07/02/2023 12:47
728 x 90

Əmək pensiyası alan 100 mindən çox vətəndaşın pensiyasında artım olacaq...

img

Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.

M.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan rifahının yüksəlməsi dayanır.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur.

Peşə etikası

Son xəbərlər