Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı bugünə olan statistikasını açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, 124 ölkə üzrə aparılan statistikada ümumi yoluxmanın 126.380 olduğu göstərilir. Onlardan 191 nəfərin sözügedən virusa yeni yoluxduğu, ümumi ölüm sayının 4634 nəfər təşkil etdiyi, bu sırada yeni ölüm faktının 18 olduğu göstərilir.
ÜST-nin açıqlamasında koronavirusdan sağalanların ümumi sayının 68.313 olduğu, onlardan 1300 nəfərin bu illətdən yeni sağaldığı bildirilir.