Türkiyə Cumhuriyyətinin Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Mətbuat müşaviri Hüseyn bəy Altınalan bu gün “Bakı Xəbər”in qonağı oldu.
Baş redaktor Aydın Quliyevlə səmimi görüşündə Hüseyn bəy Azərbaycana olan sonsuz sevgisindən tutmuş ölkənin inkişafına qədər bir çox məsələlərdən danışdı. Daha öncə 2005-ci ildə Bakını ziyarət etdiyini deyən çox hörmətli müşavir Bakının bu müddət ərzində görünməmiş sürətlə inkişaf etdiyini bildirərək, bundan qürur duyduğunu dedi. Xüsusi olaraq, görüşdə Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsində mətbuatın oynadığı önəmli rola diqqət çəkildi.