şənbə günü, 10 oktyabr 2026
     

Rusiya vədinə əməl etsə, neft qiyməti 400 dollara çatacaq

Image


Dünya bazarlarında neftlə bağlı olduqca maraqlı vəziyyət yaranmaqdadır. Buna səbəb odur ki, ABŞ və Avropa İttifaqı Rusiya neftinə ən yüksək qiymət həddi qoyulmasına dair razılığa gəliblər. Bu razılaşamaya əsasən, Rusiya nefti bir barrel üçün 60 dollardan baha qiymətə alına bilməz.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, ən yüksək qiymət həddi vaxtaşırı dəyişdiriləcək. Razılaşamya əsasən, Rusiya nefti bazar qiymətindən 5 faiz ucuzuna satıla və alına bilər. Adeyemonun sözlərinə görə, Avropa ölkələri, Polşanın xüsusi mövqeyinə baxmayaraq, Rusiya nefti üçün ən yüksək qiymət həddini müəyyən etməklə mühüm nəticəyə imza atıblar. Polşa Rusiya neftinə qoyulan ən yüksək qiymət həddinin çox yüksək olduğunu bildirir. Varşavanın mövqeyinə görə, bu hədd 1 barrel üçün 30 dollardan yuxarı olmamalıdır. Rusiya neftinə qoyulmuş embarqo dekabrın 5-dən qüvvəyə minməlidir. Onu da qeyd edək ki, ABŞ və Avropa İttifaqı tankerlə daşınan Rusiya neftinin alınmasından imtina ediblər, lakin indi faktiki olaraq başqa ölkələr də Rusiya neftini müəyyən edilmiş həddən baha qiymətə ala bilməyəcəklər, çünki tankerləri dünyanın ən böyük sığorta şirkətləri sığorta etməyəcəklər. Eyni zamanda Rusiya neftinə ən yüksək həddin qoyulması bu neftin dünyanın ən böyük tanker donanmasına malik Yunanıstanın tankerləri ilə daşınmasını da mümkünsüz edəcək. Rusiya isə bildirib ki, öz neftini ona sərf etməyən qiymətlərlə satmayacaq. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Qərb ölkələrinin Rusiya neftinə qiymət həddini tətbiq etmək təşəbbüsü, enerji resurslarının qıtlığı da daxil olmaqla, böyük risqlər daşıyır. Onun sözlərinə görə, son məhdudiyyətlər, qiymət həddinin qəbulu ilə bağlı qərarlar – bütün bu hərəkətlər sənayenin fəaliyyəti üçün böyük risqlər yaradır, enerji resurslarının və sənayeyə investisiyaların çatışmazlığına təhrik edir. Aleksandr Novak Qərbin enerji təchizatına qarşı sanksiyalarının düşünülməmiş olduğunu vurğulayıb və Rusiyanın daha sərfəli olduğu halda da, qiymət həddi şərtləri ilə ölkələrə neft tədarük etməyəcəyini qeyd edib.  Amerikanın “The National Interest” jurnalı isə yazır ki, Rusiya neftinə marjinal qiymətlərin tətbiqi Qərb ölkələri üçün mənfi nəticələrlə bitə və Moskva ilə iqtisadi qarşıdurmada qüvvələr balansını dəyişə bilər. Qeyd edilir ki, bu hal qlobal enerji bazarlarında qarışıqlığa səbəb olacaq, ya da Rusiya yanacağının satışından əldə edilən gəlirlərin azalmasına minimal təsir göstərəcək: “Rusiya qiymət həddi iştirakçısı olan ölkələrin neft ixracını dayandırmaqla bağlı hədələrinə əməl etsə, “Brent” markalı yanacağın qiyməti bir barrel üçün 380 dollara qədər yüksələ bilər. Əgər bu baş verərsə, Qərbin Moskvaya qarşı iqtisadi kampaniyasının dəyəri hamı üçün qeyri-davamlı ola bilər”.  Əksər ekspertlər də hesab edirlər ki, Rusiya neft tədarükünü dayandırsa, “qara qızıl”ın qiymətində yenidən kəskin artımlar qeydə alınacaq.  O da qeyd olunmalıdır ki, bazar qiymətindən azacıq aşağı qiymət şəraitində Rusiya tanker neftinin ən böyük alıcıları olan Çin və Hindistan da məhdudiyyətlərə riayət etməli olacaq. Bununla belə, Asiyada Rusiya neftinə marağın artması da müşahidə edilir. Azərbaycanın əsas mütəffiqlrindən biri olan Pakistan Rusiya neftinə xüsusi maraq göstərir. Çünki Pakistan Rusiyadan xam neft və neft məhsulları alacağı təqdirdə hər il 2 milyard dollardan çox vəsaitə qənaət edə biləcək. “The Express Tribune” qəzeti yazır ki, Rusiyadan neft məhsullarının idxalı İslamabadın valyuta ehtiyatlarına təzyiqi azaldacaq.Mütəxəssislərin sözlərinə görə, Pakistanın neft emalı zavodları Rusiyadan sərfəli qiymətə xam neft, neft məhsulları və təbii qaz almağa hazırdır. Bu, həmin müəssisələrə dünya bazarında enerji daşıyıcılarının qiymətinin artması fonunda xərclərini azaltmağa imkan verəcək. Pakistanın neft naziri Musadiq Malikin başçılıq etdiyi nümayəndə heyəti neft tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib. “Express Tribune” qəzetinin həmsöhbətləri bu xüsusda bildirib: “Tərəflər xam neft və neft məhsullarının tədarükünə dair sazişin bağlanması imkanlarını müzakirə edəcək. Danışıqlar uğurlu olsa, ikitərəfli enerji layihələrinin həyata keçirilməsi məsələsində sıçrayışa nail olunacaq”. Pakistanın maliyyə naziri İshaq Dar bir müddət əvvəl ölkəsinin Rusiyadan onun qonşu Hindistana satdığı qiymətə neft almaq barədə düşündüyünü bildirmişdi. Bundan başqa, Pakistan 2015-ci ilin oktyabrında Rusiya ilə imzaladığı və uzunluğu təqribən 1,1 min kilometr, ötürmə qabiliyyəti isə 12,4 milyard kubmetr olan “Şimal-Cənub” qaz kəmərinin (“Pakistan axını”) tikintisinə dair hökumətlərarası sazişin həyata keçiriləcəyinə ümid edir. Hazırda maraq doğuran məqam Rusiya neftinə ən yüksək qiymət həddi qoyulmasından sonra vəziyyətin bundan sonra necə olacağıdır. Yuxarıda qeyd edildiyi kimi Rusiya dünya bazarlarına tədarükü dayandırsa, qiymətlər sürətlə artacaq. Kremlin məhz belə addıma gedib qiymətlərin yüksəlməsinə çalışması tamamilə gözləniləndir. Çünki bu halda Qərb ölkələrində inflyasiya sürətlənəcək və bu da əhalinin hakimiyyətlərdən narazılığını artıracaq. Rusiyanın istədiyi də məhz budur. Hadisələrin gedişi Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Proseslər hələ ki, Azərbaycanın neft gəlirlərinə hansısa ciddi təsir göstərməyib. Əksinə, Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barrel xam neftin orta illik qiyməti 70 dollar nəzərdə tutulduğu halda, 2022-ci ilin 9 ayı ərzində xalis mədaxil qiyməti 100,8 dollar təşkil edib. Fondun 9 ay üzrə gəlirləri 11 milyard 365,9 milyon manat və ya təsdiq edilmiş gəlirlərin 72 faizi, xərcləri isə 6 milyard 566,9 milyon manat və ya təsdiq edilmiş xərclərinin 57 faizi həcmində icra olunub. Fondun aktivlərinin 2022-ci il sentyabrın 30-u tarixinə qalığı 45 milyard 386 milyon dollar təşkil edib. 2023-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barrel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50 dollar, qazın Avropa qiyməti 1000 kubmetr üçün 788 dollar (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının dollara qarşı orta illik məzənnəsi isə 1,7 səviyyəsində götürülüb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ