CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 17-də 112,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,53 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,53 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,96 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,23 dollar/barel çoxdur.