahalaşması Rusiyadan idxalı daha da artırıb. Ötən il bu növ benzinlərin alışı üçün Rusiyaya 76 milyon dollar ödənilib. Maraqlıdır ki, idxal, həcm olaraq, 2021-ci illə müqayisədə təxminən 50 faiz artsa da, ödənilən vəsaitdəki artım iki dəfədən çoxdur. Azərbaycanın Rusiyadan idxalına ən çox vəsait xərclədiyi növbəti məhsul ağac materiallarıdır. Azərbaycan bu tip məhsulların idxalı üçün 2022-ci ildə Rusiyaya 76 milyon dollara yaxın vəsait ödəyib. Ötən il həmin məhsulların idxalına xərclənən vəsait 2022-ci illə, demək olar, eynidir. Ancaq idxal edilən məhsulun həcmi 170 min ton azalaraq 343 min tona enib. Azərbaycanın Rusiyaya ixracında isə kənd təsərrüfatı məhsulları ilk yerləri tutur. 2022-ci ildə Azərbaycan Rusiyaya ən çox pomidor ixracından gəlir əldə edib. Rusiyaya pomidor satışı Azərbaycana 161 milyon gəlir gətirib. Bu, 2021-ci illə müqayisədə 4 milyon dollar artım deməkdir. Rusiyaya ixrac edilən xurma (106 milyon dollar) və fındıq da (52 milyon dollar) Azərbaycana ən çox gəlir gətirən məhsullar arasındadır. Azərbaycanın Rusiyaya ixracında növbəti yeri tutan ilkin formalı polipropilen tutur.  Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın ticarət əlaqələrinə təsiri təkcə birbaşa deyil, dolayı yollarla da baş verib. Bu təsir özünü ən çox enerji sektorunda göstərir. Belə ki, Ukrayna müharibəsinədək Rusiya Avropanın təbii qaz təminatında ilk yerdə dururdu. Müharibədən sonra Avropa ölkələri bu asılılığı aradan qaldırmaq üçün ciddi addımlar atmağa başladılar. Rusiya qazının bazardan sıxışdırılması birjalarda təbii qaza tələbi yüksəltdi və qiymətlər artdı. Təbii qaz ixracçısı olduğundan Azərbaycan da bu qiymət artımlarından faydalanan ölkələrdən birinə çevrildi. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycan təbii qaz satışından 14 milyard 990 milyon dollar qazanıb. 2021-ci ildə təbii qaz ixracından gəlir 5 milyard 534 milyon dollar olmuşdu. Bu, bir il boyunca təbii qaz satışından əldə edilən gəlirin təxminən üç dəfə artması deməkdir. Təbii qaz ixracı ilə bağlı diqqətçəkən məqam həmin ixrac azalsa da, gəlirin xeyli artmasıdır. Belə ki, 2021-ci ildə Azərbaycan 20 milyard kubmetr təbii qazın ixracından 5 milyard 534 milyon dollar qazanmışdısa, ötən il 19 milyard kubmetr təbii qaz satışı ölkəyə 15 milyard dollara yaxın vəsait gətirib.

Rusiya ilə yanaşı, Ukrayna da Azərbaycanın önəmli iqtisadi tərəfdaşları sırasındadır. Müharibənin davam etdiyi son bir ildə Ukrayna ilə Azərbaycanın da ticarət əlaqələrində dəyişikliklər baş verib. Dövlət Gömrük Komitəsinin açıqladığına görə, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi cəmi 618 milyon dollar olub. Daha bir il öncə həmin göstərici 922 milyon dollar idi. Bu, o deməkdir ki, müharibə nəticəsində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 300 milyon dollardan çox və ya 33 faiz azalıb. 2021-ci ildə Ukrayna ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticari əlaqələr qurduğu 188 ölkə arasında 7-ci yeri tutmuşdu. Ötən il bu həcm heç ilk 15-liyə daxil ola bilməyib. Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanın həm Ukraynaya ixracı, həm də Ukraynadan idxalı azalıb. Azərbaycanın Ukraynaya göndərdiyi məhsulların dəyəri 2022-ci ildə 452 milyon dollardan 358 milyon dollara enərək, 21 faiz azalıb. Azərbaycanın Ukraynadan gerçəkləşdirdiyi idxal daha çox azalıb. Əgər 2021-ci ildə Azərbaycan Ukraynadan 470 milyon dollarlıq məhsul almışdısa, ötən il bu göstərici 260 milyon dollar olub. Deməli, müharibə nəticəsində Ukraynanın Azərbaycana satdığı məhsullar 210 milyon dollar və ya 45 faiz azalıb. Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrdən idi. Müharibədən öncəki 2021-ci ildə Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi 5-ci ölkə sayılırdı. Ukraynadan həm kənd təsərrüfatı məhsulları, həm də çeşidli sahələrdən fərqli məhsullar gətirilirdi. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, müharibə dövründə Ukraynadan idxal edilən, az qala, bütün məhsulların həcmi azalıb. Məsələn, 2021-ci ildə Azərbaycanın Ukraynadan idxalına ən çox vəsait xərclədiyi məhsul tütün idi. Həmin il Ukraynadan 4 min 467 ton tütünün gətirilməsinə 65 milyon 300 min dollar ödənmişdi. Ötən il Azərbaycanın Ukraynadan idxal edə bildiyi tütünün həcmi cəmi 1 min 122 ton olub, yəni 4 dəfə azalıb. Bu üzdən, Azərbaycanın tütün idxalı üçün Ukraynaya ödədiyi vəsait də 50 milyon dollara yaxın azalaraq, 17 milyon dollar olub. Beləcə, tütün Azərbaycanın Ukraynadan ən çox idxal etdiyi məhsul ünvanını da itirib. Müharibənin gedişində Ukraynada tütün ixracı ilə bağlı yaranan problem Azərbaycanın siqaret istehsalçılarını pis duruma salmışdı. Hətta bəzi siqaret brendlərinin mağazalarda tapılmaması üzündən tütün istehsalçısı olan şirkət mətbuata açıqlama verərək, bunun müharibə səbəbindən daşıma çətinliklərindən qaynaqlandığını açıqlamışdı. 2021-ci ildə Ukraynadan idxalın həcminə görə ilk yerlərdə olan digər məsulların da idxalında ciddi azalmalar var. Məsələn, son bir ildə Ukraynadan polad prokatı idxalı 20 milyon dollardan 4 milyon dollara, kərə yağının idxalı 15 milyon dollardan 7 milyon dollara, hazır siqaretlər 12 milyon dolalrdan 955 min dollaradək azalıb. Az sayda olsa da idxalı artan məhsullar da var. Məsələn, 2021-ci ildə Ukraynadan 18 min ton həcmində və 11 milyon dollar dəyərində soya gətirilmişdi. Ötən il həmin məhsulun idxalı 26 min tona, dəyəri isə 17 milyon dollara yüksəlib. 2021-ci ildə Ukrayna Azərbaycanın ən çox məhsul ixrac etdiyi 12-ci ölkə idi, 2022-ci ildə isə, ilk 15-liyə daxil ola bilməyib. 2021-ci ildə Azərbaycanın Ukraynaya ixracının əsas bölümü neftdən ibarət olub. 2021-ci ildə Azərbaycan Ukraynaya 373 milyon dollarlıq xam neft satmışdı. Ötən il bu rəqəm 305 milyon dollar olub, yəni 20 faizə yaxın azalıb. Ancaq ixrac edilən neftin həcmindəki azalma daha yüksəkdir. Belə ki, son bir ildə Azərbaycandan Ukraynaya satılan neftin həcmi 850 min tondan 506 min tona düşərək, 40 faiz azalıb. Azərbaycanın Ukraynaya satdığı digər məhsulların da həcmində azalma gözə çarpır. Məsələn, 2021-ci ildə Azərbaycan Ukraynaya 11 milyon dollarlıq polietilen satmışdısa, ötən il həmin rəqəm 5 milyon dollara düşüb. Xurma ixracı isə 30 min tondan 14 min tonadək azalıb. Demək olar, kənd təsərrüfatı məhsullarının hamısında bu azalma müşahidə edilir. Müharibə Ukraynadan Azərbaycana göndərilən pul köçürmələrinin də həcmini kəskin azaldıb. Bu azalma ortaya çıxan iqtisadi problemlərdən və Ukraynada yaşayan azərbaycanlıların bir hissəsinin ölkəyə təxliyəsindən qaynaqlanıb. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, ötən ilin ilk 9 ayında Ukraynadan Azərbaycana təxminən 6 milyon dollar göndərilib. 2021-ci ilin eyni dövründə bu rəqəm 20 milyon dolları aşırdı. Müharibə Ukraynadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmini üç dəfədən çox azaldıb. Azərbaycandan Ukraynaya göndərilən pul vəsaitinin həcmində isə nisbi artım qeydə alınıb. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya göndərilən pul köçürmələrinin həcmi 4 milyon dollar artaraq, 22 milyon dollara yüksəlib. Beləcə, son iki illə bağlı ticarət göstəricilərindən aydın olur ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın bu ölkələrlə iqtisadi əlaqələrinə əhəmiyyətli dərəcədə təsir edib.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ