Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri

img

Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib.

Trend-in məlumatına görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, hal-hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilməkdədir.

V.Gülməmmədov ali audit orqanları qarşısında həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələ kimi durduğunu qeyd edib.

Son xəbərlər