Bazar ertəsi günü, 17 avqust 2026
     

Sığorta şirkətlərinin vətəndaşları əmlak sığortasına məcbur etməsi qanunidirmi...

Image


Ötən il yanvar ayının 1-dən ölkəmizdə evlərin məcburi sığortalanması qaydaları qüvvəyə mindikdən sonra əhalinin xeyli qismi öz mənzillərini müxtəlif sığorta şirkətlərində birillik sığortalatdı.

Müəyyən səbəblərdən bu il mənzillərini sığortalada bilməyən vətəndaşlar deyirlər ki, ötən il müqavilə bağladıqları sığorta şirkətlərindən az qala hər gün “gəlin mənzilinizi sığorta etdirin” çağırışı alırlar. Bir çox vətəndaşın bildirdiyinə görə, sığorta şirkətləri öz zəng və mesajları ilə vətəndaşları əməlli-başlı narahat edir, bezdirirlər ki, gəlin evinizi, əmlakınızı sığorta etdirin.

Sığorta şirkətlərinin tez-tez vətəndaşı bu səbəbdən narahat etməsi qanunidirmi?

Ekspertlər qeyd edirlər ki, “İcbari sığortalar haqqında” Qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir. Bura inzibati binalarla yanaşı, yaşayış sahələri də aiddir. Evlərin, mənzillərin sığortalanması vacib olsa da, sığorta şirkətlərinin vətəndaşları tez-tez narahat etməsinin qanunauyğun olmadığını deyən bəzi ekspretlər hesab edirlər ki, şirkətlər çox zaman müştərini itirməmək, onun müştərisinin başqa sığorta şirkətlərinə üz tutmaması üçün bu addımı atırlar.

  • “Vətəndaşdan pulu alana qədər zəng vurub  bezdirirlər, pulu alandan sonra isə, ümumiyyətlə, maraqlanmırlar”

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sığorta şirkətlərinin vətəndaşları narahat etməsi qətiyyən doğru deyil. E.Bayramlının sözlərinə görə, sığorta şirkətlərinin əsas məqsədi vətəndaşları soyub talamaqdır: “Ümumi baxsaq, Azərbaycanda sığorta sistemi yalnız bir məqsəd üçün nəzərdə tutulub, vətəndaşları soyub pulunu talamaq. Adicə rəqəmlərə, sığortanın illik dövriyyəsinə baxsaq, yığımlar ödənişlərdən üç dəfə çoxdur. Tutaq ki, 100 milyon yığırlarsa, ondan 30 milyon ödəniş edirlər. Dünyanın heç bir ölkəsində belə göstəriciyə rast gəlinmir. Sığorta elə bir faizlə olmalıdır ki, tutalım, 100 milyon yığım varsa, onun 80 milyonu ödənilməlidir. Yəni sığortanın qiyməti buna hesablanmalıdır. Birincisi, şirkətlər həm avtomobillərdə, həm də digər sahələrdə yüksək sığorta haqları qoyurlar. Həm də sığorta ödənişlərini verməmək üçün min bir fırıldaq üsul çıxarıblar. İstənilən vəziyyətdən çıxmaq üçün müqavilələrdə şərtləri qeyri-müəyyən yazırlar. Qiymətləndirməni düz aparmırlar. Tutaq ki, avtomobilə, yaxud daşınmaz əmlaka dəyən ziyan 5 min manatdırsa, bunlar da onu elə qiymətləndirirlər, 2-3 min verirlər”.

Sığorta şirkətləri ödənişləri düzgün şəkildə etmədiklərinə və daha çox öz mənfəətlərini düşündüklərinə görə Azərbaycanda könüllü sığorta etdirənlərin sayının cüzi olduğunu deyən E.Bayramlının sözlərinə görə, sığorta bazarında sığortaların həcminə baxdıqda bunların bəlkə də 90 faizi məcburi sığortalardır. "Vətəndaşdan pulu alana qədər zəng vurub bezdirirlər, pulu alandan sonra isə, ümumiyyətlə, maraqlanmırlar. Məsələ nədir? Sığorta könüllü olmalıdır. Bizdə sığorta şirkətləri hökuməti müəyyən kanallarla məcbur etməyə çalışırlar ki, mümkün qədər daha çoc sığorta növü məcburi olsun. Çünki özlərini yaxşı tanıyırlar, bilirlər ki, bu cür fəaliyyətləri ilə heç kim könüllü sığorta olunan deyil. İnanmıram ki, bəzi istisnaları nəzərə almasaq, Azərbaycanda kimsə könüllü sığorta etdirsin. Bahalı avtomobil sahibləri kasko sığorta etdirməyə bir az maraq göstərirlər, ancaq bütün digər növlərə də baxanda görürsən ki, könüllü sığorta etdirənlər yoxdur. Yəni vətəndaşlar bu sığorta şirkətlərini çox yaxşı tanıyırlar, bunu biz sosial şəbəkələrdə, mətbuatda yayılan şikayətlərdən də görürük. Sığorta şirkətləri yalnız pul yığmaqla məşğuldurlar. Sığorta şirkətlərinin tez-tez zəng vurmaqla vətəndaşları bezdirmələrinə gəlincə, deyim ki, onlar qanunsuz olaraq mobil operatorların və digər şirkətlərin bazasından vətəndaş haqqında məlumatı əldə edirlər və müxtəlif şirnikləndirici təkliflərlə vətəndaşları gecə-gündüz narahat edirlər. Sığorta müddətinin başa çatmasına bir-iki ay qalmış zəng etməyə başlayırlar ki, “gəlin bizdə etdirin”. Yəni sığorta şirkətlərinin vətəndaşları bu şəkildə narahat etməsi  qanuni deyil, hər hansı bir sığorta şirkətini vətəndaş özü seçməlidir və əmlakını orada sığorta etdirməlidir. Sığorta şirkətləri ancaq özlərini müxtəlif KİV-də reklam edə, öz xidmətlərini təklif edə bilərlər, gecə-gündüz vətəndaşa zəng vurub bezdirməməlidirlər. Onlar, ümumiyyətlə, “nömrəni hardan alıbsınız” sualına cavab vermirlər. Düşünmürlər ki, bəlkə vətəndaş bu nömrəni yalnız ailə üzvləri üçün işlədir, yaxud xəstədir, ona telefonla danışmaq olmaz və sair. Heç bunları nəzərə almırlar, gecə-gündüz insanları narahat edirlər. Bu məsələnin başqa bir tərəfində  pozuntudur. Yəni bezdirməklə vətəndaşı öz şirkətlərinə cəlb etmək istəyirlər. Hətta bəzi sığorta şirkətləri deyirlər ki, siz gəlmədən özümüz hər şeyi həll edəcəyik. Onlayn formada edirlər ki, bu sığorta onlarda olunsun. Onsuz da onlar yığılan pullardan çox cüzi ödəniş edirlər, nə qədər yığılsa, qənimətdir...”  - deyə E.Bayramlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ