05/02/2023 14:40
728 x 90

Fevralın 3-də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçiriləcək...

img

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropaya Azərbaycan qazının nəqlinə 2020-ci ilin 31 dekabr tarixində başlayıb. Ölkə Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə naz nəql edir.

Bu irimiqyaslı layihə enerji daşıyıcıları tədarüklərinin marşrut və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın energetika bazasının möhkəmlənməsinə imkan yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib.

Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclas 2016-cı il fevralın 29-da, üçüncü iclas 2017-ci il fevralın 23-də, dördüncü iclas 2018-ci il fevralın 15-də, beşinci iclas 2019-cu il fevralın 20-də, altıncı iclas 2020-ci il fevralın 28-də, yeddinci iclas 2021-ci il fevralın 11-də, səkkizinci iclas isə 2022-ci il fevralın 4-də keçirilib.

Peşə etikası

Son xəbərlər