09/04/2020 12:14
728 x 90

Putinin yeni təyinatı ilə Rusiya XİN-də bir erməni azaldı, amma...

img

Prezident Vladimir Putin Sergey Məlik-Bağdasarovu Rusiya Federasiyasının Venesuelada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Buna qədər isə Məlik-Bağdasarov Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Latın Amerikası Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Təbii bu, Azərbaycan üçün yaxşı xəbər sayıla bilər. Ən azı ona görə ki, Rusiya XİN-də bir erməni azalıb. Lakin digər tərəfdən bu təyinatın mənfi tərəfləri də yox deyil. Məlumdur ki, Azərbaycanın Venesuela dövləti ilə çox gözəl diplomatik münasibətləri var. Hətta bu iki ölkə Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla eyni məqsədə xidmət edən dost ölkələr sayıla bilər. Amma nəzərə alınsa ki, ermənilər hara düşürsə oraya ən geniş anlamda fitnə-fəsadlar yol açır, yeni təyinatın bu münasibətlərə təhdid ola biləcəyi də gözardı edilməməlidir. Hətta vurğulamağa ehtiyac yoxdur ki, Məlik-Bağdasarov bu ölkədəki diplomatik görəvinə ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarının - Dağlıq və Aran Qarabağın barəsində uydurduqları sərsəm nağılların şüurlara yeridilməsi yönündə cəhdlərlə başlayacaq. O üzdən də Azərbaycanın Venesueladakı təmsilçiliyi erməni səfirin mümkün lobbiçilik fəaliyyətinə qarşı ciddi iş aparmalı, bu təyinatın Azərbaycan-Venesuela münasibətlərinə kölgə salmasına imkan verməməlidir.

Axı biz onları tanıyırıq...

SAMİRƏ

 

Son xəbərlər