Bakıda ötən ilin Azərbaycan Qran Prisinin qalibi, "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkiardo dünən sərbəst yürüşlərdən sonra günün nəticələri barədə media nümayəndələrinə məlumat verdi.
O, açıqlamasında bunları qeyd etdi: “"Biz bu gün sürətli idik. UltraSoftda uzun seriya daha yaxşı ola bilərdi, amma mən maşının SuperSoftda hərəkətindən də çox razıyam. Biz özümüzü kifayət qədər inamlı hiss edə bilərik. Bilmirəm təsnifat yarışında necə olacaq, bilmirəm rəqiblərim nə qədər güclərinə nə qədər əlavə edəcəklər, amma əgər hətta biz ilk sıradan start götürmürüksə də, yarışda sürətli olmalıyıq. Fikrimcə, burada biz favoritlər siyahısındayıq. Maşına etibar etmək şəhər traslarında çox əhəmiyyətlidir. Bu gün mən maşına tam etibar etdim və özümü çox rahat hiss etdim, bu isə şəhər trasında çox önəmlidir. Heç bir çətinlik olmadı, balans pis deyildi, hər şey yaxşı keçdi".
Xəbər xidməti