şənbə günü, 10 oktyabr 2026
     

Təbii qaz üçün Avropadan Azərbaycana milyardlar axacaq...

Image


Avropa ölkələri enerji müstəvisində hələ də ciddi problemlər yaşamaqda davam edir. Enerji təminatında çətinliklər digər iqtisadi problemləri də qaçılmaz edir. Məsələn, inflyasiyanı tətikləyən əsas məqamlardan biri məhz enerji faktoru ilə bağlıdır.

Qeyd edək ki, avrozonada inflyasiya 2021-ci ilin iyul ayından bəri ilk dəfə olaraq yavaşlayıb, lakin hələ də Avropa Mərkəzi Bankının 2%-lik hədəfindən beş dəfə çoxdur. Bu, avropalı istehlakçıları alıcılıq qabiliyyətindən məhrum edib və iqtisadçıları tənəzzülü proqnozlaşdırmağa məcbur edib. Rusiya müharibə səbəbindən Ukraynaya təbii qaz tədarükünü böyük ölçüdə azaltdığı üçün inflyasiya yüksək enerji qiymətlərindən, həmçinin xammal və ehtiyat hissələrin tədarükündə yaranan problemlər və koronavirus  pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra tələbatın bərpasından qaynaqlanır. Beləliklə, dünya enerji bazarında qiymətlərin artması Avropada böhranın yaranmasına səbəb olub. Çünki Rusiya ilə Ukrayna arasındakı gərginlik nəticəsində dünya bazarına qaz ixracı kəskin şəkildə aşağı düşüb. Eyni zamanda, Avropa İttifaqı Rusiya qazından tamamilə imtina etmək istəyir. Qış aylarının başlaması ilə əlaqədar olaraq qazın qiymətinin artması böhran yaradıb və Avropa dövlətləri bu böhrandan çıxış üçün alternativ yollar axtarırlar. Türkiyədə nəşr olunan “Dünya” qəzeti yazır ki, indiki məqamda Avropa üçün ən optimal variant Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çatdırılmasıdır: “Hazırda Azərbaycan TANAP ilə Türkiyə üzərindən Avropaya 16 milyard kubmetr qaz ixrac edir. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya nəql olunur. Avropa dövlətləri Rusiyadan il ərzində 115 milyard kubmetr qaz alırdı. Bu olduqca böyük həcmdir və indi bu boşluğu doldurmaq üçün əlavə qaza ehtiyac var. Azərbaycan 2027-ci ildə əlavə olaraq qaz hasilatını 5 milyard kubmetr də artıracaq ki, bu da ümumilikdə 20 milyard kubmetr qazın nəql olunması deməkdir. Perspektivdə Qazaxıstan və Türkmənistan qazının da Azərbaycandan tranzit olaraq “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəql olunmasını gözləmək olar. Bu istiqamətdə danışıqlar aparılır və real addımlar atılır. “Methinks” şirkətinin nümayəndəsi Con Roberts Avropa üçün alternativ qaz nəqlini araşdıraraq qeyd edir ki, Azərbaycanın sübut olunan qaz ehtiyatı 1,3 trilyon kubmetrdir. Lakin bu qazın hasil və nəql olunması üçün sərmayə yatırımına ehtiyac var ki, bunu da Avropa Komissiyası nəzərdən keçirməlidir”. Beləliklə, dünyada yaranan enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini artırıb. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri hazırda İtaliyanın qaz təchizatının ikinci mənbəyidir. İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi bildirir ki, cari ilin oktyabrında TAP boru kəmərinin İtaliyanın qaz tələbatına verdiyi töhfə 2021-ci ilin eyni ayı ilə müqayisədə 21 faiz artıb. Qeyd edək ki, TAP boru kəməri ilə bu il Avropaya 10 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. İtaliyanın baş naziri Ciorcia Meloni bu fonda vurğulayır ki, İtaliyanın Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faiz səviyyəsinə çatır. Baş nazir İtaliyanın Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Romada keçirilən 8-ci MED Aralıq dənizi Dialoq Forumunda ölkəsinin enerji təhlükəsizliyi məsələsinə toxunub. İtaliyanın strateji tərəfdaşları sayəsində Rusiya təbii qazından asılılığını azaltdığını bildirən Meloni deyib ki, Türkiyə, Yunanıstan və Albaniyadan keçən TAP vasitəsilə Azərbaycandan təbii qaz tədarükü yüksəlməyə davam edir. O, təkcə təbii qazın deyil, həm də yeni davamlı, rahat və əlçatan enerji növlərinin inkişafı və mübadiləsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verəcəyini qeyd edib. Meloni İtaliya hökumətinin ölkənin Aralıq dənizindəki rolunu gücləndirməkdə qətiyyətli olduğunu bildirib. Qeyd edilib ki, İtaliya coğrafi mövqeyi, infrastrukturu, əməkdaşlıq əlaqələri və şirkətlərinin töhfəsi ilə Aralıq dənizi ilə Avropa arasında enerji körpüsü rolunu oynaya bilər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Aralıq dənizində də rolunun artması gözlənilir. Belə ki, Türkiyə “mavi yanacağın” Avropaya tədarük ediləcəyi qaz qovşağı yaratmağa hazırlaşır. Ankara Azərbaycanın layihədə iştirakına ümid edir. Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24”ə müsahibəsində bu xüsusda bildirib: “Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə habın yaradılması layihəsinin həyata keçirilməsi onu enerji resurslarının paylanması və satışı mərkəzinə çevirəcək. Ankara Azərbaycanın layihədə iştirakına ümid edir. Habın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qazın satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də onun satışı məsələsində bizə dəstək verən ölkələr var. Azərbaycanın layihədə tədarükün mənbə ölkəsi kimi iştirakı bizi sevindirəcək”. Azərbaycanın həmin habda iştirakı ölkəmizin Aralıq dənizində rolunun güclənməsinə xidmət edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ