Almaniya məhkəməsinə Mixael Şumaxerin vəkili bildirib ki, dünya çempionu xizək sürərkən aldığı zədədən sonra gəzə bilmir.
Almaniya jurnalı “Bunte”yə qarşı ittihamlarla bağlı keçirilən prosesdə vəkil Felix Damm Mixael Şumaxerin zədələnməsindən danışıb.
Jurnal ötən ilin sonu yazıb ki, 7 qat Formula-1 dünya çempionu yenidən gəzə bilir. Lakin cənab Damm deyir ki, 47 yaşlı Şumaxer heç mütəxəssislərin yardımı ilə də ayağa qalxa bilmir.
Jurnal yazırdı ki, çempion həkimlərin yardımı ilə bir neçə addım atıb və qolunu qaldıra bilib. Həmin vaxt Şumaxerin nümayəndəsi Sabine Kehm bu iddiaları təsdiq etməyən bəyanat yayıb: "Onun zədələrinin ciddiliyini nəzərə alsaq, belə şayiələr məsuliyyətsizlikdir. Onun gizliliyi çox vacibdir. Təəssüf ki, onlar bir çox insana yalan ümidlər verirlər".
Mixael Şumaxer 2013-cü ildə Fransada xizəkdən sürüşərkən baş zədəsi alıb. Bundan sonra komada olan atlet 6 ay sonra evinə - İsçevrəyə göndərilib. Ailəsi onun sağlamlığı barədə məlumatları əsasən gizli saxlayır.