Bazar günü günü, 04 oktyabr 2026
     

Qafqaz uğrunda rəqabətə yeni mühüm geosiyasi oyunçu qoşulur, əsas tərəfdaş qismində isə Azərbaycanı görür...

Image


Geosiyasi, geoiqtisadi mövqeyinə görə Cənubi Qafqaz böyük güclərin daim xüsusi diqqət mərkəzində yer alıb. Elə indinin özündə də ABŞ, Avropa, Rusiya üçün bu region mühüm əhəmiyyət daşıyır. Amma görünən odur ki, tezliklə bu güclərin sırasına daha bir mühüm oyunçu qoşulacaq. Söhbət dünyanın ən böyük güclərindən biri hesab edilən Çindən gedir.

Çin Qafqaza iqtisadi rıçaqlar vasitəsilə daxil olmağı indi qarşısına əsas məqsədlərdən biri kimi qoyub. “Karnegi Moskva Mərkəzi”nin portalında dərc olunmuş məqalədə bu xüsusda qeyd edilir: “Çin özünün ticarət və enerji arzularının gerçəkləşdirilməsində Qərbə doğru daha bir addım atmaq üçün Orta Asiyadakı uğurunu Qafqazda təkrarlamalıdır. 2002-2005-ci illərdə Çinin Orta Asiya ilə ticarəti dörd dəfəyədək artıb:  2.3 milyard dollardan 8.8 milyard dollara yüksəlib. 2019-cu ildə isə bu rəqəm 46 milyard dollar olub. Otuz ildən də az müddət ərzində Çin Orta Asiyada bütün sektorlarda fundamental şəkildə oturuşub. İndi isə Tsi Tsinpin administrasiyası Qafqazla əməkdaşlığa təkan vermək üçün mühüm addımlar atır. 2016-2020-ci illərdə Çinlə Qafqaz regionu arasında ticarət 1.9 milyard dollardan 3.6 milyard dollara çatıb. Çin şirkətləri sənayeləşməni sürətləndirməkdən ötrü regiondakı hökumətlərlə işləyirlər. Azərbaycanın iqtisadi diversifikasiya siyasəti və Çinin sənaye qabiliyyətini transfer etmək həvəsi iki ölkənin iqtisadi əməkdaşlığını sürətləndirir. 2018-ci ildən Azərbaycanda bir neçə irimiqyaslı Çin layihəsi işə salınıb: Ələt limanında 1.5 milyard dollarlıq sənaye parkı, 1.17 milyard dollarlıq tam dövrlü polad zavodu, 300 milyon dollarlıq şin zavodu və utilizasiya zavodu. Çin, eyni zamanda, Gürcüstan və Ermənistanla da əlaqələri genişləndirir, ancaq bu ölkələrlə bağlı problemlərin də olduğu diqqətdən yayınmır”. O da qeyd edilir  ki, Azərbaycan, Gürcüstan və Ermənistandan fərqli olaraq, Çinin ölkə daxilində iqtisadi dominanta çevrilməsinə imkan vermək niyyətində deyil . Məsələn, Azərbaycan Çinin ticarət və enerji şəbəkəsinə tam qoşulmayıb. Çin Azərbaycanla iqtisadi əlaqələrə təkan verəcək bəzi əsas maliyyə razılaşmalarını bağlaya bilməyib. Valyuta mübadiləsi, azad ticarətlə bağlı razılaşma yoxdur, Gürcüstan və Ermənistanla isə bağlanıb. Amma Azərbaycanın nəqliyyat infrastrukturu Qazaxıstana Xəzər dənizi ilə gələn Çin malları üçün vacibdir.

O da xüsusi olaraq qeyd edilməlidir ki, Çinin "Bir kəmər, bir yol" adlı iqtisadi inkişaf strategiyasının əsas dövlətlərindən biri də məhz Azərbaycandır. Pekinin hələ 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı iqtisadi inkişaf strategiyası, tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla, Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Avrasiyanın mərkəzində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Buna qədər isə, coğrafi mövqeyindən bəhrələnərək, Azərbaycan Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb. Ölkəni qonşuları ilə birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaradılıb. Orta dəhliz adlandırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti isə bu mənada təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, eyni zamanda, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu həm də “Şərq-Qərb” nəqliyyat dəhlizinin mühüm hissəsidir.

Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu fonda Bakı-Tiflis-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Ermənistanla 10 noyabr bəyanatının razılaşdırılmasından sonra isə bu siyahıya Naxçıvan dəhlizi də aid edilə bilər. Naxçıvan dəhlizi Türkiyə və İranın da daşınma prosesinə qatılması üçün olduqca önəmlidir. Xatırladaq ki, 2017-ci ilin dekabrında Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlayıb. Elə bundan sonra Bakı-Tiflis-Qarsın Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi aktuallaşıb. Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bu fonda Qafqazda Çin üçün Azərbaycan əsas tərəfdaş hesab edilir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ