Bakıda FIA Formula 2 pilotlarının ikinci yarışında qəza baş verib.
Baki-xeber.com xəbər verir ki, "PERTAMINA PREMA Theodore Racing"dən indoneziyalı Şon Gelael döngələrdən birində idarəetməni itirərək bolidini təhlükəsizlik divarına çırpıb. Ş.Gelael yarışı yarımçıq tərk etməli olub.
Məlumat üçün bildirək ki, aprelin 27-dən Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçirilir.