Bazar günü günü, 04 oktyabr 2026
     

Dünyanın aparıcı qurumları artan neft qiymətləri ilə proqnozlarında mühüm dəyişikliklər etdi

Image


Dünya enerji bazarında qiymətlər yenidən sürətlə dəyişməkdədir. Bu, xüsusən neft qiymətləri ilə bağlı özünü daha qabarıq şəkildə büruzə verir. Artıq nüfuzlu beynəlxalq qurumlar da neft qiymətlərinin cari il ərzində əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.

Onlardan biri olan  “Bank of America Global Research” analitikləri bu il üzrə “Brent” markalı neftin orta qiyməti üçün proqnozunu daha əvvəl gözlənilən 50 dollar səviyyəsindən 60 dollara qaldırıb. Eyni zamanda, onlar ikinci rübdə kotirovkalarda bir barrel üçün 70 dollara qədər müvəqqəti sıçrayış ehtimalını da istisna etmirlər. Bank mütəxəssisləri keçən il koronavirusa qarşı peyvəndin yaranmasını, OPEC+ razılaşmasının saxlanmasını, həmçinin pandemiya səbəbindən tətbiq edilən karantin tədbirlərinin daha lokal xarakterli olmasını neft bazarının artımını dəstəkləyəcək üç əsas amil kimi dəyərləndirir: “Proqnozlarımız əsasən doğru çıxıb, hərçənd, qiymətlərin gözləntilərimizi üstələdiyini də etiraf etmək lazımdır. Bu səbəbdən 2021-ci ildə “Brent” markalı neftin orta qiyməti üçün proqnozumuzu 60 dollara qaldırırıq”. “Bank of America Global Research” analitiklərinin bildirdiyinə görə, Texasdakı şaxtalı hava qlobal ehtiyatların 50 milyon barrel azalmasına səbəb olacaq və bu da qiymətləri dəstəkləyəcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədə yerləşən törəmə “SOCAR Trading SA” şirkətinin baş ticarət direktoru Xəyal Əhmədzadə də neft qiymətlərində əhəmiyyətli sıçrayış olacağını bildirib: “Bu il neftin bir barrelinin qiyməti 80 dollara çatacaq, çünki neftə olan tələbat yenidən artacaq, ancaq istehsalçılar lazımı təkliflərə dərhal cavab verə bilməyəcəklər”. Onun sözlərinə görə, 2020-ci ildə pandemiyaya cavab olaraq yaranmış izafi neft ehtiyatları yaya qədər tamamilə bitəcək: “Mən yay aylarında və ya ilin sonuna qədər neftin bir barrelinin qiymətini 80 dollar və yaxın 18-24 ay ərzində bir barrel üçün 100 ABŞ dolları üzərində görsəm, təəccüblənmərəm”. O qeyd edib ki, SOCAR artıq özünün böhran zamanı saxladığı 15 milyon barrel neft həcmlərini tamamilə satıb. Onun sözlərinə görə, hətta Səudiyyə Ərəbistanı və Texasda da istehsal olsa belə, 12 aydan sonra neft çatışmazlığının olacağına dair qorxular var: “Bu, qiyməti olduqca sürətlə artıracaq".“JPMorgan Asset Management”in eksperti Kerri Kreyq isə qeyd edir ki, hazırda inkişaf etmiş ölkələrdə aparılan kütləvi peyvəndləmə nəticəsində dünya iqtisadiyyatının dirçəlməsinə dair nikbinliklə bağlı neftin qiymətləri daha da arta bilər. Ekspertin fikrincə, neft bazarında mümkün qiymət artımının daha bir səbəbi də OPEC+ formatının iştirakçı ölkələrinin bundan sonra da hasilatı azaldacağı ola bilər: “Biz hələ də OPEC+da təklifi azaldanlara bel bağlayırıq. Məncə, bununla bağlı tələb-təklif nisbətinə dair hələ də suallar var”.

“JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek də qiymətlərin artacağənı bildirir: “Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Bu dövrdə neftin bir barrelinin 100 dollar və ya daha çox olacağını görə bilərik”. “Financial Times” qəzeti yazır ki, neftin qiyməti son dəfə 2014-cü ildə belə həddə çatıb: “İqtisadiyyatda böyümənin ilkin şərtləri neftə tələbatı dəstəkləyəcək büdcə stimulları olacaq. Tələb və təklif arasındakı fərq qiymətlərin sürətlə artmasına səbəb olacaq və yeni “supertsikl”in yaranmasına xidmət edəcək. Bu da neft bazarının tamamilə dəyişməsi və COVID-19 pandemiyasından qurtulması demək olacaq”. ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” isə bəyan edir ki, “Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollara çata bilər. Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” qlobal neft tələbatının cari ilin sonunda pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır. Beynəlxalq Enerji Agentliyinə görə, cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 6 faiz artaraq gündəlik 96 milyon 600 min barrelə çatacaq. Sutkalıq tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon barreli Amerika qitəsində, 14 milyon barreli isə Avropada formalaşacaq.

Agentlik bu ilin ilk rübü üzrə neft istehlakı ilə bağlı proqnozunu sutkada 600 min barrel azaldıb. 2021-ci ilə dair tələbat proqnozu isə gündəlik 300 min barrel azaldılıb. Cari ildə qlobal neft istehlakının keçən ilə nisbətən gündəlik 5,5 milyon barrel artacağı proqnozlaşdırılır. OPEC isə 2021-ci ildə qlobal xam neft tələbatının ötən ilə görə 5 milyon 900 min barrel və ya 6,5 faiz artıraraq sutkada 95 milyon 910 min barrel təşkil edəcəyini gözləyir. OPEC-ə üzv ölkələrin neft tələbatı keçən ilə nisbətən 5 milyon barrel çoxalaraq gündəlik 27 milyon 200 min barrel olacaq. Bütün bunlar qiymət artımını şərtləndirən başlıca faktorlardır.

Onu da bildirək ki, bahalaşma nəticəsində Azərbaycan neftinin qiyməti artıq 70 dollara yaxınlaşır. Lakin qiymətlərin daha da artması gözlənilir. Bu da Azərbaycanın maliyyə sahəsində mövqelərinin daha güclü hala gəlməsini şərtləndirir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ