Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan Türkiyənin qaz ticarəti platformasında əsas oyunçulardan biri kimi...

Image


“Azərbaycan, Rusiya və İran ölkədə yaradılan Avropa üçün qaz ticarəti platformasında oyunçu ola biləcəklər”. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Habertürk”ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Türkiyənin çoxlu terminalları var: “Biz bazar, qaz ticarət platforması açırıq. Ticarət yeri Türkiyə olacaq, qazın qiyməti də burada formalaşacaq”. Onun sözlərinə görə, Türkiyə qaz mənbələrinə yaxın yerləşir: “Bu bazarda oyunçular olacaq, qaz qovşağında əməliyyatlar üçün müvafiq xidmət haqqı da olacaq”. Fatih Dönməz ölkədə qaz qovşağının və Avropa üçün ticarət platformasının yaradılması üçün infrastrukturun hazır olduğunu bildirib: “Hazırda biz yol xəritəsini yekunlaşdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Son dörd ildir ki, biz Türkiyədə milli bazar üçün qaz ticarəti platforması işlədirik. Proqram təminatının və informasiya texnologiyaları infrastrukturunun böyük hissəsi hazırlanır. Biz beynəlxalq bazarların gözləntilərinə uyğun qiymətlərin formalaşması ilə bağlı danışıqlar aparırıq”. Energetika Nazirliyinin rəhbəri bildirib ki, qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Trakyada yerləşəcək. Dönməz həmin ərazini yanacaq paylama mərkəzi qurmaq üçün ən əlverişli yer adlandırıb. Qeyd edək ki, Türkiyənin Energetika Nazirliyi artıq Rusiya tərəfi ilə işə başlayıb. Türkiyədə qaz qovşağı yaratmaqla Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə köçürməyə ümid edir. Bununla Avropa ölkələri Rusiya qazını Türkiyə qovşağı vasitəsilə ala biləcəklər. Fatih Dönməzisə bu fonda  qaz ticarət platformasının Avropa bazarı üçün hazır olduğunu açıqlayıb: “Hazırda biz yol xəritəsinin hazırlanmasını başa çatdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Dörd ildir biz Türkiyədə milli bazar üçün ticarət qaz platforması işlədirik. Bizim çoxlu terminalımız var və biz bazar açırıq. Türkiyə ticarət yeri olacaq və qazın qiyməti burada formalaşacaq”.

Azərbaycan hesab edir ki, bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, respublika öz qazını planlaşdırılan qovşağa çatdırmağa hazırdır. Lakin rəsmi Bakı bildirir ki, ölkəmizdə “mavi yanacaq” hasilatının əsas payı dövlət şirkəti olan  SOCAR-ın deyil, “Şahdəniz” beynəlxalq konsorsiumunun üzərinə düşür. Çünki Azərbaycanda qaz əsasən beynəlxalq konsorsium tərəfindən hasil edilir və SOCAR da bu prosesdə iştirak edir.

Onu da qeyd edək ki, Azərbaycan bu gün nəinki qonşu ölkələrdə, hətta artıq Avropa və dünyada neft və qaz ixracatçısı kimi tanınır. Xatırladaq ki, elə ötən ilin mühüm hadisələrindən biri Azərbaycan ilə Aavropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu imzalanması olub. Belə ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını nəzərdə tutur. Sənədə əsasən, 2027-ci ilə qədər “Cənub Qaz Dəhlizi” ilə Avropa İttifaqına təbii qaz ixracı hər il ən azı 20 milyard kubmetrə çatdırılacaq. Ötən ilin digər mühüm hadisələrindən biri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun TAP kəmərinə qoşulması oldu. Azərbaycandan İtaliyaya təbii qaz nəql edən TAP kəməri Əlcəzairdən sonra ölkənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib. Bu fonda Azərbaycan qazının alıcıları günü-güdən çoxalmaqda davam edir. Artıq ötən il Serbiya Azərbaycandan qaz almaq üçün Bolqarıstandan yeni boru kəmərinin inşasına başlayıb. Qeyd edək ki, Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Moldova isə artıq illik 300 milyon kubmetr Azərbaycan qazı almağa başlayıb. Yenə ötən ilin  son ayında SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında qaz tədarükünə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə nəqlinə başlanılıb. Bu il aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetrə qədər Azərbaycan qazı tədarük ediləcək. İsrailin Azərbaycandakı səfiri Corc Dik isə belə bir vaxtda maraqlı açıqlama verərək qeyd edib ki, İsrail TANAP və TAP vasitəsilə Avropaya qaz ixracını nəzərdən keçirir. O bildirib ki, İsrail Azərbaycandan qaz idxal etmir: “Həmçinin, nəzərdən keçirdiyimiz başqa bir əməkdaşlıq sahəsi qazımızın Avropaya ixracıdır. Bu gün buna böyük ehtiyac var. Qazın mayeləşdirilməsi ilə bağlı fikirlər var. Misir ərazisindən qaz kəmərinin çəkilməsi, Yunanıstan və İtaliya ərazisindən qaz kəmərinin çəkilməsi, habelə Türkiyə vasitəsilə nəql variantları var. Məsələn, biz TANAP və TAP boru kəmərlərinə qoşula bilərik. Görək, bundan sonra İsrailin yeni hökumətnidə hansı strategiyalar olacaq”. Bütün bunlar Azərbaycanın, onun yaratdığı infrastrukturun Avropa  enerji bazarında mövqeynin möhkəmlənməkdə olduğunu göstərir. Türkmənistan qazının Azərbaycan ərazisindən Avropaya nəqli planlaşdırılır. Bu durumda Azərbaycan Türkiyədə qaz habının yaradılmasını dəstəkləyir. Ölkəmizn türkiyədə təbii qaz qovşağının yaradılması prosesində iştirakı Azərbaycana enerji sahəsində əlavə üstünlüklər qazandıracaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ