Bazar günü günü, 16 avqust 2026
     

Qlobal iqtisadiyyatı yeni çətinliklər gözləyir, Azərbaycan qabaqlayıcı tədbirlər görür

Image


Başa çatmaqda olan 2022-ci il dünya iqtisadiyyatından ötrü yetərincə ağır keçdi. Xüsusən də hələ səngiməyən inflyasiya burada mühüm rol oynadı. Bir çox ölkədə son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alındı. Qlobal iqtisadiyyatda önəmli payı olan ölkələrdə iqtisadi zəifləmə gözə çarpdı. Bu, onların ticarət tərəfdaşlarına da mənfi təsir göstərdi.

İlboyu enerji bazarları ilə də bağlı ciddi çağırışlar ortaya çıxdı. Rusiya-Ukrayna savaşının başlaması fonunda Avropanın Rusiyadan ciddi enerji asılılığı dünya bazarlarında enerjidaşıyıcıların qiymətini kəskin artırdı. Eyni zamanda, dünyanın hər yerində pandemiyaya dair məhdudiyyətlər yumşaldıldığından 2021-ci illə müqayisədə bir çox sahədə iqtisadi fəallıq yüksəldi. Bununla belə, bəzi beynəlxalq təşkilatların fikrincə, pandemiya məhdudiyyətləri yumşaldılsa da, geosiyasi gərginliyin artması İstehlakçı İnam İndeksi və Biznes İnam İndeksinə neqativ təsir göstərib. Bütün bu olaylar 2023-cü ildə qlobal  iqtisadiyyatda hansı proseslərin baş verəcəyi ilə bağlı suallar doğurur. Artıq bir çox beynəlxalq təşkilatlar 2023-cü illə bağlı iqtisadi gözləntilərini açıqlayıb. Dünya iqtisadiyyatındakı son meylləri nəzərə alan beynəlxalq qurumlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişdirib. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ilin oktyabrında açıqladığı hesabatında 2023-cü ildə qlobal artımın 2.7 faiz olacağı proqnozlaşdırılır. Bu, qurumun aprel və iyul hesabatındakı proqnozlardan, uyğun olaraq, 0.9 və 0.2 faiz bəndi aşağıdır. Bu baxımdan, 2023-cü ildə də iqtisadiyyatın daim resessiya təhlükəsi altında olması gözlənilir. Resessiya deyərkən ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması nəzərdə tutulur. Bu da, öz növbəsində, bütün iqtisadi gözlənti və göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxarır. BVF-nin 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə iqtisadi artım proqnozu 3.7 faiz səviyyəsində müəyyənləşdirilib. Qurumun belə ölkələrin iqtisadiyyatları üçün uzunmüddətli dövrdə iqtisadi artım proqnozunu aşağıya doğru reviziya etməsi tək geosiyasi və geoiqtisadi gərginliklərdən irəli gəlmir, həm də monetar siyasət sərtləşdiyindən inkişaf etməkdə olan ölkələrin borclanmasının bahalaşması ilə izah edilir. Axı yüksək inflyasiya üzündən bir çox ölkə uçot dərəcələrini artırır. Bu da kredit resurslarının bahalaşmasına gətirib  çıxarır. Unudulmamalıdır ki, inkişaf etməkdə olan ölkələr zəngin ölkələrdən tez-tez borclanır. Həmin ölkələrin iqtisadiyyatında belə borcların ciddi payı var. Bu üzdən monetar siyasətin sərtləşməsi qlobal səviyyədə iqtisadi fəallığa təsir göstərə bilir. Beynəlxalq qurumların 2023-cü ildəki böyümə proqnozlarını aşağı salması məhz inkişaf etmiş ölkələrin sərt pul siyasəti aparacaqlarına dair gözləntilərlə bağlıdır. Beynəlxalq qurumların 2023-cü illə bağlı proqnozlarından aydın olur ki, inflyasiya göstəriciləri yenə yüksək olacaq. Düzdür, bəzi qurumların fikrincə, qiymət artımının səviyyəsi 2022-ci illə müqayisə daha aşağı olacaq. Ancaq bir çox ölkədə inflyasiya göstəriciləri yenə proqnozları aşacaq.

Azərbaycanda da gələn il üçün hökumətin inflyasiya göstəricisi hədəf diapazonunun üzərindədir. Hesablama Palatası da 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində bu məsələyə ayrıca toxunub. Belə ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda həmin illər Azərbaycanda illik inflyasiya göstəricisinin 4±2 faiz intervalında qorunacağı hədəf kimi müəyyənləşdirilib. Orta illik inflyasiyaya dair proqnoz bilgilərinin təhlili 2022-2026-cı illərdə hər il orta hesabla 6.2 faiz inflyasiyanın qeydə alınacağını deməyə əsas verir. Ayrıca 2023-cü il üçünsə inflyasiya proqnozu 6.9 faizdir. Bu, hədəf diapazonunun yuxarı həddindən bir qədər çoxdur. Bəzi beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında inflyasiya göstəricisi daha yüksək göstərilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozu 10.8 faizdir. Bu ilin əvvəlində də hökumət ölkədə inflyasiyanın yuxarı həddinin 6 faiz olacağını proqnozlaşdırırdı, amma hazırda bu göstərici 14 faizə yüksəlib. Bu baxımdan, Palatanın büdcə layihəsində vurğuladığı tənqidi məqamlardan biri hökumətin inflyasiyaya dair yalnız optimist ssenari açıqlamasıdır. O üzdən Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsində də təkcə optimist ssenarinin (təkrəqəmli inflyasiya halı) nəzərə alınmasını çatışmazlıq sayıb. Amma o da qeyd edilməlidir ki, ölkə gələn enerji məhsullarının satışından yüksək gəlir əldə edəcək. Azərbaycanın ixracının əhəmiyyətli hissəsini, büdcə gəlirlərininsə yarısı enerji satışından formalışır. Bu baxımdan, enerji bazarlarındakı qiymətlər ölkə iqtisadiyyatına da ciddi təsir edir. Qlobal investisiya bankı “Goldman Sachs” 2023-cü ilin 1-ci və 2-ci rüblərində “Brent” üçün qiymət proqnozlarını 1oo dollar civarında olacağını bildirir. Qurum analitiklərinin fikrincə, Çində tələb gözləniləndən daha zəif olduğundan, Rusiyadan neft ixracı Ukraynayla savaşdan əvvəlki səviyyəyə yaxın qaldığından, Qazaxıstan və Nigeriyada tədarük çətinlikləri azaldığından bu qış qiymət artımı riskləri azalıb. Bank rübün sonunadək neft bazarında sutkada 1.6 milyon barrel profisit olacağını gözləyir. Eyni zamanda, Çin iqtisadiyyatının açılması və beynəlxalq nəqliyyatın bərpası fonunda 2023-cü ildə qlobal tələbat sutkada 2 milyon barrel arta bilər. Dünya Bankının təbii qazla bağlı açıqlamasında isə bildirilir ki, 2023-cü ildə təbii qazla kömürün qiymətləri nisbətən aşağı düşəcək. Ancaq nəzərə almaq lazımdır ki, 2022-ci ildə təbii qaz qiymətlərində rekord bahalaşma qeydə alınmışdı. Bu baxımdan, gələn il təbii qaz qiymətləri 2022-ci illə müqayisədə azalsa da, əvvəlki illərlə müqayisədə yenə baha olmağa davam edəcək. 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən hökumət Azərbaycanda neftin bir barelinin orta qiymətini 50 dollardan hesablayıb. Bu baxımdan, bir çox beynəlxalq təşkilatın gələn ilə enerji qiymətləri proqnozu hökumətin nəzərdə tutduğu rəqəmdən daha yüksəkdir. Gözləntilər özünü doğrultsa və neft gəlirləri 50 dolların üzərində qalsa, Azərbaycanın büdcə gəlirləri daha yüksək olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ