Azərbaycan Qran Prisində Formula 1 pilotlarının üçüncü sərbəst yürüş sessiyası yekunlaşdı.
“Bakı-Xəbər” xəbər verir ki, rusiyalı pilot Sergey Sirotkinin qəzaya uğradığı yürüşün nəticələri də dünənkilərdən fərqli olub. Bu dəfə "Ferrari"nin alman pilotu Sebastyan Fettel daha yüksək nəticə göstərib (1:43.091). Bakı Şəhər Halqasının dövrəsini daha tez başa vuran ikinci pilot "Mercedes"dən Luis Hamilton olub. Britaniyalı pilotun ən yaxşı nəticəsi 1:43.452 olub. İlk üçlüyü 1:43.493 nəticə ilə "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykkonen tamamlayıb. Dünən keçirilən son sərbəst yürüşdə birinci olan "Red Bull"un avstraliyalı pilot Daniel Rikkiardo bu dəfə 1:44.861 nəticə ilə sıralamada 12-ci olub.