"Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. Baki-xeber.com xəbər verir ki, finiş xəttini 20 pilotdan 13-ü keçə bilib.
Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Məlumat üçün bildirək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xəbər XİDMƏTİ