07/02/2023 13:18
728 x 90

Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manata yüksələcək...

img

2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 900 manata yüksələcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, bu da ötən illə müqayisədə məbləğin 100 manat yüksək olması deməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əmək haqqının artırılması eyni zamanda ölkədə orta əmək haqqının da artmasına müsbət təsir göstərir.

Peşə etikası

Son xəbərlər