şənbə günü, 10 oktyabr 2026
     

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası plenar sessiyalarla davam edib - FOTO

Image


Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası “Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib.

Energetika Nazirliyindən bildirilib ki, Nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması təbii qazla bərabər yaşıl enerjinin də bizim üçün prioritet olmasının təsdiqidir. Azərbaycan enerji təchizatında region ölkələri və Avropanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayan nazir deyib ki, 2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir: “2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 mlrd. m3-ə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və apstrimə investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq. Bu gün, mənbəyi Azərbaycan olan “yaşıl enerji” dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropa ilə yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin “yaşıl enerji” dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq “yaşıl enerji”nin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün “yaşıl enerji” və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin.”

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxışında bunları qeyd edib: “TANAP-ın Cənub Qaz Dəhlizinin əsas sütunu kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac belə yoxdur. Bu dəhliz, ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir. Bütün bu nəhəng layihələr sıx əməkdaşlıqda səmərəli şəkildə həyata keçirilməkdədir. Bu dəhlizin tətbiqi və Avropaya ticari qaz axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli bir addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacımız vardır. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq.”

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib: “Xəzər regionunun enerji resurslarının potensialı gələcək perspektivdə də Enerji siyasətimiz üçün vacib rol oynayır. Yeni uzunmüddətli təchizat müqavilələri vasitəsilə Aİ-na qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması üçün Cənub Qaz Dəhlizinin tutumunun artacağına ümid edirik. Bunun sadəcə istehlakçılar və ya İtaliya və Avropa kimi tranzit ölkələr üçün deyil, həm də istehsalçı ölkələr üçün önəmli bir perspektivin olduğuna inanırıq.”

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığının regional enerji əməkdaşlığı və təmiz enerjiyə keçid vasitəsilə enerji təhlükəsizliyi üçün zəmin yaradacağını qeyd edib.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran isə deyib: “Biz bp və digər Britaniya şirkətlərinin Cənub Qaz Dəhlizi və Azərbaycanın tərəqqisində oynadıqları transformativ roldan qürur duyur və Azərbaycanın yaşıl iqtisadiyyatın əsaslarını qoyduğu bir zamanda bu sıx əməkdaşlığın şaxələndirilməsinə davam edəcəyinə ümid edirik.”

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze isə bu fikirləri səsləndirib: "Cənub Qaz Dəhlizi enerji mənbələrinin imkan verdiyi, bununla da Aİ-yə üzv ölkələrin və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini dəstəklədiyi üçün Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, dəhliz boyunca və onun sərhədlərindən kənarda yerləşən ölkələrin dinamik proseslərinə və tərəfdaşlığına da start verib. Gürcüstan Cənub Qaz Dəhlizinin fəal tərəfdarıdır və layihə Gürcüstanın enerji baxımından körpü rolunu oynaması üçün çox vacibdir.”

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib: “Gərgin enerji böhranı səbəbindən Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb. Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə diversifikasiya üçün ən əlverişli seçimdir. Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər, lakin bunun üçün Aİ-nın də dəstəyinin zəruri olduğu infrastrukturun regionda inkişafı tələb olunur. Biz macarlar, Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik.”

Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bildirib: “Rumıniyanın Bakıda ən yüksək səviyyədə onun zati-aliləri, Rumıniyanın Prezidenti cənab Klaus Yohannis, həmçinin energetika naziri tərəfindən təmsil olunması ölkənin CQD-nin genişləndirilməsi planlarını dəstəklədiyini təsdiqləyir. Hazırki dövrdə belə qiymətli qaz nəqli infrastrukturunun gələcək inkişafı Cənub-Şərqi və Mərkəzi Avropa dövlətlərinin innovasiyalara, investisiyalara və açıq dialoqa əsaslanan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu işdə Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında tam etibar edilə biləcək etibarlı tərəfdaş olacaq.”

Bolqarıstanın energetika naziri Rossen Hristov çıxışında qeyd edib ki, enerji sektorundakı qlobal çağırışlar hərtərəfli həllər və qlobal səylər tələb edir. Beynəlxalq layihələr və əməkdaşlıq dəyişən geosiyasi şəraitdə Avropaya qaz təchizatının təmin edilməsinin ən effektiv və səmərəli üsuluna çevrilib. Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır.

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Aleksandra Sdoukou isə deyib: “TAP Aİ-nin enerji təchizatının şaxələndirilməsini gücləndirən strateji infrastrukturdur. Həmçinin, əlaqəli şəbəkə infrastrukturunun inkişafını asanlaşdıran bir magistral boru kəməri kimi xidmət edir. TAP-ın ötürmə gücünü ikiqat artırmaq səylərinə dəstəyimizi vurğulamaq istərdim. Yaxın gələcəkdə Yunanıstan, təxminən. 1 mlrd.m3 əlavə Azərbaycanın qazının alıcısı ola, Cənub-Şərqi Avropadakı digər bazarlar da TAP-ın artan ötürmə gücündən yararlana bilər.”

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib: “Albaniya 2023-cü ildə Enerji Birliyinə sədrlik edir. Bu il üçün hədəflərimiz bunlardır: enerji istehsalının şaxələndirilməsində, daim bərpa olunan mənbələrə əsaslanan, səmərəliliyin artırılması yolu ilə enerjiyə qənaət edən lider ölkə olmaq, sənaye və energetika sahələrinin qaz təchizatı üçün qaz infrastrukturunu inkişaf etdirmək. Albaniyanın məqsədi ekoloji cəhətdən təmiz enerji istehsalı olacaq.”

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunun sözlərinə görə, indi enerji sahəsində səyləri birləşdirmək və daha sıx əməkdaşlıq qurmaq həmişə olduğundan daha vacibdir: “Moldovadakı enerji böhranı və Avropada təbii qazın qiymətinin artması təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha vurğuladı. Altı ölkəni əhatə edən bu qaz nəqli sistemi, həmçinin əvvəllər təbii qaza çıxışı olmayan regionlarda da, enerji mənbələrinin və təchizatının şaxələndirilməsinə kömək edir."

Monteneqronun Baş nazirinin müavini, kapital investisiyaları naziri Ervin İbrahimoviç deyib: “Avropa Yaşıl Enerji Sazişinə və Avropa Birliyinin enerji siyasətinə uyğun olaraq, biz yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyinin yüksəldilməsi, həmçinin qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq üçün infrastruktur obyektlərinin inşası vasitəsilə enerji sektorunun inkişafını planlaşdırırıq. İon-Adriatik Boru Kəmərinin reallaşdırılması Monteneqro ilə yanaşı bütün region üçün də faydalı olacaq.”

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedovic mövqeyini belə ifadə edib: “Serbiya enerji təhlükəsizliyinə və iqtisadi inkişafa dəstək verən bu böyük dəyər zəncirinin bir hissəsi olmağa çalışır. Serbiya Cənub Qaz Dəhlizinə qoşulmaqla təchizat marşrutlarını şaxələndirəcək. Biz Azərbaycanı illik tələbatımızın üçdə birini ödəyə biləcək qaz təchizatçısı və mənbələrimizin şaxələndirilməsində əsas tərəfdaşlarımızdan biri kimi tanımışıq. Bu enerji mənbəyinin təchizat şərtləri ilə bağlı müzakirələr Serbiya istiqamətində 1,8 milyard kubmetr qaz tutumu olan və bu ilin payızında yekunlaşacağını gözlədiyimiz qaz qovşağının tikintisi ilə paralel aparılır. Biz qazın ilk tədarüklərinin 2023-cü ilin əvvəlinə gözləyirik, lakin bu, bütün iştirakçı tərəflərin kommersiya danışıqlarının sürətindən də asılıdır və ümid edirik ki, Azərbaycandan qazın Serbiya istiqamətində mümkün ən qısa zamanda nəqli üçün maksimum səmərəliliyə nail olacağıq.”

Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin enerji üzrə baş direktoru Kristina Celic isə bildirib: “Bu gün Azərbaycanda olmağımın əsas səbəbi olan İon-Adriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulamaq istərdim. Bu, Azərbaycanın Avropaya qaz nəql etməklə bağlı uzaqgörənlik sayəsində Aİ sərhədindən Cənub-Şərqi Avropaya qaz tədarükünü təmin edəcək dörd ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir.”

"Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” sessiyasında SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələrinin Cənub Qaz Dəhlizi layihəsi üzrə hesabatları təqdim edilib.

"Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, ötən ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə dördtərəfli formatda əməkdaşlığın əsası qoyulub. Lakin Xəzər dənizi ilə Qara dəniz, Azərbaycan ilə Avropa arasında “yaşıl enerji” körpüsünün qurulması daha geniş “yaşıl beynəlxalq komanda”nın formalaşmasını zəruri edir. Çünki Cənub Qaz Dəhlizi kimi bu dəhliz də Avropa İttifaqı və Cənub-Şərqi Avropa ölkələrinə enerji təchizatını və tranzit marşrutlarını şaxələndirəcək. Daha çox Avropa ölkəsinə genişləndirilmək perspektivinə malik olacaq.

Sessiyada BOEMDA, SOCAR, “Masdar”, bp, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ