Bazar günü günü, 04 oktyabr 2026
     

Bütün tərəflərin marağında olan Naxçıvan dəhlizi... Ermənilər onun açılmasını əngəlləyə bilməyəcək, hətta hakimiyyət dəyişsə də...

Image


“Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpası zamanı, təbii ki, həmin ərazilərdə elektrik enerjisinə böyük ehtiyac yaranacaq. Burada Rusiyanın enerji potensialından da istifadə olunması mümkündür. Vahid enerji sisteminin yaradılması regionun inkişafına güclü təkan verə bilər”. Belə bir açıqlama ilə Rusiyanın tanınmış ekspertlərindən biri olan Boris Martsinkeviç çıxış edib.

Onun fikrincə, həmin ərazilərdə yaşayışı təmin etmək üçün zəruri infrastrukrur, o cümlədən energetika sahəsi, avtomobil yolları, mühəndis-kommunikasiya qurğuları yenidən qurulmalıdır. Ekspert qeyd edir ki, Azərbaycan qonşu ölkələrlə müvafiq sahələrdə, xüsusən energetika sektorunda əməkdaşlıqdan yararlana bilər: “Qarabağın işğaldan azad edilməsi Cənubi Qafqazın enerji, tranzit və yük dövriyyəsinə ciddi təsir göstərəcək. Lakin işlərin irəliləməsi üçün Azərbaycan hökuməti ilk növbədə Naxçıvanla dəmir yolu xəttini bərpa etməlidir. Bu dəmir yolunun bərpasında Rusiya da maraqlı tərəfdir. Təbii ki, sözügedən dəmir yolunun işə salınması, Naxçıvanla yanaşı, işğaldan azad edilmiş rayonların iqtisadi cəhətdən inkişafı deməkdir”. Martsinkeviç diqqətə çatdırıb ki, dəmir yolunun bərpası Ermənistanın da maraqlarına daxildir və onun Çinlə əməkdaşlığına şərait yaradacaq: “Türkiyəyə gəlincə, o, yükdaşımalarını həyata keçirmək üçün Xəzər dənizinə birbaşa çıxış əldə edəcək. Bu baxımdan, Rusiya, Azərbaycan və Ermənistanın regionda həyata keçiriləcək layihələrdə ciddi maraqlarının olması şübhəsizdir”. Bu halda hesab edilir ki, Ermənistanda son günlər baş verən hadisələr də prosesə əngəl yarada bilməz. İlk növbədə o baxımdan ki, regionda kommunikasiya, iqtisadi əlaqələrin bərpası Rusiyanın da xüsusi maraq dairəsindədir. Digər tərəfdən, Rusiya ötən il noyabrın 10-da, cari il yanvarın 11-də imzalanan məlum bəyanatlarda qeyd edilən öhdəliklərin icrasının əsas təminatçısı hesab edilir. Bu səbəbdən Ermənistanda hakimiyyət və müxalifət arasında yaşanan toqquşmada iqtidar dəyişikliyi yaşansa belə, bəyanatlardan irəli gələn öhdəliklərin icrası məcburi xarakter daşıyır. Bu da o deməkdir ki, Azərbaycan istədiyi kimi Mehridən keçməklə Naxçıvana dəhlizin açılmasını təmin edəcək. Bunu rus hərbi ekspert İqor Korotçenko da xüsusi olaraq vurğulayır: “Beynəlxalq hüquq normaları, Rusiyanın rəsmi mövqeyi və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir. Rusiya kritik məqamda öz vasitəçilik xidmətlərini təklif etdi. İlk növbədə ona görə ki, Rusiya tərəfi neytral mövqe tutmuşdu. Sülhməramlıların bölgəyə gəlişi xeyli sayda erməni hərbçini məhv olmaqdan xilas etdi. Bu gün Rusiya sülhməramlıları müharibənin bir daha Cənubi Qafqazda reallığa çevrilməməsini təmin etmək baxımından əhəmiyyətli rol oynayır. Bunlar fonunda nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadiyyatının inkişafında vacib rol oynayacaq. Əlbəttə, nəqliyyat əlaqələrinin bərpa edilməsi və Azərbaycanla Naxçıvan arasında dəhlizin yaradılması regionda həyata keçiriləcək ən vacib və irimiqyaslı layihələrdən biridir. Bu, bütün ölkələrin, o cümlədən Ermənistanın güclü iqtisadi inkişafına təkan verəcək. Ermənistanda kimsə bunu əngəlləyə bilməz”.

Digər ekspertlər də bu fikirdədir ki, regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç isə vurğulayır ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri böyük bir coğrafiyaya inkişaf və tərəqqi vəd edir, fundamental yüksəlişə zəmanətdir. Azərbaycan ordusunun şanlı Qələbəsinin bütün Qafqaza, eləcə də Anadolu bölgəsinə sülh, əminamanlıq və inkişaf vəd etdiyini diqqətə çatdıran səfir qeyd edir: “Müasir dünyanın hərb savaşının əsaslarını yaradan qalib Azərbaycan dövləti ilə çiyin-çiyinə olmaq Türkiyə üçün həm qürurvericidir, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın son iclasının qərarlarına diqqət etdikdə görürük ki, hər iki ölkə fundamental inkişaf konsepsiyasına vahid standartdan yanaşır. Peşə təhsili ilə nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumları ən qısa zamanda böyük nəticələr verəcək. Bu durumda Qarabağın bərpası və yenidən qurulması, ilk növbədə, mənəvi borcdur. Hamımız üçün sevindiricidir ki, Azərbaycanın istəyi ilə Türkiyə bu prosesdə var və ən qısa zamanda bütün digər imkanlarını da səfərbər edəcək. Hesab edirəm ki Azərbaycan ərazisində, xüsusilə mebel, geyim və qida istehsal müəssisələri yaradıb keçmiş sovetlər birliyi coğrafiyasını əhatə edən bazarlara nüfuz etmək çox faydalı nəticələr verər. Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında imzalanan “Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə böyük perspektivlər yaradır. Qısa zaman kəsiyində istifadəsi nəzərdə tutulan Ankara-İğdır-Naxçıvan-Bakı dəmir yolu xətti bütün bölgənin inkişafı üçün xüsusi canlanma yaradacaq, bu yol həm də sülh və inkişaf istəyən bütün tərəflərin maraqlarına uyğundur”.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ