şənbə günü, 10 oktyabr 2026
     

ABŞ Səudiyyə Ərəbistanına təsir göstərə bilmədi, neft yenidən üçrəqəmli qiymət fazasına daxil olur

Image


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azaldılması ilə bağlı qəbul edilmiş qərar ABŞ-da ciddi narazılıq yaradıb. Burada hesab edilir ki, OPEC+ ölkələrinin qərarı neftin qiymətində yenidən ciddi artmlara, bu da öz növbəsində ABŞ-da və bütün dünyada inflyasiyanın kəskinləşməsinə gətirib çıxaracaq.

Hələ iclasdan əvvəl ABŞ OPEC+ ölkələrini neft hasilatını azaltmamağa çağırır və belə bir addımın onların nöqteyi-nəzərindən hazırkı iqtisadi vəziyyətin tələblərinə cavab verməməsi ilə izah edirdi. Bildirilirdi ki, Vaşinqton bu mövqedən prezident Co Baydenin ölkədə benzinin qiymətinin aşağı düşməsinə nail olmaq istəyi fonunda çıxış edir. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrienn Uotson bu xüsusda qeyd edib: “Əlbəttə, biz həmişə bütün istehsalçılar və istehlakçılarla, o cümlədən OPEC+ tərəfdaşları ilə danışırıq. Biz aydın bildirirdik ki, iqtisadi artımı dəstəkləmək və dünyanın hər yerində istehlakçılar üçün qiymətləri aşağı salmaqdan ötrü enerji təchizatı tələbata uyğun olmalıdır. Bu barədə tərəfdaşlarımızla danışmağa davam edəcəyik”. Lakin ABŞ-ın OPEC+ ölkələrinə təsiri nəticə verməyib. Hasilatın azaldılması haqda qərardan sonra artıq neft qiymətlərində artım qeydə alınır. ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyat üçün faydasız olmaqla ağlabatan deyil. O, qurumun qərarını tənqid edib və bunun qlobal iqtisadiyyata pis təsir etdiyini bildirib: “Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərdən çox narahatıq”. “Financial Times” qəzeti yazır ki, ABŞ-ı daha çox narahat edən hal Səudiyyə Ərəbistanının neft qiymətinə münasibətdə Rusiya ilə birgə hərəkət etməsidir: “Səudiyyə Ərəbistanı ABŞ-ı qəzəbləndirmək və Rusiyaya kömək etmək üçün Vyanada keçirilən mühüm toplantıda neft qiymətlərini artırmağa qərar verdi. Ər-Riyad, Moskva və digər istehsalçılar OPEC+ kartelinin iclasında yeni ixtisarlar elan etdilər. Analitiklərin fikrincə, azalma ABŞ-ı çox narazı salır. Avrasiya qrupunun analitiki Raad Al-Kadiri qeyd edir: “Bu, köhnə Səudiyyə Ərəbistanı deyil və ABŞ bəlkə də enerji məsələlərində bunu etiraf etmək istəmir. Əgər onlar neftin qiymətinin daha yüksək olmasını istəyirlərsə, ABŞ-ın sərt cavabı ilə nəticələnsə belə, bunu davam etdirəcəklərini açıq şəkildə ifadə ediblər”. OPEC+ ölkələrinin addımı gələn ay ABŞ-da keçiriləcək aralıq seçkilərdə prezident Co Baydenin Demokrat Partiyasının Konqresdə daha çox yer itirməsi deməkdir. Neftlə bağlı qiymətlər yüksək olaraq qalır və böyük hasilatın azaldılması ehtimalının aydınlaşması ilə beynəlxalq etalon olan “Brent” markalı neft sürətlə bahalaşır. Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı ilə dünyanın ən böyük istehlakçısı olan ABŞ arasında gərginlik analitiklərin Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dərinləşən qlobal enerji müharibəsi barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir. Ər-Riyad və Moskva iyunun əvvəlində bir barrel üçün təxminən 120 dollar həddindən aşağıya enməyə başlayan neft qiymətlərindəki enişi dayandırmaq üçün hasilatın azaldılması axtarışlarını gücləndiriblər. ABŞ Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq istəyir. Lakin Səudiyyə Ərəbistanının Moskva ilə əməkdaşlığı bunun qarçısını alır. Belə vəziyyət Ər-Riyad və Ağ Ev arasında gərginlik mənbəyinə çevrilir. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki və “RBC Capital Markets”in əmtəə araşdırmalarının rəhbəri Helima Kroft bildirib ki, Rusiya Avropaya qaz tədarükünün böyük hissəsini artıq kəsərək, diqqətini neft bazarlarını pozmağa yönəldəcək. ABŞ-Səudiyyə gərginliyinin daha da artması risqi Baydenin vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmək üçün Ciddəyə getməsindən və krallığın neft tədarükünü artırmaq üçün əlavə addımlar atacağını söyləməsindən sonra baş verir. Keçən həftə Bayden administrasiyasının iki yüksək vəzifəli rəsmisi Brett Makqurk və Amos Hokşteyn bir sıra ikitərəfli görüşlərin sonuncusu olaraq Səudiyyə Ərəbistanına səfər edib. Ancaq nəticə yoxdur”. “The Washington Times” yazır ki, indiki halda ABŞ konqresmenləri neft hasilatını azaltdıqlarına görə ərəb ölkələrindən qisas almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən qoşunların çıxarılmasını təklif ediblər. Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Andel əl-Cubeyr “Fox News” telekanalına bildirib ki, ölkəsi neftdən ABŞ-a qarşı silah kimi istifadə etməyə çalışmır, OPEC+ ölkələrinin  neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyatın maraqlarına uyğun olaraq qəbul edilib: “Səudiyyə Ərəbistanı neft üzrə qərarları siyasiləşdirmir. Neft silah deyil, qırıcı və ya tank deyil. Ondan atəş etmək mümkün deyil. Bizim üçün neft əmtəədir, qlobal iqtisadiyyat üçün vacibdir. Səudiyyə Ərəbistanının bundan ABŞ-a zərər vermək və ya hər hansı digər siyasi səbəblərə görə istifadə etdiyi fikri kökündən yanlışdır”. İstənilən halda gözlənilir ki, OPEC+ ölkələrinin qərarından sonra neft yenidən 100 dollarlıq həddi keçəcək. Xatırladaq ki, OPEC+ ölkələrinin neft hasilatını azaltmasına Azərbaycan da razılıq verib. “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb. Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, OPEC+ razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ