Cümə axşamı günü, 12 noyabr 2026
     

Formula 1 komandalarının nümayəndələri yarışla bağlı səslənən təklifləri dəyərləndirdi

Image


KOMANDA NÜMAYƏNDƏLƏRİ – Paul MONAGHAN (Red Bull), James ALLISON (Mercedes), Mario ISOLA (Pirelli)

Paul, Maks Ferstappen 1-ci sərbəst yürüşlər zamanı qəza keçirdi. Bolidin vəziyyəti haqqında nə deyə bilərsiniz?

Paul MONAGHAN: Bolid bir az zədə alıb, ön hissəsinin sol küncünü dəyişməli olduq. Sol tərəfdə bir az təmir işləri aparmalıyıq. Bir az vaxtımızı alacaq, ancaq problemi tezliklə həll edəcəyik.

Maksla qəza haqqında danışmısınız? Qəzaya səbəb nə idi?

PM: Səbəbi müəyyənləşdirmək çətindir. Heç nə qırılmayıb, heç nə nasaz deyil. Məncə, Maks eyni nöqtədə çox tormozlama etdi. Səbəbi araşdırırıq, ancaq ciddi bir problem olduğunu düşünmürəm. Maks 2-ci sərbəst yürüşdə mübarizəyə davam edəcək. Narahatçılığa heç bir əsas yoxdur.

Komandanız mövsümün ilk üç yarışından ikisində ən sürətli dövrəyə imza atdı, eyni zamanda Çin Qran Prisində möhtəşəm qələbə qazandı. Sizcə, bolid mövsümün növbəti yarışlarında öz performansını qoruyub saxlaya biləcəkmi?

PM: Bu müzakirəni Abu Dabidə etməli idik. Rəqiblərimizdən çox şey asılıdır. Bütün gücümüzü səfərbər edərək bolidi mümkün ən yaxşı vəziyyətə gətirəcəyik. Bizdən asılı olan məsələlərdə əlimizdən gələni edəcəyik.

Barselonaya necə hazırlaşırsınız? Şassi ilə bağlı yeniliklər varmı?

PM: Hər yarışda mütləq müəyyən yeniliklər olur. Bu yeniliklərin sayı yarışdan yarışa dəyişir. İspaniyada bəzi dəyişiklər etməyi planlaşdırırıq. Baxarıq, görərik.

Mario, Çin Qran Prisində supersoft tərkibi seçmədiniz. Bu yanaşmanız nə dərəcədə uğurlu oldu? Komandaların bu qərara münasibəti necə oldu?

Mario ISOLA: Doğru seçim idi, ancaq təhlükəsizlik maşını vəziyyəti bir qədər dəyişdi. Təhlükəsizlik maşınına görə yarışı iki dəfə dayandırmalı olduq. Ferrari və Mercedes kimi güclü komandalar sıralanma turunda yarışa fərqli tərkiblə başlamaq üçün yumşaq təkər tərkibləri ilə mübarizə apardılar. Odur ki, strategiyamızda bəzi dəyişikliklər etdik. Bəhreyndə də hər üç tərkib yarış üçün uyğun idi və bütün komandalar müxtəlif kombinasiya və strategiyadan istifadə etdilər. Məqsədimiz də elə budur.

Mövsümdən əvvəl hər qran pri üçün iki pit-stop nəzərdə tutulmuşdu, ancaq bütün yarışlarda yalnız bir dəfə pit-stop etmək mümkün oldu. İki pit-stopa nail olmaq üçün nə etməli idiniz?

MI: Strategiyamıza əsasən yarışlarda mümkün qədər müxtəlif sayda pit-stop olmalıdır. Təkər tərkiblərini seçərkən iki pit-stop strategiyasını tətbiq etmək istəyirik. Bundan başqa pit-stopların sayı üç və ya bir ola bilər. Komanda seçim etməkdə sərbəstdir. Bir dəfə pit-stop edərkən komanda daha az risk etmiş olur. Belə ki, pit-stopdan sonra yarışa qayıtmaq və digər bolidləri ötüb keçmək heç də həmişə asan deyil. Bir-birinə oxşar strategiyalar təklif edəndə komandalar adətən bir dəfə pit-stop etməyə qərar verirlər.

Dünən Avstriya Qran Prisi də daxil olmaqla növbəti yarışlar üçün təkər tərkiblərini açıqladınız. Pirellinin bir az da olsa daha aqressiv tərkiblər seçdiyi qənaətindəsinizmi?

MI: Ümumiyyətlə, bu il daha dinamik təkər tərkibləri seçmişik. Ötən illə müqayisədə bu il Bakıda iki dəfə daha yumşaq tərkib seçmişik. Doğru qərar vermək üçün əlimizdə kifayət qədər məlumat olmalıdır. Bakı üçün tərkibləri 15 həftə öncə elan etmişik. Seçim etməkdə rəqəmlərlə yanaşı digər elementləri də nəzərə alırıq. Daha maraqlı yarışa şahid olmaq üçün hələ ki, daha yumşaq tərkiblər seçmişik.

Ceyms, Mercedes komandası Mühəndislər Çempionatında liderdir. Ancaq hibrid mühərriklərə keçəndən bəri ilk dəfədir ki, komanda üç yarışdan heç birində qələb qazanmayıb. Komandada hazırki əhval-ruhiyyə necədir?

James ALLISON: Şübhəsiz ki, komanda ilk qələbəsini böyük səbirsizliklə gözləyir. Şansımız var idi. Onlardan bəzilərini dəyərləndirə bilmədik. Heç bir səhv etmədən yarışmaq və qələbə qazanmaq istəyirik.

Sizcə, bu bolidi idarə etmək Bottasla müqayisədə Hamilton üçün daha çətindir?

JA: Deməzdin. Hamilton Melburn və Bəhreyndə sürətlər qutusu ilə bağlı cərimə aldı, ancaq mübarizəyə yaxşı vəziyyətdə davam edir.

Bu mövsüm komandaların turnir cədvəlindəki yerini necə qiymətləndirərdiniz? 

JA: Çətin sualdır. Melburnda yarışın ən sürətli komandası idi. Bəhreyndə Ferrari ilə çox yaxın mübarizə apardıq. Ümumi götürsək, Ferrari bir az üstünlüyə sahibdir. Onları üstələyəcimizi düşünürdük. Sonra birdən təhlükəsizlik maşını yarışa daxil oldu. Komandalarımız arasında gərgin mübarizə gedir. Bu da yarışa əlavə maraq və həyəcan qatır.

Növbəti mövsümdən etibarən Formula 1 yanacaq üzərindəki məhdudiyyəti aradan qaldıracaq. Sizcə bu, komandalar arasındakı rəqabətə necə təsir edəcək?

PM: Düzünü desəm, bu suala cavab verə bilmərəm. Ferrari və Mercedes komandalarının yanacaq sərfiyyatını ancaq təqribi hesablaya bilərik. Məncə, yeni qərar komandalar arasındakı rəqabətə təsir etməyəcək.

JA: Mən də belə düşünürəm. Yanacaq məhdudiyyətinin aradan qaldırılması turnir cədvəlinə təsir etməyəcək.

Ferrari Bəhreyndə qəza etdikdən sonra pit-stop prosedurunda dəyişiklik etdinizmi?

JA: Xeyr.

PM: Mənim də cavabım eynidir. Heç bir dəyişiklik etməmişik.

Haloya quraşdırılan güzgüyə edilən qayda dəyişikliyi ilə bağlı nə düşünürsünüz?

PM: Məsələyə aydınlıq gətirilib. Haloya güzgü quraşdıra bilərik. Biz də növbəti yarışlarda bundan istifadə edə bilərik. Bacaracağıq, ya yox, çətin sualdır.

JA: Bu, qayda dəyişikliyi yox, mövcud qaydalara aydınlıq gətirilməsidir. Heç bir qaydanı pozmadan güzgünü başın müdafiə qurğusuna bərkitmək çətin məsələdir.

2020-ci il reqlamentinə edilən dəyişikliklərlə bağlı nə düşünürsünüz? Bolidlərə yanacaq doldurmaq üçün pit-stopa qayıtmağa icazə veriləcək?

JA: Bunun baş verməsi üçün yanacaq doldurmaqla bağlı dəyişiklik olmalıdır. Əgər yenidən yanacaq doldurmağa icazə verilsə, yarış daha sürətlə davam edəcək. 2021-ci il reqlamentinə ediləcək dəyişikliklərlə bağlı təkliflərdə bu məsələnin əks olunması haqqında isə məlumatım yoxdur. 

Bu zaman bolidin çəkisinin də kəskin artacağı gözlənilir?

JA: Yanacaqdan asılı olmayaraq, bolidin çəkisinin artacağı gözlənilir.

PM: Çətin sualdır. 2021-ci il texniki reqlamentinə ediləcək dəyişikliklərlə bağlı təkliflərlə tanış deyilik. Ceymsin də söylədiyi kimi hələ ki, yenidən yanacaq doldurulmasına icazə verilmir. Yeni qaydadan asılı olaraq, bolidin çəkisi arta bilər.

Yanacağın yenidən doldurulmasının tərəfdarısınız?

PM: Düzü, bilmirəm. Düşünürəm ki, bu zaman bütün komandaların strategiyaları bir nöqtədə birləşəcək. Qələbə qazanmaq üçün ən çevik metodu seçməliyik.

JA: Bu məsələ diqqətlə qiymətləndirilməlidir. Yanacağın yenidən doldurulması strategiyası yarışın marağını və həyəcanını azaldır. Çünki boliddə kifayət qədər yanacaq varsa, dövrəni başa vurduqda yanacaq qurtardığı üçün dayanmalı olursan və hər kəs bunun nə zaman baş verəcəyini proqnozlaşdıra bilir.

Ceyms, ötən mövsüm komandanız Ferrari ilə qızğın mübarizə aparırdı. Bu il bu mübarizəyə Red Bull komandası da qoşulub. Bu rəqabət komandanız üçün hansı çətinliklər yaradıb və bu çətinliklərə cavabınız nə olub?

JA: Cavabımızı zaman özü göstərəcək. Gözəl mübarizə aparacağımıza ümid edirəm. Qarşıda bizi qızğın mübarizə gözləyir. Hər iki rəqibimiz güclüdür. 6 bolid arasında podium uğrunda gedən mübarizə hər bir pilot üçün başağrısıdır. Bütün gücümüzü səfərbər edəcəyik. Səhvlərə yol vermək olmaz. İstənilən halda, hər üç komanda olduqca güclüdür.

Mario, ilk sessiyadan sonra ultrasoft təkər seçimi haqqında hər hansısa bir rəy aldınızmı? Sebastianın radio danışığını eşitdik. Kiminin isə yalnız bir dəst “super” təkər tərkibi var. Pilotlar bu tərkiblər haqqında nə düşünürlər?

MI: Şəhər trekləri üçün xarakterik olan bir neçə trek yoxlanışı etmişik. Hər üç tərkibin performansını ölçmək üçün 2-ci sərbəst yürüşləri gözləməliyik. Ümumiyyətlə, yerə sıxma gücü aşağıdır. Hava isə küləklidir. Bu da bəzən bolidin performansına təsir edir. 2-ci sərbəst yürüşlərdə nə baş verəcəyini gözləmək lazımdır.

Mario, Mercedes də daxil olmaqla bir neçə komanda builki Pirelli təkərlərinə tam uyğunlaşmaqda çətinlik çəkir. Bu vəziyyət sizi təəccübləndirirmi? Paul və Ceyms, bu sualım hər ikinizədir, öz perspektivinizdən yola çıxaraq təkərlərin ölçümünü necə qiymətləndirirsiniz?

MI: Xeyr, bu məqam mənə təəccüblü gəlmir. Biz müəyyən temperatur aralığında işləyə biləcək təkərlər təqdim edirik. Lakin hər zaman bunun ən yuxarı həddi vardır. Əgər üç komanda da bir-birinə çox yaxın həddə mübarizə aparırsa, onda komandalar təkərin ən yaxşı performansını tapmaq üçün saniyənin yüzdə birlik fərq uğrunda mübarizə aparırlar. Bu baxımdan çox geniş təkər seçimlərimiz belə olsa digər komandalarla müqayisədə üstünlük qazandıracaq seçim tapmaq çox çətindir. Yeni təkər tərkibləri, xüsusən daha yumşaq tərkiblər tapmaq üçün biz ötən il araşdırmalara yumşaq tərkiblidən  başladıq. Bu elə tərkibdir ki, burada seçim genişdir. Burada yanaşma təkərlərin seçim imkanlarını genişləndirməkdir. Əvvəl qeyd etdiyim kimi, 80 dərəcədən 110 dərəcəyədək burada problemsiz performansa tam nail olmaq mümkün olmur, hər zaman yuxarı hədd mövcuddur və əgər bolid həmin həddə dayana bilirsə, onda onlar performans baxımından üstünlüyuə sahib olacaqlar.

CA: Biz adətən yarış zamanı təkər seçimini düzgün edirik. Buna görə də bütün yarışlarda, o cümlədən mövsüm öncəsindəki sınaqlarda və ilkin yarışlarda təkərlərdən çox gözəl performans əldə etmişik. Lakin bütün sıralanma turlarında buna tam nail ola bilmirik. Çalışırıq ki, təkəri elə bir dövrədəcə isindirək. Bunu reallaşdırmaq mümkündür və buna hər səfərdə nail ola bilsək, onda çox əyləncəli olacaq.

PM: Sualına cavab olaraq onu deyə bilərəm ki, bu məsələ son bir neçə il əvvəldəki kimi çətin deyil artıq. Nə istədiyini tam müəyyənləşdirərək ona uyğun hərəkət etdikdən sonra və həm də sürücülər və komandalar bunu düzgün başa düşdükdən sonra təkərlərin performansı cəhətdən üstünlüyə sahib olmaq mümkündür. 

Sualım hər iki texniki rəsmiyədir. Büdcənin yuxarı həddinin 150 milyon dollar olmasına dair danışıqlar var və bu məhdudiyyət yalnız texniki və yarış əməliyyatı ilə əlaqədar məsələlərə tətbiq olunur, çünki marketinq xərcləri bura daxil edilmir. Ceyms, xüsusən sizin komandanız ən böyük büdcəyə sahib komandalardan biridir və həmçinin Paul sizcə, iki il kimi qısa müddət ərzində büdcəni 150 milyon dollaradək azaltmaq nə qədər realdır?

JA: Fikrimcə bu suala cavab bir az əvvəl ödəniş dərəcəsinə dair dediklərimlə bir qədər əlaqədardır. Siz bu məsələni Totoya çatdırmaq istəyirsiniz, lakin bildiyim odur ki, ədalətli məbləğin düzgün təyin olunması ilə əlaqədar bütün komandalar və Liberty şirkəti arasında növbəti həftələr və aylar ərzində müzakirələr daha geniş şəkildə aparılacaq və əminəm ki, bütün tərəflər üçün uyğun olan mövqe razılaşdırılacaq.

PM: Ceymsin dediyi ilə razılaşıram. Gözləyəcəyik görək müzakirələr necə gedir və qaydalar tam müəyyənləşdikcə biz də komandanı ona uyğunlaşdırmağa çalışacağıq.

Ceyms və Paul üçün başqa bir sual. Son bir neçə ay ərzində FİA rəsmilərinin yarışda iştirak edən müxtəlif komandaların tərkibinə daxil olması böyük müzakirələrə səbəb oldu. Həmin rəsmilərdən biri komanda rəsmisi kimi burada ilk yarış həftəsonuna Renaultda işə başlayacaq. Təkliflərdən biri bu olub ki, belə hallar komandaların FİA-ya nəyi təqdim edib-etməyəcəyi barəsində etibarsızlığa səbəb olur. Çünki təqdim olunan həmin məlumatlar FİA-dan ayrılanlar vasitəsilə sonradan başqa komandalara ötürülə bilər. İndiyədək buna dair hər hansı bir hadisə yaşanıbmı və sizcə bu məsələ getdikcə ciddiləşəcəkmi?

PM: Bu ciddi məsələdir. Deyə bilərik ki, müxtəlif platformalarda bu haqda danışılıb. İnanıram ki, hazırda FİA, F1 və bütün komandalar arasında ictimaiyyətə bəlli olmayan müəyyən razılıq mövcuddur. Bu baxımdan tərəflər sözügedən məsələdən məlumatlıdırlar. Təklifim odur ki, idarəetmədə bütün komandalara çıxışı olan hər hansı bir şəxs bu məsələ üstündə çalışmalıdır və məlumatların ötürülməsi məsələsi ilk növbədə müəyyən dəyişikliklər əsasında məhdudlaşdırılmalıdır və daha sonra lazımi tədbirlər görülməlidir. Çünki biz hamımız eyni risklə üz-üzəyik.

CA: Xatırladığım qədərilə sənin sualın bu barədə hər hansı bir hadisənin yaşanıb-yaşanmadığı haqqındadır. Xeyr, FİA hər zaman bizim təqdim etdiyimiz məlumatlara nöqsansız olaraq ədalətli və ehtiyatlı şəkildə davranır. İndiyədək bir neçə rəsmi bu qurumdan ayrılsa da, ümumiyyətlə belə bir hadisə yaşanmayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ