07/02/2023 11:33
728 x 90

Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırıla bilər...

img

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin daha bir il uzadılması təklif edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının 2024-cü il yanvarın 1-dək uzadılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı. Lakin bəzi hallarda yoxlamaların aparılması istisna edilmir. Belə ki, vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətlə bağlı yoxlamalar aparıla bilər.

Peşə etikası

Son xəbərlər