Aprelin 28-də keçirilən 2018 Azərbaycan Qran Prisi çərçivəsində FİA Formula 2 sinfinin ilk yarışında qəza baş verib.
“Bakı-Xəbər” xəbər verir ki, yarış start götürən kimi "Campos Vexatec Racing"dən komandasının italiyalı pilotu Luka Giottonun idarə etdiyi bolid Azneft dairəsindəki döngədə idarəetməni itirərək əvvəlcə yolun sağındakı təhlükəsizlik səddinə, sonra da "Four Seasons" otelinin qarşısındakı divara çırpılıb.
Toqquşma nəticəsində bolidin bəzi hissələri qoparaq yola səpələnib.
Xoşbəxtlikdən pilota heç nə olmasa, o, yarışı erkən dayandırmalı olub. Bolid isə xüsusi qaydada yoldan çıxarılıb.
Onu da qeyd edək ki, "Charouz Racing System"dən isveçrəli pilot Lui Deletras ümumiyyətlə, bu gün yarışa çıxmayıb.