05/02/2023 15:44
728 x 90

Valyuta məntəqələrində rus rubluna maraq niyə düşüb...

Əkrəm Həsənov: “Rusiya rublunun həqiqi məzənnəsini heç kəs bilmir, çünki…”

img

Son zamanlar rus rublunu manat və ya digər valyutalara dəyişmək istəyənlər çarəsiz vəziyyətdə qalıb. Belə ki, banklar rus rublunu konvertasiya etmir. Banklardan vətəndaşlara bildirilir ki, rus rublunun məzənnəsi Mərkəzi Bankın tələbinə uyğun olaraq formal qaydada lövhədə əks etdirilir, ancaq mübadilə əməliyyatı aparılmır.

Ekspertlər bildirir ki, son zamanlar rus rubluna münasibət dəyişib. Bu səbəbdən də banklar həmin valyutanı qəbul etməkdə maraqlı deyil.

Həmçinin, Rusiya ilə Ukrayna arasında yaşanan münasibətə görə rus banklarına sanksiya tətbiq edilib. Bu səbəbdən də əksər ölkələr rus rublunu mubadilə etmək istəmir. Banklar xarici valyuta ilə mübadilə əməliyyatına qadağa tətbiq edirlərsə, bu istənilən xarici valyutaya aid ola bilər. Bu qərarın yalnız rus rubluna şamil edilməsi bir sıra sualların yaranmasına səbəb olub. 

Maraqlıdır, rubla marağın zəifləməsinin səbəbi nə ilə bağlıdır?

  • “Səbəb Ukraynadakı müharibə və bunun fonunda Rusiyaya tətbiq edilən sanksiyalardır ki, banklar da rubl dəyişməyə risq eləmir”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, hazırda Mərkəzi Bankın məzənnəsi tədqiq olunur və rəsmi məzənnəyə görə rubl 0.027 qəpikdir. Sadəcə, hamı başa düşür ki, Rusiya rublunun həqiqi məzənnəsi bu deyil. Rusiya dövləti bir tənzimlənən məzənnə tətbiq edir, lakin bu gün Rusiya rublunun həqiqi məzənnəsini heç kəs bilmir. Çünki Rusiyanın özünə xaricdən valyuta daxil olmur: “Bunun obyektiv səbəbləri də Ukraynadakı müharibə və bunun fonunda Rusiyaya tətbiq edilən sanksiyalardır ki, banklar da rubl dəyişməyə risq eləmir”.

Ekspert onu da əlavə etdi ki, maliyyə sisteminə yaxın olan insanlar panikadan istifadə edib əlindəki valyutanı rubla dəyişmək istəyən şəxsləri qara bazara göndərirlər: “Əslində ölkədə kiminsə hesabına rubl daxil olubsa, xaricdən rubl gəlibsə, bank rəsmi məzənnə ilə təqdim edilən məbləği konvertasiya edib verməlidir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər