"Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev ötən ilin oktyabrında özünün facebook səhifəsində Suriya ərazisində maraqlı güclərin yürütdüyü siyasətlə bağlı çox maraqlı bir paylaşım etmişdi. Hadisələrin sonrakı mümkün gedişatını proqnozlaşdıran siyasətçi həmin paylaşımında qeyd etmişdi ki, Əsəd özünü düzəldən kimi Ruslarla birləşib Türkiyəni Suriyadan çıxarmaq istəyəcək. Bu gün baş verənlər, təəssüf ki, bu proqnozun doğruluğuna dəlalət edir...
A.Quliyevin həmin paylaşımını təqdim edirik:
Çox pis - Bəşər Əsədin YPG-PYD ilə sazişi təsdiqləndi
İndicə "Röyters" Rusiya hərbi polisinin müşayəti ilə Suriya hökumət qüvvələrinin Kobani şəhərinə daxil olduqları barədə xəbər yaydı. Xəbərə görə, bu,Əsədlə kürd qüvvələri arasında sazişin imzalanmasından sonra baş verib. Belə....Sazişin detalları hələ bilinmir. Ancaq Türkiyənin xeyrinə olmadığı bəlli. Nə baş verir? Keçmişdən baxaq. Suriyada hadisələrin ilk əvvəlində Türkiyə açıq mətnlə Əsədə istefa tələb edəndə Əsəd kürdlərə gizlicə silah və sərbəstlik verərək həm İŞİD-ə, həm də Türkiyəyə qarşı kozır kart kimi ortaya atdı. O tərəfdən də ABŞ Suriyanın şimal bölgələrində özünə münasib bufer zona yaratmaq üçün kürdlərə dəstək verdi. Sonra Amerika bəlli və hələ tam bəlli olmayan səbəblərdən bölgəni tərk etdi və Türkiyəni YPG-PYD-İŞİD-çi əsirlərlə üz-üzə qoydu. Elə bu anda Əsəd kürd terror əşirətləri ilə yenidən razılaşaraq Kobaniyə və Menbiçə qayıtdı. Sonra nə baş verəcək? Suriya hakimiyyəti bölgəni nəzarətə aldı deyərək türkləri bölgədən çıxmağa vadar edəcəklər. Sonra isə ən arzuolunmaz hadisə baş verə bilər və böyük ehtimalla baş verəcək - Əsəd Türkiyə ilə sərhəddə Aralıq dənizinə çıxışı öz əlində saxlamaq şərtilə Türkiyənin bütün cənub sərhədləri boyunca Kürd müxtariyyat qurumu yaradacaq və terror təşkilatını əslində legitimləşdirəcək...Sonrasından Allah saxlasın....
Baki-xeber.com