30/01/2023 01:50
728 x 90

Sahibkarlığın İnkişafı Fondu güzəştli kredit planlarını açıqladı

img

2023-cü ildə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlər üçün 150 milyon manat ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarəetmə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fond sahibkarlıq subyektləri üçün ayrılan güzəştli kreditlərin həcmini hər il artırmaq niyyətindədir.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 104,2 milyon manat güzəştli kredit ayrılıb. Bu məbləğ 2,71 min kiçik və orta sahibkarlıq layihəsini əhatə edib.

Peşə etikası

Son xəbərlər