04/04/2020 13:14
728 x 90

Prezident Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfər edəcək.

Baki-xeber.com-un xəbərinə görə, səfər proqramı ilə bağlı Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi rəsmi açıqlama yayıb.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı ilə bağlı görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri bütün səviyyələrdə nəzərdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Görüşlərdə, ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.

Şuranın iclası ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verəcək müxtəlif saziş və memorandum mətnlərinin imzalanması da gündəmdədir.

Son xəbərlər