Azərbaycanda satışda olan siqaretlərin 2 faizinin qaçaqmalçılıq yolu ilə gətirilməsi ehtimalı var.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən aşkarlanan qaçaqmalçılıq məhsulları arasında siqaretlər çoxluq təşkil edir. Ehtimal oluna bilər ki, siqaretlərin 2-2,5 faizi gömrük orqanlarından gizlin keçirilsin və dövriyyədə olsun.