Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan dünya neft bazarındakı ajiotaja ən inamlı dözüm göstərən ölkələr sırasında…

Image


Neft bazarında yaşanan proseslər burada yeni qiymət oyunlarından dünya iqtisadiyyatının, xüsusən də hasilatçı ölkələrin ciddi zərər görəcəyini deməyə əsas verir. Xüsusən də iqtisadiyyatı enerji gəlirlərindən birbaşa asılı olan ölkələr, məsələn, elə Səudiyyə Ərəbistanı özü qiymətlərin uzun müddət indiki həddə qalmasına tab gətirə bilməz. Amma buna rəğmən, baş verənlər qiymət oyununun hələ müəyyən müddət davam edəcəyini göstərir.

Hazırda enerji amilindən iqtisadiyyatları əhəmiyyətli dərəcədə asılı olan ərəb ölkələri qiymətlərdə heç də iqtisadi əsası olmayan siyasət yürüdür. Məsələn, məlumdur ki, Səudiyyə Ərəbistanı Avropa ölkələrinə nefti bir barreli 25 dollardan təklif edir. Həmçinin Ər-Riyad Avropa ölkələrinə tədarük etdiyi neftin həcmini üç dəfə artıracaq. Səudlar qiymətlə bağlı təklifi "Royal Dutch Shell", "BP", "Total", "OMV", "Repsol" və "Cepsa" şirkətlərinə göndərib. OPEC-ə daxil olan İraq və Küveyt də Səudiyyə Ərəbistanının ardından aprel ayında təklif etdikləri xammalın qiymətini azaltmaq barədə qərar veriblər. Bu arada Birləşmiş Ərəb Əmirlikləri fevral ayında həyata keçirilən neft sövdələşmələri üçün də qiyməti aşağı endirib.  Məlumata əsasən, İraq "Basrah Light" markalı neftin bir barreli üçün qiyməti 5 dollar, "Saudi Aramco" isə "Arab Medium" markalı neftin bir barreli üçün qiyməti 6 dollar azaldır. Küveytin idxalçılara nə qədər güzəşt təklif edəcəyi açıqlanmır.

Müşahidəçilər Ər-Riyadın hasilatı artırmaq və nefti böyük endirimlərlə satmaq qərarını birmənalı şəkildə "Rusiyanı cəzalandırmaq" cəhdi kimi qiymətləndirirlər. "Bloomberg" agentliyinin icmalçısı Devid Fiklinq qeyd edir: "Bundan əvvəl Səudiyyə Ərəbistanı iri oyunçular arasında əməkdaşlığın təşviqi yolu ilə neft bazarında mövqelərini və gəlirlərini qoruyub-saxlamağa ümid edirdi. İndi isə Səudiyyə Ərəbistanı hesab edir ki, yaranmış şəraitdə tam əks addımı atmaq – qələbəyə ümid bəsləyərək, Moskva və ABŞ-ın müstəqil neft sənayesi ilə "kim birinci qorxacaq" oyununa başlamaq daha məqbuldur. İndilikdə neft bazarında gedən qiymət müharibəsi sonadək mübarizəyə yönəlib və burada qalibiyyət daha güclü olanın yox, daha çox dözənin olacaq". Bu baxımdan, analitiklər Səudiyyə Ərəbistanının mövqelərinin kifayət qədər zəif olduğunu etiraf edirlər. Hesab edilir ki, Səudiyyə Ərəbistanı nefti rekord dərəcədə aşağı xərclə, yəni bir barrelə təxminən üç dollar xərcləməklə hasil edə bilir. Lakin "qara qızıl"ın satışından əldə edilən gəlirlərə əsaslanan dövlət büdcəsi bir barrelə 85 dollar qiyməti üçün nəzərdə tutulub. Yəni neft sahəsi gəlirliliyini saxlayacaq, amma bütövlükdə ölkə çox sürətlə müflisləşəcək. Buna isə Səudiyyə uzun müddət tab gətirə bilməz. Rusiya isə Rifah Fondunda toplanan vəsait hesabına 6-10 il ərzində neftin aşağı qiymətinə tab gətirə biləcəyini bəyan edir. Belə ki, Rusiya Maliyyə Nazirliyi ölkənin neftin aşağı qiymətinə qarşı 6-10 il aralığında müqavimət göstərə biləcəyini açıqlayıb: “Milli Rifah Fondunun aktivləri, neftin qiymətinin aşağı enməsinə baxmayaraq, dövlətin öz öhdəliklərini yerinə yetirməsi və makro sabitliyi davam etdirmək üçün kifayət edəcək səviyyədədir”. Bu baxımdan Azərbaycan da böyük şansı olan ölkələrdən sayılır. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirir ki, Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha artıq tab gətirə bilər. Prezidentin köməkçisi Şahmar Mövsümov isə hətta konkret müddət də açıqlayır. O, 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı: “Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”.

Digər tərəfdən məlumdur ki, neftin qiymətlərinin aşağı olması halı davam edərsə belə, bu, cari ildə Azərbaycana ciddi təsir etməyəcək. Xüsusən də Neft Fondunun dövlət büdcəsinə transfertlə bağlı öhdəliyinə burada təsir olmayacaq. Xatırladaq ki, dövlət büdcəsinə transfertlə bağlı xərclər Fondun öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. Dövlət Neft Fondunun 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manatla ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard dollar məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur. Cari ilin əvvəlindən bu günə qədər satışa ümumilikdə 1,8 milyard dollar və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün fond tərəfindən 5 milyard dollar məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ