Azərbaycanda əhalinin internet vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən saytlardan sifariş etdiyi məhsulların çatdırılmasında gecikmələrə aydınlıq gətirilib.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.
S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: “Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin”.