04/04/2020 22:03
728 x 90

Erməni KİV-nin Paşinyanın “Münhen biabırçılığını” ört-basdır etmək çabaları şantaj həddinə keçdi

img

Paşinyanın məlum “Münhen biabırçılığı”ndan sonra dünya mətbuatının dönə-dönə müraciət etdiyi bu mövzuya cavab vermək son günlər Ermənistan kütləvi informasiya vasitələrinin əsas vəzifəsinə çevrilib. Üstəlik, onlar bu “vəzifə”ni elə öz əxlaqlarına uyğun şəkildə, ən müxtəlif ranqlı insanlara çamur atmaqla yerinə yetirirlər.

Ermənistan KİV-nin bugünkü hədəfi isə amerikan-israil tədqiqatçısı, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şafferdir. Xatırladım ki, Münhendə mətbuat konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin sərrast danışığı fonunda Ermənistan baş naziri Nikol Paşinyanın nala-mıxa vurması az qala bütün dünya mətbuatında gündəm mövzusu oldu və ən müxtəlif səviyyələrdə bu mükaliməyə reaksiyalar verildi. Xanım Şaffer isə həmin günlərdə mətbuat vasitəsilə Paşinyana belə bir sual ünvanladı: "Münhen Təhlükəsizlik Konfransında bəyan etdiniz ki, Dağlıq Qarabağ Ermənistandan ayrı, əlahiddə subyektdir. O halda maraqlıdır, sizin oğlunuz niyə hərbi xidmətini Daqlıq Qarabağda keçir?” Təbii ki, Ermənistan mətbuatı, elə Nikol Paşinyanın özü də bu suala konkret cavab verə bilməz, bu, ölkəsinin təcavüzkar olduğunu açıq mətnlə bəyan etmək olardı. Ən azı o səbəbdən ki, dünya Qarabağın Azərbaycanın hüdudları daxilində olduğunu beynəlxalq hüquqa əsasən qəbul edib. Bu üzdən də erməni mətbuatı, konkret olaraq “Ermənistanın səsi” professor Brenda Şafferi “siyasi fahişə” adlandırmaqdan belə çəkinmir, kinayə ilə bildirir ki, guya xanım Şaffer bu sözləri məsələyə obyektiv yanaşması səbəbindən deyil, “Bakının qara kürüsündən daddığı üçün” deyir! Yəqin bunu yazanlar xatırlamır və ya xatırlamaq istəmir ki, cəmi bir neçə il əvvəl AŞPA-nın sessiyasına qatılmış erməni nümayəndə heyəti öz mənafelərini yüksək kürsüdən müdafiə etdirmələri üçün İrəvan konyakı əllərində çıxışı öncəsi AŞPA deputatının ardınca küçələri eyinə-uzununa “ölçmüşdülər”. Bu olayı isə mətbuata elə həmin deputat açıqlamışdı, çünki ermənilərin təcavüzkar və o üzdən də haqsız olduqlarını anlamış, prinsipial mövqeyini İrəvan konyakı ilə kirlətmək istəməmişdi. Brenda Şafferə gəlincə, bu xanım heç bir təhqirə yol vermədən, sətiraltı məna güdmədən məntiqi sual verir və ona məntiqi cavab istəyir. Lakin onun qaldırdığı məsələnin bir məntiqli cavabı olmadığından erməni tərəfi məlum həyasız ritorikasını işə salaraq qabaqdangəlmişlik etməyə çalışır. Yəni tam onlara yaraşan bir şəkildə Corctaun Universitetinin professoruna çamur atır, onu rüşvət almaqda və yalan danışmaqda suçlayır.

Nahaq deməyiblər axı, hər kəs özünün əxlaqına görə qiymətləndirir...

SAMİRƏ

Son xəbərlər